Hakimiyyətin FƏTÖ əməliyyatında kurs dəyişir. FƏTÖ-nun Azərbaycandakı şəbəkəsi incələnir. politika.az-a daxil olan xəbərə görə, Fətullah Güləni alt bazada gizlənmiş kadrları təftiş edilir. Bu şəbəkənin təkcə müxalifətin üzərinə fokuslaşdırıb demontaj olunması rəsmi Bakının da tam fəaliyyəti planı deyil. Çünki bu şəkildə təqdimatla rəsmi Ankaranı da aldatmaq mümkün deyil.
Məlumatda deyilir ki, hüquq-mühafizə orqanlarına verilən təlimat əsasında gizlənmiş “Camaat” üzvlərinin ifşası istiqamətində əməliyyat axtarış tədbirləri keçirilir. Bu gün parlamentdə, vergilər naziri Fazil Məmmədovun kurasiyasında olan holdinqlərdə, SOCAR-a bağlı şirkətlərdə, SAM-da, QHT sektorunda onlarla, yüzlərlə Gülən müridi mühüm postlarda təmsil olunur.
politika.az xəbər verir ki, onlardan biri Elçin İbadovdur. “PricewaterhouseCoopers” adlı audit şirkətinin rəhbərliyindən “Star” zavoduna maliyyə direktoru olan bu şəxs eyni zamanda sabiq deputat Ceyhun Osmanlının çox yaxın dostudur. Mətbuat yazır ki, “Star”da vəzifəyə gəlmədən öncə, dəfələrlə “İrəli”nin tədbirlərinə qatılan “PwC” akademiyasının rəhbəri Elçin İbadov eyni zamanda Qafqaz Universiteti ilə çox isti münasibətləri var.
Mənbənin qeydlərinə görə, müxalifətdəki nurçularla yanaşı dövlət strukturlarında gizlənmiş fətullahçıların da de-şifrə olunması və həbisən hazırlıq gedir.
Rəsmi Bakı Türkiyəyə mesaj verir ki, heç bir fərq qoymadan istənilən yerdə olan FƏTÖ üzvləri aşkarlanacaq. Yaxın vaxtlarda ölkədə bir neçə nurçunun həbsi gözləniləndir. /politika.az/
Комментариев нет:
Отправить комментарий