09.09.2016

Azər Bandoj - Yaxşıdır

Qul kimi bir ömr sürməkdənsə, izzət yaxşıdır.
Zillət ilən ömr sürməkdən şəhadət yaxşıdır.

Aşina ol mərd olan insanlara, azad yaşa,
Boynu zəncirdə olan kəsdən biqeyrət yaxşıdır.

Ömrünü azadə sür, umma gədalərdən mədəd,
Çün gədanın minnətindən ta səfalət yaxşıdır.

Qarnını doldurma dostum, atəşi-nar ilə ah,
Min həram ətdən həlali-nani ne'mət yaxşıdır.

Sərvət istərsən əgər, miskinlərə ehsan elə,
Xaliqin bəxş etdiyi az mülkü sərvət yaxşıdır.

Varlılar süfrə açıb versə ziyafət, ağudur,
Bir kasıb nanü nəməklə qoysa minnət yaxşıdır.

Yə'qinə çatmaz o kəs ki elmə aşina degil,
Çində olsa elmü hikmət, etsə hicrət yaxşıdır.

Kim Əli rahin tuta, Xaliq çəkər xətti-günah,
Ey qələm, çəksən Əli eşqində bir xət yaxşıdır.

Bandoja, uyma bu şe'rə kim ki tə'riflər deyər,
Çünki Allahın əgər verdiysə qiymət yaxşıdır.

Комментариев нет:

Отправить комментарий