07.07.2013

Amerika ordusunun möhtəşəmliyi haqda mif

Ülviyyə Tahir

ABŞ ordusu Suriyaya niyə özü girmir?

 ABŞ-ın yaranması və ən ümdəsi onun ordusunun yaranması qalın bir mif dumanına bürünmüş haldadır. Məsələn, əslində ABŞ 4 iyul 1776- cı ildə deyil, on il sonra müstəqiliyinə qovuşmuşdur. 1776- cı ildə qiyam başladı və sonra Şimali Amerika koloniyalarında Britaniya hökuməti əleyhinə partizan müharibəsi alovlandı. Bu zaman Britaniya ordusunun sabiq polkovniki C.Vaşinqton artıq kimlərsə tərəfindən prezident seçlmiş və Britaniya ordusunun çox böyük olan qüvvəsindən gizlənməyə çalışırdı.
 Əlbəttə ki dagınıq və bir ovuc qiyamçı ilə bacarmaq İngilətərə üçün heç də çətin olmayacaqdı, əgər 1783-cü ildə İngiltərə ilə Fransa müharibəyə sürüklənməsəydilər.
Fransız donanması Şimali Amerikanı coxlu sayda əsgərlə təmin etdi. Və təbii ki məlum son: Fransanın ciddi müdaxiləsi ilə Britanıya ordusu darmadağın edildi, tezliklə kapitulyasiya vəziyyətinə salındı. Artıq dünyanın siyasi xəritəsində yeni bir dövlət- ABŞ peyda oldu. Fransız dostlarının bu hərəkətinə isə ABŞ özünəməxsus şəkildə minnətdarlığını bildirdi: 1803-cü ildə Fransanın Avropadakı məsələlərə başının qarışmasından istifadə edərək Şimali Amerikadakı son fransız müstəmləkəsi olan Luiziananı Fransanın əlindən aldı və orada daha bir neçə Amerika ştatı  yaratdı.
 Bənzər fokusu İngiltərinin Fransa ilə başının qarışmasından istifadə edərək çıxarmaq istəyən Amerika bu dəfə Kanadanı əldə etmək istərkən az qala öz müstəqiliyindən oldu.1814-cü ildə İngiltərə ordusu Ağ Ev qarşıq bütün paytaxtı yandırdı. Bu Amerikaya elə bir dərs oldu ki, növbəti 84 il ərzində o heç bir Avropa dövlətinın ordusu ilə üz-üzə gəlmək istəmədi ki, əvəzində sözün məcazi anlamında meksikalıların və hinduların ruhunu çəkib aldı.
 Həddindən artıq siyasi hiyləgərliyin nəticəsidir ki, Amerika Birinci Dünya Müharibəsinə yalnız üç il sonra daxil oldu. Bu zaman hər şey: demək olar ki, hər şey aydın idi. Məglub edilənlər də, qalib gələnlərdə. Amerika Avropaya 1918-ci ilin yazı daxil oldu; artıq yarım il sonra müharibə bitəcəkdi. ABŞ ordusu Avropaya 1 milyonluq hərbi qüvvə ilə girsə də, demək olar ki hərbi əməliyyat aparmaq qüvvəsində deyildi. Müasir artilleriya və silahlar yox idi. Ona görə də ingilislərə və fransızlara amerikalıları döyüşlərə buraxmazdan əvvəl silahla təmin etmək və onlara döyüşməyi oyrətmək lazım gəldi. Fransızlar artilleriyya və pulemiyotlarla, ingilislər isə digər silahlarla və uniforma ilə onları təmin etdi (Birinci Dünya Müharibəsindən amerikalılara fransızlardan səhra artilleriyasının 105 mm və 155 mm kalibrlilər qaldı ki, bu gündə o növ silahlara Amerika ordusunda təsadüf edilir).
 Hər hansı bir artilleriyanı idarə etmək və manevrləri cəld yerinə yetirmək bir avropalı hərbiçisi  üçün problem deyildisə, amerikalı əsgər bunları bilmirdi.
