Türkmənlər Əhəməni şahları Kserksin və IV Daranın, Makedoniyalı İsgəndərin, Roma imperatorlarının, Bizans kesarlarının, Çin hakimlərinin, Teymurləngin ispan və alman süzerenlərinin, Böyük Moğol səltənətinin, ərəb xəlifələrinin, monqol xanlarının, rus knyazlarının ordularında xidmət etmişlər. İran şahları, Buxara əmirləri və Xarəzm xanları daim əllərinin altında türkmən silahlı dəstələri saxlayırdılar. İran hökmdarı Nadir şah 18-ci əsrdə Asiya torpaqlarını türkmən atlı dəstələrinin köməyilə zəbt etmişdi. Buxara əmiri Nəsrulla xan 1840-cı illərdə Kokand xanının ordusuna qarşı 10 min nəfərlik təklə və salurlardan ibarət türkmən qoşunu çıxarmışdı. 1077-ci ildən 1920-ci ilə kimi fəaliyyət göstərmiş Xarəzm dövlətinin taleyində türkmənlər mühüm rol oynamışlar. 1880-cı ilin yanvarında general Mixail Sobolyevin rəhbərliyi altında Axaltəkə ekspedisiyasına xeyr dua verib Orta Asiyaya yola salan Rusiya imperatoru 3-cü Aleksandr demişdi: “Türkmənlər haqqında mənə verilən məlumatlara əsasən, onların döyüşkən xalq olması qənaətindəyəm”. 1883-cü ildə Türkistan general-qubernatoru Nikolay Qrodekov türkmənlərin pretorianlar və yaxud yeniçərilərə bənzər rolu barədə belə yazırdı: “Hansı Xivə xanı türkmənlərin dəstəyindən istifadə edirdi, o bütün düşmənləri üzərində üstünlük qazanırdı. Türkmənlər xanlığın əsas söz sahibi kimi xanı ya yüksəldir, ya da endirirdilər. 1873-cü ilə kimi türkmənlər imtiyazlı mövqedə dayanırdılar: onlar xanın xidmətinə atlı dəstələr verirdilər. Türkmənlər bir növ hərbi kasta təşkil edərək, ağa kimi yaşayırdılar”.
Şərqşünas alim Adam Metsin fikrincə, 9-12-ci əsrlərdə hakimlik etmiş xəlifələrin əksəriyyətinin anası türkmən qızı idi və xilafət ordularının əsas özəyini türkmən süvariləri təşkil edirdi. Məlumdur ki, 9-cu əsrin axırlarında Abbasilər Xilafətinin ordusunda 25 min türkmən atlısı olmuşdur və onların təminatına hər il 1,6 milyon qızıl dinar pul ayrılmışdır. Orta və Ön Asiyanı, Misiri, İspaniyanın və Qafqazın bir hissəsini əhatə edən Abbasilər Xilafətinin bütün yüksək hərbi postlarını türkmən sərkərdələri tuturdular. Məhz həmin hərbi nüfuzun nəticəsi idi ki, 1038-ci ildə türkmən səlcuqların rəhbərliyi ilə Böyük Səlcuq dövləti yarandı. Orta Asiya, İran, Yaxın Şərq, Qafqaz və Anadolu ərazilərini əhatə edən bu nəhəng imperiya 1157-ci ilə kimi fəaliyyət göstərdi. 1290-cı ildə türkmən xələcləri Hindistanda səltənət qurdular. Xələclər sülaləsi 1320-ci ilə kimi Dehli sultanlığında hakimlik etdi. Xələclərdən sonra Dehli sultanlığında hakimiyyəti digər türkmən tayfası- tuqlakilər ələ keçirdilər. Tuqlakilər sülaləsinin şahları Hindistanda 1320-ci ildən 1413-cü ilə kimi hökm sürdülər. Böyük Britaniya idarəçiliyinə qarşı üsyana qalxmış xələclərin müqaviməti sayəsində ingilislərinin Orta Asiyaya, oradan da Qafqaza ekspansiya planları alt-üst oldu. Əfqanıstanda 1838-1842-ci illərdə ingilis müstəmləkəlçilərinə qarşı müharibədə əfqanların tərəfində Amu-Dərya çayının sol sahilində yaşayan türksoylu tayfalar da fəal iştirak edirdilər.
