Rövşən NOVRUZOĞLU,
siyasi elmlər üzrə fəlsəfə doktoru, professor
Araşdırma materiallarına görə, üstündə ərəb əlifbası ilə “Mir Məhəmməd Seyid Kərim Ağa” sözləri yazılmış və neçə yerdən çat vermiş… balaca sinə daşına bu yaxınlarda Ley Rossel adlı ingilis iş adamı cəmi 50 (əlli) dollar verib, iş otağına apardı... ordan da, şübhəsiz, Londondakı ofisinə ötürəcək.
…Maraqlı idi. Maraqlı idi ona görə ki, mən bu daş parçasına iki il bundan öncə Nargin adasında rast gəlmişdim. Az-çox çalışmışdım yarıya qədər torpağa işləmiş bu sinə daşı haqqında tədqiqat aparım. İlkin məlumatlar da varım idi. Məlumata görə, Mir Məhəmməd Seyid Kərim Ağa dini əqidəsinə görə 1938-ci il mart ayının 15-də Nargin adasına “sürgün” olunur.
Həmin ayın 20-də də azərbaycanlı bir leytenant tərəfindən güllələnir (hardasa biz leytenantın kökünə də gedib çıxdıq). Azərbaycanda ilk Qurani-Kərimi də məhz Mir Məhəmməd Seyid Kərim Ağa dilimizə çevirib. Amma təəssüf ki, onun adı xatırlanmır. Səbəb? Səbəb fikrimcə, ya paxıllıq, ya laqeydlik, ya da biganəlik. O da məlum oldu ki, Mir Məhəmməd Seyid Kərim Ağa güllələnəndə onun 85 yaşı var idi. Ona güllə sıxıb, əvəzində balaca bir döş nişanı alan leytenantın isə cəmi 22 yaşı olub (?)
Başqa bir araşdırma materialında isə məlum olur ki, ingilis bu sinə daşını alarkən iki gün möhlət istəyib, öyrənib, araşdırıb… yəqin edib ki, bu sinə daşı adi daş deyil… Pulunu verib, götürüb.
Seyid haqqında məlumatımız az deyil. Atası Mir Səttar Gəncədə anadan olub. Qazaxda, Ağstafada… yaşayıb və sonra Bakıya köçüb. Evi-eşiyi, həyət-bacası əsl mənada ziyarətgah olub…
Məlumata görə, Ağanın “sinə daşı” əsl mənada şəfa mənbəyi olub. Nargin adasına sürgün olunmuş onlarla adama arxa olub, şəfa verib… nəhayət onları ölümdən xilas edib. Toplanmış materiallar arasında hərbi həkim, psixoloq, professor (NKVD professoru) C.Əmiraslanovun açıqlamasına görə, bu sinə daşı həmişə hərarətli olub və bəzən bu hərarət 12 dərəcəyə çatıb. Daşın üstündəki kiçik işarələrin hər birinin mənası olub. Bu işarələrə əlini sürtən, əllərini bu işarələrdə gəzdirən adamlarda ürək xəstəlikləri,.. qan təzyiqi olmazmış, baş ağrıları uzaq olarmış və s. Ən maraqlısı o idi ki, Nargin adasında külək qopanda və o külək sinə daşına çırpılanda… adama elə gəlirdi ki, sinə daşı “Azan” deyir… Professor C. Əmiraslanov həmin sinə daşının Nargindən çıxarılmasını, şəhər məscidlərindən birinin həyətinə köçürülməsini istəyib…