Американская армия - самый большой миф ХХ века. Часть I Amerika universitetlərinin və kolleclərinin səviyyəsini  aşagıda çəkəcəyimiz fakt aşkarlayır. 1883-cü ildə sabiq artilleriya ştabs kapitanı Deqayev terorçu və qiyamçı təşkilat olan “Narodnaya volya”-nın və rus siyasi polisinin agenti olaraq ikili işə bulaşır və canını qaçmaqla qurtarır. O əvvəl Fransaya, sonra isə ABŞ-a mühacirət edir. 1920-ci ildə Amerika  universitetlərinin birində professor kimi karyerasını həyata keçirərərkən öz əcəli ilə ölür. Bu karyeraya çatmaq üçün ona Rusiyada aldığı təhsil kifayət etmişdir. O, Amerikada heç bir universitet təhsili almamışdır. Əgər Deqayev bu qədər qorxmasaydı və gizlənmək məcburuyyətində qalmasaydı yəqin ki, daha böyük uğurlara imza atardı. Məsələn, elə öz ixtisası üzrə irəliləyər, bəlkə də general-polkovnik rütbəsinə qədər yüksələrdi. Ona elə rus artilleriyasında sahibləndiyi təcrübə kifayət etdi.
 Amerikalılar ruslarla vətəndaş müharibəsi zamanı, bu dəfə Uzaq Şərqdə üz-üzə gəldilər. Orada daimi intizamlı Qızıl ordu olmasa da, bolşevik partizanlar var idi və onlar da özlərinə əsas rəqib kimi yaponları və ağqvardiyaçıları görürdülər. Ameriklılara isə onlar xüsusi bir aşagılayıcı nifrətlə yanaşır, onları əsgər yerinə qoymurdular. Onlara silah və qida verir, əvəzində hücum etməmələrini tələb edirdilər. Uzaq Şərqdə rusların özünəməxsus reketliyindən hətta A. Fadayev “Udegeylerin sonuncusu” romanında ətraflı  bəhs etmişdir.
 Birinci Dünya Müharibəsindən sonra da uzun zaman Amerika ordusunun yenə özünəməxsus nələrisə olmadı. Silahlar fransızların, uniformalar isə ingilislərin idi. Hətta ingilislərin boşqabsayagı dəbilqələri 1942-ci ilə qədər amerikalıların başında idi. Nəhayət yalnız o zaman özləri yeni formada dəbilqələr dizayn etdilər.
 Növbəti illərdə Amerikanın keçirdiyi ən böyük əməliyyatlardan biri 1983-cü illərdə Qrenadada yerli solçu rejimin devrilməsi üçün etdiyi müdaxilə ilə oldu. İlk öncə o məlum oldu ki, amerikalılar müdaxiləyə başlanan kimi onların 100-ə yaxın nəqliyyat helikopteri vurulub! Təbii ki, hər vurulan helikopterin bortunda  3-5 nəfərlik ekipajından başqa 15 nəfərdən 30 nəfərə qədər hərbiçilər də olurdu. Beləliklə, əgər helikopterlerin belə məhvini nəzərə alsaq, onda elə ilk başlangıcda Amerkanın 2000-ə yaxın hərbçi itirdiyi üzə çıxır! O da məlumdur ki, ABŞ ordusu Qrenada əməliyyatına hələ girməmiş onlarla helikopteri vurulmuşdur və  ekipaj məhv edilmişdir ki, 200 nəfərlik xüsusi təynatlı qüvvə olan “Delta”ya qoşulmaq mümkin olmamışdır.
 “Delta” guya Amerikanın xüsusi təyinatlılarının elitasıdır. Bu qrup yarandığı tarixdən bəri hələ real bir rəqiblə yadda qalan bir döyüşə girməyib .Öz yaranışından dərhal sonra, 1980-ci ildə bu qrup İrandakı girov diplomatların xilasında fiaskoya ugramış, dünya səviyyəsinə biabır olmuşdur. Həmin hadisədən üç il sonra isə Qrenadada bu qrup tamamilə məhv edilmişdir. Qrupdan sağ qalanlar yalnış ştab komandıri və bir neçə personal idi ki, onlar da ABŞ-da qaldıqlarına görə xilas ola bilmişdilər.
 Ən maraqlısı odur ki, Qrenada məhv edilən helikopterlərin hamısı İkinci Dünya müharibəsindən qalma Sovet silahları ilə: 1938-ci ilin iri çaplı TŞK pulemyotları, 1939-cu ilin nümunəsində olan mexaniki zenit topu “61-K” ilə vurulmuşdular. Bundan əlavə 1951-ci ilə aid 57 mm mexaniki zenit topu “C-60” da istifadə olunmuşdu. Somalidə isə üsyançılar ABŞ qırıcı təyyarələri Kalaşnikov avtomatı ilə asanlıqla vurub salırdılar. Məlum olmuşdur ki, ABŞ tərifli bronlu cipləri də avtomat gülləsinə tab gətirmir.