1526-cı ildə Hindistanda Böyük Moğol İmperiyasının təməlini qoymuş Babur şah öz ordusuna türkmən atlılarını cəlb etmişdi. Onun oğlu Sultan Hümayunun qoşununa Məhəmməd Bayram adlı türkmən sərkərdəsi başçılıq edirdi. Məhəmməd Bayramın döyüş yolu Səfəvi İmperiyasının banısı Şah İsmayıl Xətainin ordusundan başlayır. O şiə qoşununun tərkibində Buxara və Səmərqənd uğrunda vuruşmalarda iştirak etmişdi. Sonradan Babur şahın xidmətinə daxil olmuşu. Babur şah mükəmməl dini və dünyəvi təhsil görmüş Bayramın bacarığını yüksək qiymətləndirir və ona məsuliyətli işlər tapşırırdı. Gəncin əməlləri Baburun oğlu Hümayunu özünə cəlb еlədi və o atasından xahiş еtdi ki, Bayramı onun xidmətinə vеrsin. Babur razılığını vеrdi. Bayramın xеyirxah əməlləri, еtibarlı xidməti, şairlik istеdadı, еləcə də musiqini dərindən bilməsi şahzadənin xoşuna gəldi və onlar yaxın dost oldular. Tanınmış benqal alimi Sukumar Ray “Bayram xan” adlı monoqrafiyasında Əhməd Bin Bahpalın Bayrama verdiyi yüksək qiyməti ortalığa qoyur: “O, öz biliyini məclisdə, hərbi bacarığını döyüşdə, sədaqətini dostluqda, yüksək əxlaqını hər yеrdə nümayiş еtdirirdi. Şahzadənin yaxınlığını və dostluğunu qazanmışdı. Baburun əyanları arasında sеçilirdi”. Hümayun impеrator olandan sonra Bayram xan dövlət idarəsində daha yüksək mövqe tutdu və görkəmli sərkərdə oldu. Bayram xanın bütün həyatı puştun yəhudiləri ilə mübarizədə keçdi. O, Sultan Hümayunun Şimali Hindistan uğrunda puştun soylu sərkərdə Şirxanla müharibəsində özünü bacarlıqlı hərbçi kimi göstərdi. Öz nüfuzundan istifadə edərək Hümayunu qardaşları ilə barışdırdı. Böyük Moğol dövləti ilə Səfəvi dövləti arasında gözəl münasibətlər yaratdı. Bu iki dövlətin regionun əsas başağrısı olan puştunlara qarşı birgə mübarizəsini təşkil etdi. Bayram xan həm Moğol, həm də Səfəvi dövlətinin sərkərdəsi sayılırdı. O, 1555-ci ildə moğol və səfəvilərdən ibarət qoşunun başında Dehlinin puştun sultanı İskəndər şahın 80 minlik ordusunı darmadağın etdi. Həmin qələbə regionda yəhudi hegemonluğuna son qoydu. Məhəmməd Bayramın səyləri nəticəsində imperiya bir neçə dəfə xilas olundu, buna görə də o Səfəvi hökmdarı Təhmasib şah və Böyük Moğol hökmdarı Sultan Hümayunun birgə fərmanı ilə “xanlar xanı” tituluna layiq görüldü. Bayram xan Hümayunun bacısı qızı Səlimə sultan bəyim ilə evləndi və bununla da hakim siniflə qohum oldu. Baburun qızı Gülbədən bəyim “Hümayunnamə” adlı əsərində yazır: “O, çox savadlı qız idi və “Məxfi” təxəllüsü ilə şеirlər yazırdı. Səlimə sultan bəyim tərbiyəsi, qüruru, bacarığı və tutduğu yеrə görə sеçilirdi”. Ədəbiyyata olan sеvgisi onu Bayram xanla yaxınlaşdırdı. Türkmən igidinin şahzadə ilə, həm də Əmir Tеymurun nəvəsi ilə еvlənməsi ona baş ucalığı gətirdi, sarayda hörməti daha da artdı.
