15.04.2013

Səni paylaşmaq dərdlərin ən böyüyü olsa gərək...

İradə Cəlil

 Səni paylaşmaq dərdlərin ən böyüyü olsa gərək....
 sevdiyin gözlərə başqasının baxması,
 həsrət olduğun bədənə başqasının hər axşam toxunması,
 sənin toxunmağa çəkindiyin, barmaqlarınla üsulluca gəzdiyin saçları başqasının qoxulaması, oxşaması...
 Sən onun üçün canından keçməyə hazırkən
 onun dəqiqələri sayması,
 gizlin görüşlər
 hər görüşdən sonra içini qovuran həsrət....

 Səni paylaşmaq dərdlərin ən böyüyü olsa gərək...
 Qaranlıq gecələrdə soyuq yataqda yorğanına sarılıb onun xəyalıyla yatmağa çalışmaq
 Göz yaşların boğa bilməmək, yastığının islanmış üzünü çevirib, yenidən ağlamaq...

 İçindəki hissləri boğa bilməmək....
 Nə bu sevgidən dönmək,nə də bur həsrətə alışa bilməmək...
 ümidlə gözləmək...
 sən onun xoş sözlərini gözlərkən, laqeyidliyini hiss etmək....
 Tənhalığı, kimsəsizliyi hiss etmək...
 Hər gün ölmək, ölmək, dirilmək

 Səni paylaşmaq dərdlərin ən böyüyü...
 Amma sən bu hissi heç bir zaman yaşamayacaqsan
 çünki mənim ürəyimin dözdüyünə sənin qəlbin bir anda tab gətirməz
 Səni incitmərəm, razı olmaram çəkdiyimi çəkəsən
 gözlərin dolanda qəlbim dağılır
 səni heç qırarammı?
 Hə, səni paylaşmaq dərdlərin ən böyüyüdür amma gözəl dərddi
 ən azından varsan, mənimsən...ya heç olmasaydın...?
 sevirəm bütün varlığımla səni, gec qalsam da...

Комментариев нет:

Отправить комментарий