Qatmısan sən gənə də malı mala, no..olub ala?
Qazıyırsan ayağım altda çala, nolub ala?
Bağı aldun, öyü aldun, ama doydum demədün
Qoymadın heç mənə bir metrə qala, nolub ala?
Neçə ildir ki, imarətlə ticarətdir işin,
Getmisən sən qabağa, mən də dala, nolub ala?
Xəzərə çəkdin hasar, ruhuma qoydun gömürük,
Mülkü tikdün, məni saldun kanala, nolub ala?
Gah atı, gah nalı, gah mıxı tərifləmisən,
Vurmusan gah mıxa, gah nala, nolub ala?
hər qoyundan azı beş-altı bala, nolub ala?
Qız-gəlin orda əsirlikdə qalıb ermənidə,
Gətirirsən öyüvə gündə "xala", nolub ala?
Ananas, kivi, banan payladun yas sürfrəsinə,
Bircə şey qaldi, durub zurna çala nolub ala?
Qərbdən şərqə kimi hər yeri zəbt eyləmisən,
Keçmisən indi cənubdan şimala, nolub ala?
İçəri şəhrimizin hər daşı bir tarixdir,
Çəkmisən tarixə importnu mala, nolub ala?
İçəri Şəhəri yığdun torbuya, atdun daluva,
Saldun Əsgər Bəyi sən haldan-Hala, nolub ala?
Nə əcəb "Qız qalası"ndan xəbərin yoxdu sənin,
Al onu, sal adına, qoyma qala, no.. .olub ala?
Pünhanın kəs dilini, çək bazara, as divara
Gedəcəy yaxşı pula baxsa mala, Nolub ala?
Комментариев нет:
Отправить комментарий