07.07.2013

ÇƏTİN BİR DƏ...

Xatirə Xatun

Sən ki mənim qiymətimi bilmədin,
Çətin bir də belə sevgi tapasan.
Saf eşqimi, niyyətimi bilmədin ,
Çətin bir də belə sevgi tapasan...
Yandım, durub gendən baxdın tüstümə,
Utanmadan qızındın da istimə.
Saxta pul tək qayıdarsan üstümə,
Çətin bir də belə sevgi tapasan...
Ümidini üzən zaman fələkdən,
Ətrim gələr sənə əsən küləkdən.
Sevgiləri keçirərsən ələkdən,
Çətin bir də belə sevgi tapasan...
Düşüb soraq-soraq ilə gəzəsən,

Tükənməyən maraq ilə gəzəsən,
Gündüz əli çıraq ilə gəzəsən
Çətin bir də belə sevgi tapasan...
Başqa bahar, yaz gələcək ömrünə,
İşvə,qəmzə, naz gələcək ömrünə,
Hələ neçə qız gələcək ömrünə,
Çətin bir də belə sevgi tapasan…

Комментариев нет:

Отправить комментарий