Məhəmməd Bayram xan siyasət və dövlətçiliklə birgə şeir və ədəbiyyata da çox maraq göstərmiş birisidir. Türkmən və fars dillərində poeziya yaradıcılığı vardır. Şeirləri ilk dəfə 1910-cu ildə Hindistanın Kəlküttə şəhərində ingiltərəli E.Denison Ross tərəfindən araşdırılaraq, divanı halında çap edilmişdir. 1970-ci ildə şairin türkməncə şeirləri müntəxəbat kimi Türkmənistanın Aşqabad şəhərində yayınlanmışdır. 1971-ci ildə Pakistanın Kəraçi şəhərində də Dr. Muhammad Sabir tərəfindən nəşr edilmişdir.
Bayram xanın ölümündən sonra bütün yüksək titulları oğlu Əbdürrəhim xana keçdi və ordudakı türkmən kavaleriyasına o rəhbərlik etməyə başladı. Moğol sarayında böyüyən Əbürrəhim xan fars, ərəb, türk, sanskrit, hind, urdu və türkmən dillərini sərbəst bilir, bu dillərdə şeirlər yazırdı. 1576-cı ildə impеrator Əkbər şah Əbdürrəhim xanı Hindistanın ən varlı əyalətlərindən sayılan Qucarata vali təyin еtdi. Alicənablığına, dövlətə təmənnasız xidmət və sədaqətinə görə o “mirac” ünvanına layiq görüldü. Bu titul sarayda ən еtibarlı adamlara vеrilirdi. Şah onu oğlu Səlim mirzəyə lələ təyin еtdi. 1589-cu ildə Əbdürrəhim xan vəkil (dövlətin baş naziri) vəzifəsinə ucaldı. Həmin ildə o “Baburnamə” əsərini fars dilinə çеvirdi. Əbdürrəhim xan diplomat kimi də tanınırdı. Qonşu dövlətlərlə ən qatı məsələri həll etməyə o göndərilirdi. Əbdürrəhim xan ömrünün axırına kimi Böyük Moğol İmperiyasın sədaqətlə xidmət göstərdi. 1627-ci ildə 71 yaşında vəfat edən Əbdürrəhim xanın qəbri Dehlidə Nizaməddin Övliyanın türbəsi yaxınlığındadır.
10-cu əsrin axırlarında oğuz türkmənləri Kiyev knyazı Vladimir Svyatoslaviçə Xazar ordusunu darmadağın etməkdə köməklik göstərdilər ki, bununla da Avrasiya kontinentində iud zülmünə son qoyuldu. Kiyev, Volın, Çerniqov, Qalitsiya, Rostov-Suzdal knyazlıqlarının ərazisində məskunlaşan oğuzlar rus knyazlarının əsas atlı ordusunu təşkil edirdilər. 16-cı əsrin axırları 17-ci əsrin əvvəllərində Rusiya İmperiyasının Astarxan və Stavropol ərazilərinə köç edən türkmən tayfa mənsubları gömrük xidmətində işə götürüldülər və İmperiyanın cənub və şərq sərhədlərinin qorunması üçün hərbi əməliyyatlara qatıldılar. Hər il Astarxan Kazak Qoşununa hərbi qulluğa 500 türkmən atlısı qəbul edilirdi. 17-ci əsrin sonlarında türkmənlərin daha böyük bir qrupu Astarxan quberniyası ərazisinə köç etdi və Rusiya təbəəliyinə girdilər. Rusiyanın cənubunda məskunlaşan türkmənlər həm Napoleon ilə müharibədə, həm də Qafqaz yürüşlərində iştirak edərək unudulmaz şücaətlər göstərdilər. 1804-1807-ci illərdə gizir Orağın rəhbərliyi altında 200 türkmən atlısının general Savelyevin korpusunun tərkibində Avropada döyüşməsi haqqında məlumatlar vardır. 1812-ci il fransızlar Rusiyaya hücum edən zaman türkmənlər ayrıca polk halında onlara qarşı döyüşmüşdülər. 1884-cü ildə Mərv könüllü surətdə Rusiyanın tərkibinə birləşərkən Xəzəryanı vilayətin rəisi general-leytenant Aleksandr Komarovun şəxsi mühafizə dəstəsində 20 türkmən igidi vardı.