Война во Вьетнаме Tərifli, geniş şəkildə piar olunan ABŞ ordusu istər Birinci, istərsə də İkinci Dünya müharibələrində etdiyi bacarıqsızlıqları eyni ilə 1983-cü ildə, Kubaya hücum edərkən də təkrarladı. Bu məsələyə də amerkalıların qorxaqlığı və hərbi səbatsızlığı da səbəb oldu. Atəşə tutulan təyyarəçilər  zenit toplarına raket-bomba zərbələri ilə cavab qaytardılar ki, bu da 5 km hündürlükdən qeyri-professional alınırdı. Çünki raket-bombardman sistemi nə qədər mükəmməl olsa da, 3 km hündürlükdən keçdikdə yaramaz bir əməliyyata çevrilir və Amerika hərbçiləri də bu qeyri-professionallığı həyatları bahasına ödədilər.
 Burada sadə məntiq var: Əgər amerikalılar qorxmasaydı və 5 km deyil, 1000-1500 metr məsafədən zərbələr endirsəydi, uzaqbaşı 20 təyyarə, 20-30 nəfər də hərbiçi itirərdilər. Amma yüzlərlə piyadanı və desant qüvvəni xilas etmiş olardılar.
 Təbii ki Qrenadadakı səhvlərdən Amerika qətiyyən heç bir nəticə çıxarmadı. Bu da onların anqlo-sakson  tərsliklərindən və özünütənqiddən uzaq olmalarından irəli gəlirdi. Elə buna görə də 1989-cu ildə Panamada eyni cəngin içinə düşdülər. Baxmayaraq artıq onlarda panamalılar üçün yeni bir sürpriz var idi. Amerikalılar  panamalıları xüsusi bir od-alovla salamladılar və bunu dostcasına etdiklərini söylədilər. Panama və Qrenadadakı dumanlı qələbələrindən amerikalılar yalnız  bir nəticə çıxardılar: Qaliblər mühakimə olunmur. Bununla bərabər yenə Amerikaya qarşı olan adi şübhələr heç bir nəticə vermədən yenə öz mövqeyini saxlayır. “Ordunun hazırlıqsız olması və ya hərbi əməliyyatların ləng həyata keçirilməsi” kimi sözlər qətiyyən amerikanların qələbə iştahımızı küsdürə bilməz. Amerikanlar “Biz Vyetnam sindromunu ugurla aşa  bildik” deyə aləmə car çəkirlər, halbuki təkcə psixoloji travma almış, dəlixanalarda müalicə alan əsgərlərin sayı 40 mini ötürdü.
 Ən dəhşətli biabırçılıqlar İraq müharibəsi zamanı meydana çıxdı. Təkcə 24 fevraldan 1 marta kimi davam etmiş quru döyüşlərində Amerikanın 15 min əsgəri və 600 tankı məhv edildi. Lakin ABŞ-a satılmış Qorbaçov rejiminin Qərblə birlikdə dəstəyi ilə “qələbə” informasiyası bütün dünyaya sırındı. Təbii ki heç bir qələbədən söhbət gedə bilməzdi. Hərbi əməliyyatlar keçirilmiş, lakin qarşıya qoyulmuş məqsədlərin heç birinə nail olunmamışdı. Son məqsəd olan Səddam rejiminin devrilməsi və hakimiyyətə öz marionetkalarının otuzdurulması baş tutmamışdı.
 İraqla birinci müharibə də Amerika ordusunda heç bir reformaya səbəb olmadı və şəxsi heyətdə heç bir dəyişiklik edilmədi. Bunun əvəzində Amerikanın idarəçi elitası gələcəkdə müharibə edəcəyi dövlətlərin hərbi qüvvəsini nəzərə alaraq orada satın ala biləcəyi qüvvələri axtardılar. (Necə ki, indi muzdlulara pul verərək Suriada döyüşdürürlər). Bu qüvvələrin satın alınması hərbi əməliyyatlarda “Amerikanın gücü” kimi  önə çəkildi. Əslində isə satınalma məsələlərin kulisində qalırdı. Misal olaraq ikinci ABŞ-İraq (19 mart -9 aprel 2003) müharibəsində onlarla İraq generalının satın alınmasını göstərə bilərik.