Araşdırma materiallarına görə, keçmiş İttifaqda (bəlkə də dünya miqyasında) ilk “Allahsızlar partiyası”nı, “Mübariz Allahsızlar Cəmiyyəti”ni (Allah məni bağışlasın, bunları deməyə məcburam) biz yaratmışıq. Bu partiyanı ilk dəfə 1928-ci ilin avqustunda, AK (B)P MK-nın plenumundan sonra Bakıda yaratdılar. O vaxt MK katibi Ə.Qasımov bu partiyanın ideoloqlarından oldu. Plenumdan sonra Seyid Mir Məhəmməd Kərim Ağa Ə. Qasımova ünvanladığı məktubda yazırdı ki, “…yola gəl… dinə, imana, ədalətə, haqqa qayıt…” Onun fikrincə, “Allahsızlar Partiyası” zülmkarların və zülm edənlərin partiyasıdır. O hətta bu partiyaya girərək, fağır-füqəranı satıb, satqınlıq edənlərə xatırladırdı: "…Mən bu Azərbaycanda zülmkarın məzlumlara zülm etməsini anladım. Məzlumun məzluma zülm etməsini anlamadım…"
İngilisin sığındığı bu sinə daşının kim və yaxud kimlər tərəfindən hazırlandığı da hələlik məlum deyil. Amma ilkin məlumatlar artıq varımızdır. Hər halda Seyid Mir Məhəmməd Kərim Ağa mənəvi dəyərlərinə görə çox zəngin şəxsiyyət olub. Ona sığınmaq, onun şərəfinə Allahdan nəyisə istəmək həmişə uğurlu olub. Ağa, məlumata görə, Həzrət Əli (Ə.)-ın Şəcərəsindən hesab edilib…
“Allahsızlar Partiyası”nın yaranmasına rəvac verənlərin də tutduqları mövqe maraqlı idi. Plan qurulmuşdu və planın da başlanğıcı London-Vaşinqton-Paris üçlüyünün məxfi qaydalar əsasında təsis etdikləri “Region” qrifli strategiyanı əhatə edirdi. Maraqlı idi ki, bu planın da icraçıları Moskvadakı həmin ölkələrin diplomatik korpusları idi…
Araşdırma materiallarına görə, “Allahsızlar Partiyası”nın məramnaməsi də aydın idi:
1.Bu partiya Azərbaycanda həm mənəvi, həm psixoloji, həm də siyasi tədbirlər planlarını icra etməli idi.
2.Məsləhət görülürdü ki, doğulan oğlan uşaqları “üçqat peyvənd”dən keçirilsin və sünnət olunmasın. (Professor, Leninqrad hərbi-sənaye kompleksinin mikro-bioloqu A.N.Alyoxin iddia edirdi ki, “Üçqatlı peyvənd” oğlan uşaqlarında cinsi aktivliyi heçə endirir. Təklif edirdi ki, Azərbaycanın təhsil və səhiyyə sistemi bu strategiyada iştirak etməsin).
Nəticəyə ötəri nəzər salaq. “Allahsızlar Partiyası”nın satqın milli fəallarının “aktivliyi” nəticəsində üst-üstə Azərbaycandan 1935-1937-ci illərdə min altı yüz din xadimi və şiə cavanları sürgün edildi. 390 min nüsxə Quran, 110 min Bibliya, 73 min Tövrat… yandırıldı. Bakıda Bibiheybət məscidi, Əmircanda Şəmsi Əsədullayev məscidi, pirlər, Ağ şəhərdə Şibayev kilsəsi və Tserkovnı küçəsindəki (indiki Vidadi küçəsi) donanma kilsəsi, Müqəddəs Məryam katolik kostyolu, məbədlər atılmışdı.
Araşdırma materiallarına görə, 1938-ci il mayın 20-dən Azərbaycanda “Başıpapaqlılara qarşı hərəkat” başlandı. Papaq qoymaq qadağan sayıldı. Yol-yolaqda kimin başında papaq gördülər, qapıb qaçırırdılar, təhqir edib, abırdan salırdılar. Məlumata görə, bir gündə (1938 il) Bakıda 68 nəfər papaqlı həbs olundu, 24 saat ərzində 14 papaqçı dükanı yerlə yeksan edildi.
Fikrimcə, “Anlamaq dərdini” anlamaq çətin olur. Yadınıza onu da salım ki, bizdə bu gün hər şey var… lap əvvəlki kimi… sadəcə, adları dəyişib. Bax hünər ondadır ki, özünü zora salıb dəyişən nə vardısa, onları anlamağı bacarasan…
ayna.az

Комментариев нет:
Отправить комментарий