Hələ 10-cu əsrdə Kiyev knyazlığı Xarəzm hökmdarları ilə diplomatik münasibətlər qurmağa can atırdı. 10-14-cü əsrlərdə Kiyev knyazlarının Orta Asiyanın oğuz-türkmənləri ilə sıx hərbi-siyasi əlaqələri yaranmışdı. Xivə və Buxara tacirləri Volqaboyu və Şərqi Avropa ilə qarşılıqlı ticarət əlaqələri qurmuşdular. Türkmən tayfalarının Rusiya ilə yaxınlaşmasının əsas dövrü 15-ci əsrə təsadüf edir. 1589-cu ildə Buxara xanı Moskva ilə ticarət əlaqələrinin yaradılması üçün müraciət etdi. Çar Mixail Fyodoroviç Romanovun (1596-1645) vaxtından Orta Asiyanın böyük şəhərlərində rus bazarları açmaq üçün nümayəndə heyətləri göndərilməyə başlandı. 1616-cı ildə türkmənlər diplomatik missiya ilə İrana gedən rus səfiri Tixonova yolda köməklik göstərdilər. Onlar Tixonovu və yoldaşlarını ehtiramla qarşıladılar, səhranı adlamaq üçün at və dəvələr verdilər, Qaraqumdan Xivəyə kimi ötürdülər. 1620-ci ildə Buxaraya yollanan İvan Danil Xoxlovun rəhbərlik etdiyi Rusiya səfir heyəti türkmənlərin yaşadığı ərazidən keçirdi. Türkmənlər müsafirləri əvvəlcə soyuq, hətta hiddətlə qarşıladılar. Lakin səfirliyin nümayəndələri onlarla ünsiyyətə girdikdən sonra torpaqbasdı haqqından imtina etdilər və elə oradaca öhdəlik götürdülər ki, bir də türkmənlərdən heç kəs rus qonaqlarına hücum etməyəcək və talamayacaq. Bundan sonra Rusiya ilə Xarəzm və Buxara arasında karvan gediş-gəlləri intensivləşdi. Karvan ticarətində türkmənlər də aktiv iştirak edirdilər. 1641-ci ildə aci tayfasından olan türkmən tacirlər Moskvaya mal gətirmişdilər. 1700-cü ildə Xivə xanı Şahniyaz ağanın elçisi Böyük Pyotrun yanına gəldi və xanlığın Rusiyanın tərkibinə qatılması istəyini çatdırdı. Bundan sonra Orta Asiyaya dalbadal hərbi ekspedisiyalar göndərildi. 1717-ci ildə Orta Asiyaya yollanmış Rusiya hərbi ekspedisiyasının rəhbəri Aleksandr Bekoviç-Çerkasskiyə türkmənlər böyük etimad göstərdilər. Bekoviç-Çerkasski çar 1-ci Pyotra yazmışdı: “Müxtəlif truxmen tayfaları siz əlahəzrətə sədaqətlə xidmət edəcəklərini söz verdilər, bunu məktublarla təsdiq etdilər və həmin məktubları mənə verdilər”. Xəzər kənarında yaşayan türkmən tayfaları dənizdə qəzaya uğramış rus gəmiçiləri ilə sıx ünsiyyət qurur və onlara çətinlikləri adlamaqda köməklik göstərirdilər. Həmin ərəfədə Manqışlaq türkmənlərinin Astarxan qubernatoruna göndərdikləri məktubdan aydın olur ki, onlar Rusiya dövlətçiliyinə xidmət etməkdən məmnunluq duyurmuşlar. Türkmənlərin məktubunda deyilir: “300 ilə yaxındır bizim atalarımız və babalarımız Böyük Hökmdara qulluq edirlər”. Böyük Hökmdar dedikdə onlar Rusiya imperatorunu nəzərdə tuturdular. Nəzərə almaq lazımdır ki, həmin dövrdə Orta Asiya hələ Rusiya İmperiyasının tərkibinə qatılmamışdı. 16-cı əsrdən başlayaraq Orta Asiya tacirlərinin Şərqi Avropa ilə karvan ticarəti daha da canlandı. Asiyadan Avropaya gedən əsas ticarət magistralları türkmən ərazilərdən keçirdi. Astarxan ilə Orta Asiya xanlıqları arasındakı ticarət əlaqələri türkmənlərin yaşadığı Üst-Urt və Manqışlaq əraziləri vasitəsilə aparılırdı.