 Əslində İraq heç də Qərbdə qələmə verildiyi kimi totalitar rejim deyildi. Xarici banklardakı əmanətlər, Qərblə həddən artıq əlaqələr artıq İraqdakı rejimin kapiltulyasiyasından xəbər verirdi. İraq generalları isə yalnız kapitulyasiya əmrlərini yerinə yetirir və elə bir mənzərə yaradırdılar ki, ordunun zəifliyi nəzərə çarpsın. Fakt isə bu idi: “Dəhşətli və nəhəng” Səddam Hüseyn artıq yox idi. Onun yerinə hakimiyyət artıq ələ keçirilmişdi. Satın alınmış generallardan biri də Tariq Əzizdir. O, İraqın kapitulyasiyasından sonra İngiltərəyə köçdü. Nəinki istintaqalara çəkildi, heç şahid kimi də gündəmə gəlmədi.
 Amerika-Britaniya Hərbi Hava Qüvvələrinin bivecliyi 2002-ci ilin avqustundan 2003-cü ilin 18 martına kimi çox çılpaq şəkildə üzə çıxdı. 2003-cü ilin yanvarında hərbi əməliyyatlar boyunca İraq HHQ (hərbi hava qüvvələri) 200-ə qədər Amerka-Britaniya təyyarəsini vurub saldılar. Bu reaktiv aviasiya tarixində görünməmiş bir kəmiyyət idi. NATO cəmi yeddi ay çəkmiş bu hava hücumlarında 300 təyyarə itirilmişdi ki, bunun da 50-si Britaniyaya məxsus idi. İraq HHQ bu döyüşlərdə heç bir itki verməmişdi. Amma İngiltərə 2000-2002-ci illər əməliyyatlarında demək olar ki, aviasiyasının yarıdan çoxunu itirdi. 2001-ci ildə BBC-nin rəsmi məlumatına əsasən İngiltərənin 300 hərbi reaktiv təyyarəsi olmalı idi. 2003-cü ilin başlangıcında isə məlum oldu ki, İngiltərənin yalnız 111 belə təyyarəsi vardır. Onlardan normal vəziyyətdə olanı 60 dənədir. Onun 50 dənəsi isə İraqla müharibəyə göndərilib.
Американская армия в Афганистане 2003-cü ilin 19 martından 4 aprelinə kimi (nə qədər ki HHQ Bağdadda mərkəzləşmiş şəkildə idarə olunurdu) müxtəlif informasiya agentliklərin məlumatına əsasən, gündə 3-5 arası Amerika təyyarəsi vurulurdu. Xarici jurnalistlərin hərbi əməliyyatlar zamanı məhdudlaşdırılmış fəaliiyətini də nəzərə alsaq belə çıxır ki, Bağdad və ətrafında vurulan təyyarələrin sayı on-iki ola bilər.
 Beləliklə, 19 mart-4 aprelə qədər təkcə Bağdad ətrafında ABŞ-ın 200-ə qədər təyyarəsi vuruldu. Hələ nəzərə alsaq Bağdadla bərabər Amerika hər gün Kərkükü, Mosulu və bir sıra böyük şəhərləri də bomabalıyırdı! ABŞ ordusunun raportunda qeyd olunurdu ki, onlarla “Apaç” tərifli vertolyoru qum tufanına düşərək bazaya qayıtmayıb. Buna cavab olaraq İraq televiziyasında isə 90 yaşlı bir qoca əlindəki ov tüfəngini göstərib deyirdi ki, yerdəki ABŞ helikopterini bununla vurub!
 Koreyada,Vyetnamda, Qrenadada oldugu kimi eyni vəziyyət təkrar olunurdu. Yenə də ABŞ təyyarə və helikopterləri 1939-cu ilin 37 mm zenit topları ilə və 1946-ci il və ya 1951-ci ilin 57 mm kalibrləri ilə çox əla nişana gəlirdilər.
 Amerika İraqla birinci müharibə fazasında heç bronlu hərbi maşınlardan da bir bacarıqla istifadə edə bilmədi. Son 20 ilin ən çox reklam olunan M-1 “Abrams” tankları belə əsl döyüşə yaramadığı üzə çıxdı. Bu tanklar Sovetin ən primitiv tank əleyhinə silahlarının: tank əleyhinə raketlərin və 60-ci illərin silahı olan “Malyutka”-ların qabağında tab gətirə bilmirdi. ABŞ tanklarının çoxu yanındakı yüngül partlayışlardan zədə alır, sıradan çıxırdı. Amerika zirehlilərinə qarşı İraq ordusunda çoxlu Sovet silahlarından istifadə olundu. Məsələn: 1944-cü ilin BS-3 nümunəsində olan100 mm tank əleyhinə silahdan, 1946-ci ilin D-44 nümunəsində olan 85 mm-likdən tutmuş 60-ci illərin “Rapira”-sina qədər istifadə olundu. Meydan sovet silahlarının idi! Qərbdə tank əleyhinə silahlar keçən əsrin 60-cı illərində səssiz-küysüz dəfn edilib. Çünki lazer çıxandan amerikanlar və nato-çular bunu lüzumsuz hesab edirdilər. Belə güman edilirdi ki, lazerlə sərrast atışla hədəf obyektləri sıradan çıxarmaq mümkin olacaqdır, köhnə silahlara isə ehtiyac yoxdur.