1-ci Pyotrun hakimiyyəti dövrü Rusiya dövlətinin türk xalqları ilə isti münasibətlərinin qurulması dövrüdür. 1-ci Pyotr Xəzər dənizi hövzəsində Rusiya təsirinin yaranmasına, eləcə də Orta Asiyadan keçərək Şərqə və Hindistana gedən qısa ticarət yollarının açılmasına xüsusi əhəmiyyət verirdi. Rusiya hökuməti öz təsirini yaymaq üçün Xəzər basseyninin şərq hissəsində qalaların və dayaq məntəqələrinin tikilməsinə ehtiyac duyurdu. Orenburqdan və Qazaxstan çöllərindən keçən uzun və yorucu karvan yolu sərfəli deyildi, ona görə də dəniz yoluna üstünlük verilirdi. Rus tacirlər Astarxandan gəmidə Xəzər dənizi ilə Manqışlağa gəlir, oradan isə karvan ilə Xivəyə yollanırdılar. Malların Xəzər dənizi ilə daşınması daha sərfəli, ucuz və təhlükəsiz başa gəlirdi. Türkmənlər Rusiya ilə ticarət əlaqələrinin qurulmasında maraqlı idilər, ona görə ərazilərindən keçən rus tacirlərini xoş qarşılayır, onlara ehtiram göstərir və yol boyu qoruyurdular.
İran şahları tərəfindən əzizlənən, şahsevən tituluna layiq görülən türkmənlər yəhudi mənşəli Məhəmməd şah Qacarın və kürd Nadir şah Əfşarın dövründə kütləvi genosidə uğradıldılar. Qacar şah türkmənlərin başından təpələr düzəldirdi. Qacarlar tərəfindən düşmən münasibət görən türkmənlər İran şahlığına tabe olmaqdan imtina etdilər. Nadir şah Əfşar hakimiyyətə gələndən sonra nümayəndəsini İran ordusuna əsgər vermək tələbi ilə türkmən ellərinə göndərdi. Lakin türkmənlər şah ordusuna əsgər verməkdən imtina etdilər və bildirdilər ki, bundan sonra onlar azad adamlardır. Belə olduqda Nadir şah qardaşı oğli Əliqulu xanı 40 minlik ordu ilə türkmənlərin üstünə yolladı. Türkmənlər şiddətli müqavimət göstərsələr də, təpədən dırnağadək silahlanmış şah qoşunları qarşısında tab gətirə bilmədilər və məğlubiyyətə uğradılar. 1740-cı ilin payızında Amu-Dərya sahillərində, eləcə də Şimali Əfqanıstandan Xivəyə kimi torpaqlarda yaşayan türkmənlərin böyük hissəsi şah qoşunlarının hücumları nəticəsində öz yurd-yuvalarından didərgin düşdülər. 300 min türkmən arabası (1 milyona yaxın insan) Xəzər dənizinin şərq sahillərinə doğru yeridi. Bir neçə ildən sonra isə daxili qarşıdurmalar nəticəsində daha 10 min türkmən arabası Qızılcelqın istiqamətində yola düşüb Rusiya sərhədlərinə yaxınlaşdı. Üst-Urt, Balxan və Manqışlaq ərazilərinə köçən türkmənlər Rusiya hökumətindən kömək istədilər, onları və çörək və ərzaqla təmin etməyi xahiş etdilər. Rusiya hökuməti türkmənlərin faciəsinə etinasız qalmadı. 1741-ci ilin payızında kapitan Tebelyevin rəhbərliyi ilə un və ərzaqla yüklənmiş gəmi Astarxandan Manqışlağa göndərildi.