 Lakin görünən odur ki, həm Birinci, həm də İkinci ABŞ-İraq müharibəsində Qərbin yarıməsrlik hərbi nəzəriyyələri tamamilə çökdü. İraqın köhnə tank əleyhinə silahları tərifli “Abrams”ları demək olar ki, ot kimi biçirdi. Amerika nəzəriyyəçiləri buna da bəraət tapdılar və bildirdilər ki, tanklar əməliyyatlar zamanı tanklarla döyüş aparmalı, rəqibin müdafisənin tam ortasında olmamalıdırlar. Ona görə də “Abrams” tipli tanklar ancaq kumulyativ mərmilərlə təmin olunmuşdular. Fuqaslı mərmilərdən fərqli olaraq bu mərmilər yalnız birbaşa hədəfləri sıradan çıxara bilirdilər. Real döyüş şəraitində (amerikanların öyrəşdiyi kompüter oyunlarında deyil) isə bu qeyri-mümkündür. ABŞ tankları nadir hallarda, yalnız stabilləşmiş halda hədəfi düz vura bilirlər.
 15 aprel 2003-cü ildən, yəni İraqın böyük şəhərlərində nəzarət tam bərqərar olduqdan sonra işgalçılara qarşı  üsyançıların mübarizəsi başladı. Üsyanların baş vermə tezliyi ABŞ ordusunun rahatlığını pozmuşdu. Əgər 2003-cü ilin may-iyun aylarında çıxışlar az idisə, artıq növbəti aylarda bu təşkil olunmuş tam bir struktura malik İraq hərakatına çevrilmişdi.
Американская армия - самый большой миф ХХ века. Часть II İraq antiamerika hərakatının yaranması və təşkilatlanması ABŞ-ın ordakı hərbi qüvvələri tərəfindən tamamilə maniəsiz şəkildə qarşılandı. Amerika generalları müharibə bitən kimi atılmış silahları toplamaqdansa və ya silahları insanlardan müsadirə etməkdənsə antik əşyaların və əlyazmaların qarətinə girişdilər. Öz soygunçuluqlarını gizlətmək üçün isə həbsxanalardan cinayətkarları buraxıb tam bir xaos yaratdılar. Təbii ki belə halda heç bir sabit işğalçı rejimdən söhbət gedə bilməzdi.
 Elə o anda da Amerika səfehliyinin ən gönüqalın forması da üzə çıxdı. Təssəvvür edin, yeraltı sərvətlərlə zəngin, ən əsası, nefti olan ölkəni işğal edəsən, lakin bütün bunları kənara qoyub ölkədə xaos yaradasan ki, nə var nə var ən bahalısı iki milyon olan antikvariat əşya əldə edəcəksən! Bu lap bir yumurta bişirmək üçün evi yandırmağa bənzəyir. Bunu ancaq amerikanlar edə bilərdi! Bəs 2003-cü ilin dekabrına qədər qurban verilmiş 40 min əsgərin canı və ya 2004-cü ildə qurban ediləcək daha 100 min əsgər?!
 Həmin vaxt ABŞ tərəfindən işğal olunmuş İraqa qeyri-leqal yolla daxil olmuş bir rusun gözlərinə məhz bu mənzərələr sataşdı: “Şəhərlərin üzərindən gecə-gündüz işğalçı ordunun vertolyotları uçur. Küçələrə zirehli texnika nəzarət edir. Şəhərin mərkəzində daim patrullar var. Tipik amerikalı hərbiçisi təxminən belə görünür: yaşı 25, əsasən qaradərililər və hamısı da eynəkdə. Ölkəni formal olaraq işğalçı rejimin başçısı Pol Bremer idarə edir. Əslində isə ölkə heç kəs tərəfindən idarə olunmur. Polis guya ümumi sabitliyə dəstək verir, guya kimlərisə yaxalamaqla məşguldu. Amma əhalinin təhlükəsizliyi təmin olunmayıb. Yerli ticarətçilər pulla avtomatlı mühavizəçilər tuturlar ki, onların dükanlarını və mallarını qorusunlar. Amerikalılar pullu olaraq agentlər tuturlar. Gecə həbsləri həyata keçirilir”.
 Əgər 2003-ci ilin may-iyun aylarında İraqda 20 dəfə atışmalar olurdusa, yayın sonunda bunun sayı iki dəfəyə qalxdı. 2003-ci ilin payızında isə sutkada 200 dəfə hücum olurdu. Bu məlumatlar kütləvi informasiya vasitələrinə əsasən söylənilir və bildiyiniz kimi, belə hücumların hamısı dəqiq şəkildə KİV-yə əks ola bilməz.
 Tamamilə çılpaq məlumat ABŞ hərbi tibbinin statistikalarından çıxır. “Əcnəbi hərbi xülasə” jurnalının məlumatına əsasən, ABŞ döyüşlərdə həlak olan və hərbi qulluqçuların ailələrinə yardımları artırmış (6 min dollardan 12 minə qaldırılmış) və onlardan vergi alınmasını ləğv etmişdir. Belə səxavət adi şəraitdə hökumət tərəfindən qətiyyən edilmir. Bu o zaman edilir ki, həlak olan və yaralanan hərbçi ailələrinin hansısa aksiyalara qoşulmamışdan öncə ağızlarının yumulmasına xidmət etsin.
 Yenə həmin jurnalın 2003-cü ilə aid  9-cu nömrəsində qeyd olunur ki, ABŞ-ın Uolter Rid hərbi hospitalında hər il 150 min insana xidmət nəzərdə tutulsa da, təkcə İraq müharibəsi zamanı bu qospital 83% dolmuşdu. Və bu da il ərzində 117 min insana xidmət demək idi. 2003-cü ilin19 martından avqustuna qədər bu kəmiyyət 93% qalxdı ki, təkcə yaralıların sayı 15 minə çatmışdı. Bundan əlavə hələ İraqın özündə olan və Avropadakı ABŞ hərbi hospitalları demirik. Çünki ABŞ hospitallarının etmədiyi işləri təbii ki, NATO üzvləri asanlıqla yola verirdilər. Bütün bu itkilərin səbəbi isə  əlbəttə Amerika əsgər və generallarının professionallıqdan uzaq olması idi. Başqa bir səbəb isə qəribə də olsa orduda 82 mm,120 mm,160 mm kalibrli minatanların yoxluğu idi. Təsəvvür edin ki, Amerika ordusu ən müasir silahlarla- çoxfunksiyalı reaktiv raketlərlə, qranatamyotlarla və digər alətlərlə təmin olunmuşdu. Bu da Amerika zabitlərini ən kiçik detallardan yayındırmışdı və onlar elementar səhra müdafiəsini təşkil edə bilmirdilər.
 Hələ XX əsrin 70-ci illərində Sovet dissidentləri zarafatla “Qərb iylənir, amma qəşəng ətir verir” deyərdilər. Lakin heç kəs bu qoxunun altındakı həqiqətləri görəcək qədər gözü açıq deyildi. Həmin həqiqətlər isə budur: 1944-cü ildə Qərbin ən böyük dayağı olan ABŞ işğal etdiyi bir çox ölkələrdən qovulmasını, ya da bir ovuc İraqlının qarşısında qorxudan əsməsini qəbul etmək istəmirdi. Bu da bir ABŞ eyforiyası!
 Əgər dünyəvi həyat qərbli centlemeni boğaza yıgırsa və o daha sərt hisslər keçirmək istəyirsə, məsələn, döyüşmək istəyirsə, o an onun qarşısında pulla satın ala biləcəyi zabit rütbələri peyda olur. Qərbdə belədir. Hər şey pulla satılır. Buyur, əgər sənin pulun varsa, sən istənilən çində zabit rütbəsinə sahib ola bilərsən. Hətta hərbi təhsil və təcrübə belə olmadan!