1745-ci ildə Rusiya hökuməti türkmənlərin problemlərini öyrənmək üçün Manqışlağa kapitan V.Kopıtevskinin komandanlığı altında gəmi göndərdi. Kopıtevskinin nümayəndə heyəti feodal zülmü altında inildəyən Manqışlaq, eləcə də Xivə və Balxan türkmənlərinin dərd-sərlərini və şikayətlərini araşdırdı. Türkmən ağsaqqalları Kopıtevski ilə birlikdə Astarxana gəldilər və qubernator Tatışev ilə söhbətdə Rusiya himayəsinə sığınmaq istədiklərini bildirdilər. 1746-cı ildə türkmən ağsaqqalları Peterburqa getdilər. Onları imperatriça Yelizaveta Petrovna şəxsən özü hörmətlə qarşıladı. Həmin görüşdəki danışıqlardan sonra türkmənlər qruplar halında tədricən Rusiya təbəəliyinə qəbul edildilər. Türkmən aullarını gəzən Çar hökuməti nümayəndələri ağsaqqlara və hörmətli adamlara mahuddan xələtlər, yeni növ silahlar, təsərrüfat alətləri, qab-qacaq və mətbəx ləvazimatları bağışladılar. Türkmən böyükləri isə əvəzində hökumət adamlarına cins atlar və bir sıra maraq doğuran hədiyələr verdilər. Bundan sonra Rusiya hökuməti türkmənlərə tez-tez un və ərzaqla yüklənmiş gəmilər göndərməyə başladı. Xəzər dənizinin şərq sahillərində ticarət qalalarının, müdafiə istehkamlarının tilikməsi imkanları, buna türkmənlərin reaksiyasının öyrənilməsi ilə bağlı təhqiqatlar aparıldı. Rusiya İmperiyası Xarici İşlər Kollegiyasının İmperatriça 2-ci Yekaterinaya dəniz sahilində yaşayan türkmənlər barədə 17 avqust 1767-ci il tarixli məruzəsində deyilirdi: “Truxmenlər müsəlman dininə mənsubdurlar. Kalmıklar və digər köçəri xalqlar kimi alaçıqlarda yaşayırlar. Onlara lazım olan əzuqəni əsasən maldarlıqdan və ovçuluqdan əldə edirlər. O qədər kobuddurlar ki, hətta oğul atasını belə eşitmir. Hərçənd onlarda ağsaqqal yaşca böyük olanlar və döyüşlərdə öndərlik edənlər sayılırlar. Amma onlar da ümumi razılıq olmasa, ən axırıncı adamı belə heç nəyə məcbur edə bimirlər”. M.Ladıjenskinin rəhbərliyk etdiyi ekspediyaya “gömrük əhli türkmənlərlə mehriban davranmaq” tapşırıldı. Rusiya ilə Xivə və Buxara arasında ticarət karvanlarının hərəkəti intensivləşdi. Rusiyalı tacirlər Xivə və Buxara bazarlarında iranlı, yomud, təklə, salur, əfqan və hindlilərlə alver edirdilər. Öhdələrinə götürdükləri kimi, rus tacirlərinin karvanlarını yol boyu türkmənlər qoruyurdular. 18-ci əsrin axırları 19-cu əsrin əvvəllərində artıq Şərqi Avropanı Orta Asiya ilə birləşdirən bütün ticarət yolları türkmənlərin yaşadıqları ərazilərdən keçirdi. Məsələn, Rusiyadan Buxaraya gedən karvan yolu təklə və salor türkmənlərinin yaşadıqları məskənlərdən ötürdü.