Американская армия - самый большой миф ХХ века. Часть II Zabit rütbələrinin satın alınması Böyük Britanıyada o qədər vüsət almışdı ki, 1853-1856-ci illərdə Krım müharibəsində ingilisləri biabır oldular, onları vəziyyətdən yalnız fransızlar qurtardılar. İngilislərin bu qeyri-peşəkarlığı isə hələ də qüssəli bir obrazda çox davam edəcək. Krım müharibəsindən on beş il sonra ingilislər Afrika tayfalarından biri olan Zuluslarla müharibəyə başladılar. Zulusların ciddi nizamnaməyə malik hərbi sistemləri var idi. Onların hərbi strukturları legion və falanqalardan ibarət idi və yalnız soyuq silahlara malik idilər. Lakin bu cür qeyri-bərabərliyə baxmayaraq, zuluslar elə ilk döyüşlərdə ingilislərin piyadalarını sıradan çıxardılar. Halbuki ingilislər sahib olduğu tüfənglərlə onları nəinki yaxına buraxmaq, heç əlbəyaxa döyüşə belə imkan verməməyə bilərdilər.
 Bunu onunla müqayisə edə bilərik ki, XIX əsrin tam 40 ilini Dagıstanda müharibə edən Rusiyanın heç bir polkunu daglılar ciddi şəkildə zərərə uğrada bilməmişdilər. Halbuki bu müharibə zamanı dağlılar zuluslardan fərqli olaraq ciddi hərbi silahlara sahib idilər.
 Anqlo-saksonların professionallıqdan uzaq hərbi sisteminin tam təsvirinə elə həmin “Əcnəbi hərbi xülasə” jurnalının 2003-cü ilinin 5-ci nömrəsində rast gəlmək mümkündür. Məqalənin müəlifi analiz və tənqid etmədən sadəcə olaraq vəziyyəti təsviri ilə kifayətlənir.
 Yazının müəllifi polkovnik B.Ojqixinə görə ABŞ hərbi qüvvələrinin içində mütəxəssis zabit demək olar ki, yoxdur. Hərbi sistemdə olan zabitlər universitet, inistut, kollec məzunlarıdır ki, qısa rezerv zabitlər kursu keçdikdən sonra orduya gəlirlər. Bizim terminlərlə ifadə etsək onlar “hərbi kafedra” məhsullarıdır. Bu kurslar 1200-ə qədər universitetlərdə fəaliyyət göstərir. Keçmiş sovet sistemində hərbi kafedralarda 5 il fasiləsiz dərs verilirdi. İldə dərslərin sayı 200-ə çatırdı. Bu isə minə yaxın dərs saatı demək idi. Hələ kurslar bitdikdən sonra altı həftəlik poliqonlar də təşkil olunurdu. Amerika zabitlərinin hazırlığını anlamaq üçün onların vəziyyətini Sovetin hərbi kafedra sistemi ilə müqayisə etmək kifayətdir. Sovetin təhsilini keyfiyyəti ilə Amerikan təhsilini keyfiyyəti arasında isə yerlə göy qədər fərq var! Həmin kafedraların məzunları orduda pis qarşılanırdılar və bildirilirdi ki, onlar adi serjantdan da pis vəziyyətdədirlər, heç nə bilmirlər. ABŞ kafedrası məzunlarının orduda asan və öhdəsindən gələ biləcəyi iş yoxdur. Hələ biz ABŞ zabitinin rezerv kurslardan çıxıb orduya gələn zaman 5-6-cı siniflərə aid biliklərə malik olmasını demirik. Bizim kriteriyalarla desək, bu dərslərdə zabit yox, əsgər yetişdirilir. Onu da qeyd edək ki, Amerikada orta məktəblərdə hərbi dərslərdə iştirak arzu və valideynin icazəsi ilə olmalıdır. İştirak edənlər də arzularına müfafiq olaraq dərslərin çoxuna girmirlər.
 Məsələni daha da qəlizləşdirən isə rezerv kurslardan orduya axın edən insan resurslarıdır. Məsələ burasındadır ki, Amerika hərbi məktəbləri dünyada ən bahalı hərbi məktəblərdir. Tələbənin bu məbləği ödəməmək üçün secim edəcəyi yollar budur: sürətli halda dərslərdə irəlliləmə olmalı, ya idmanla məşgul olmalı, ya da rezerv kurslara getməlidir. Əvəzində isə tələbə üç il orduda xidmət etməlidir. Beləliklə, Amerika ordusunun zabit korpusunu kütbeyin, tənbəl,  idmandan uzaq kasıb ailələrinin övladları doldurur. Yəni, Amerika ordusunun zabit kütləsini Amerika ziyalılarının artıqları (işəyaramazları) təşkil edir. Çoxları onların “cəmiyyətin dibi” də adlandırırlar.
 Amerikada orduya kadr məsələrinin həlli ilə iki məktəb məşğul olur. Piyada ordunun  zabit kadrlarını Uest-Pointdə olan hərbi məktəb və Ford-Benninqdə (Corciya ştatında) olan məktəblər yetişdirir. İkinci məktəb zabit yetişdirməkdə önəmli rol oynayır. İlə 500 məzunu olur ki, onların ümumilikdə təhsil müddəti 14 həftə olur. Bundan sonra onları aid olduğu hərbi bölmə üzrə digər məktəblərə yerləşdirirlər ki, burdakı təhsil də 9-18 həftə (2-4 ay) çəkir. Bu da guya həmin zabitlərin mütəxəssisləşməsinə xidmət edir. Rusiya imperiyasında və Sovet sistemində bu növ məktəblər yalnız Birinci və İkinci dünya müharibəsi zamanı mövcud olmuşdur (kiçik leytenantlar kursu). Bu da təbii olaraq müharibə şəraitinə görə edilirdi ki, zabitlərin sürətli təlimləndirib cəbhəyə göndərə bilsinlər. Əgər hazırlıq müddəti 1915-1917-ci illərdə 4 ay idisə, 1941-45-ci illərdə artıq 6 ay olmuşdu.
 ABŞ-da indi yeganə zabit yetişdirmə mərkəzi Ust-Pointdə (akademiyada) qalıb. Xaricdən bura çox nizamlı görünür. Ora daxil olmaq üçün hansısa senatorun, konqressmenin və ya ABŞ-ın vitse prezidentinin zaminliyi olmalıdır. Təhsil 4 ildir. Bir insanın burada təhsillənməsi 250 min dollara başa gəlir ki, bu da ilə 62,5 min dollar deməkdir! Müqayisə üçün deyə bilərik ki, heç Amerikada hansısa elitar universitetdə belə qiymət yoxdur! İllik məzunların sayı min nəfər olur, onlar da “ikinci leytenant” rütbəsi ilə orduya göndəriilirlər.
 Daxildən isə mənzərə tamamilə başqa cürdür. Əslində 4 illik təhsil nəticəsində bu zabitlərin qətiyyən hərbi texnologiyadan və hərbi anlayışlardan bilik almırlar. Polkovnik Ojqixin bu barədə melanxolik şəkildə belə deyir: “Bu məktəblərin heç birində ixtisaslaşmış hərbi bölmə bilikləri verilmir. Təhsil zamanı kursantlar yalnız ümumi biliklərə yiyələnirlər. Ona görə də onlar belə məktəbi bitirdikdən sonra 4-8 həftəlik ixtisaslaşmağa gedirlər”. Dörd illik Amerika təhsilindən sonar ixtisaslaşan zabit əslində nə baş verdiyini anlamır və problem burasındadır ki, bu ixtisaslaşmadan sonar zabitlər tam hazır hesab olunurlar.
 Bəs dörd il bu məktəblərdə nə edilir? Sadəcə olaraq standart biliklərə yiyələnirlər ki, bunu heç normal Amerika orta məktəbi də vermir. Ümumiyyətlə quru qoşunları zabiti məsələsi özü belə abstrakt səslənir. Heç bir normal ölkədə belə anlayış yoxdur. Atıcılıq, tank, artileriya üzrə zabit komandirlər var, amma belə zabit növü heç yerdə yoxdur, təkcə Amerikadadır.
 Tərifli Uest-Point məhz bu növdə zabitlər- abstrakt zabitlər buraxır. Bu abstrakt zabitlər isə asanlıqla iraqlıların gülləsinə və qrantamiyotlarına tuş gəlirlər, çünki onlar heç öz BTR-lərindən düşüb döyüşəcək halda deyillər.
 Belə zabit-general strukturuna malik olan Amerika ordusunun İraqda və Əfqanıstanda yavaş-yavaş aradan çıxması qəribə deyil. Qəribə bunun daha əvvəllər baş verməməsindədir. Axı ABŞ ordusunun həmin ölkələrdəki itkilərinin sayı-hesabı yoxdur və bu itkilər hər cür ciddi-cəhdlə gizlədilir. Dünya ictimaiyyəti ABŞ ordusunun möhtəşəmliyinə inanmalıdır. Hollivud kinolarının yatadığı Rembo obrazı dünya xalqlarının gözü önündən bir an da getməməlidir. Beyin yuyulması davam edir!
Американская армия - самый большой миф двадцатого века

Комментариев нет:

Отправить комментарий