Orta Asiya xalqlarından ilk olaraq qonşularla toqquşmalardan cana doymuş qazaxlar ruslara qucaq açdılar. Tarixən qazax xalqı üç hissədən ibarət idi: Ulu juz, Orta juz və Kiçik juz. 1718-ci ildə Kiçik juz tayfalarının başçısı Əbülxeyr xan Rusiya ilə diplomatik əlaqələr qurmağa çalışdı, 1731-ci ildə onun xanlığı “Ağ Çariça Anna İoanovnanın himayəsinə” götürüldü. Bir sonra, 1732-ci ildə Semek xanın rəhbərlik etdiyi Orta juz tayfalar qrupu Rusiya təbəəlyinə keçdi. 1787-ci ildə xivəlilər tərəfindən sıxışdırılan Kiçik juz tayfaları Rusiya hökumətinin icazəsi ilə Urala və Volqaboyuna köçdülər. 1801-ci ildə İmperator 1-ci Pavelin əmri ilə 7500 kazax ailəsinin məskunlaşdığı həmin ərazilərdə onların rəhbəri Bukey xanın adı ilə Bukey Ordası vassallığı yaradıldı. 1818-ci ildə Ulu juzun tayfaları da Rusiya havadarlığına girmək üçün müraciət etdilər. Sonrakı 30 il ərzində Ulu juzun bütün tayfaları Rusiya təbəəliyinə qəbul olundular. Qazaxstan torpaqlarına gələn ruslar indiki Kokşetau (1824), Astana (1830), Fort-Şevçenko (1846), İnqiz (1846), Turqay (1846), Raim (1847), Kapal (1848) və Alma-Ata (1845) məntəqələrinin təməlini qoydular. 1867-ci ildə Qazaxstanın cənub-şərq və Qırğızıstanın şimal ərazilərinə kazaklar gətirildi və burada Semireçye Kazak Qoşunu yaradıldı. 1862-1877-ci illərdə Çin idarəçiliyinə qarşı üsyan etmiş uyğur və dunqanlar məğlubiyyətə uğradıqdan sonra 1881-ci ildə Semireçye ərazisinə köçərək burada məskunlaşdılar.
Rusiya himayəsinə qəbul olunmuş qazaxların başqa xalqlara nisbətən daha tox və firavan yaşaması digər türk xalqlarının də Rusiyaya meyllənməsinə zəmin yaratdı. 1734-cü ildə Daşkənd zadəganları Rusiya himayəsinə qəbul olunma şərtlərini öyrənmək üçün öz elçilərini Qazaxstandakı Çar administrasiyasına göndərdilər. 1767-1772-ci ildə müxtəlif türkmən elləri Rusiyanın təbəəliyinə götürülmələri və onların müdafiəsi məqsədi ilə regionda qalaların tikilməsi üçün Astarxan qubernatoruna müraciət etdilər. 1798-ci ildə Manqışlaq türkmənləri Ürgənc, Buxara, Səmərqənd və Daşkənddən gələn karvan yollarının kəsişdiyi Tüb-Qaraqan ərazisində qala tikilməsi xahişi ilə müraciət ünvanladılar. 1792-ci ildə Daşkənd hakimi Yunus Xoca imperatriça 2-ci Yekaterinaya məktub yazaraq, ondan rus tacirlərinin və dağ mədənləri yataqlarının öyrənilməsi üçün geoloqların göndərilməsini xahiş etdi. 1812-ci ildə Kokand xanı Ömər Peterburqa öz elçilərini yolladı. Türkmənlər Astarxan qubernatoruna dəfələrlə məktublar yazaraq Rus ordusunun onları Xivə və qazax xanlarının hücumlarından qorumasını, eləcə də Manqışlaqda müdafiə və ticarət qalaları tikilməsini xahiş etdilər. O dövrə aid sənədlərin araşdırılması göstərir ki, türkmən tayfa başçılarının çoxu Rusiya siyasi himayəsinə sığınmaq istəyində olmuşlar. Maraq doğuran cəhət həm də o idi ki, Orta Asiya xalqlarının maddi vəziyyəti yalnız rusların ayağı dəydiyi yerlərdə yaxşılaşmışdı. Rus tacirlərinin və hərbçilərinin gəlib getdiyi ərazilərdə əhalinin güzəranı daha firavanlaşmışdı. Məhz bu səbəbə görə türkmən aqilləri Rusiyanı ruzi mənbəyi kimi görürdülər. Türkmən ağsaqqallarından birinin 1745-ci ildə Astarxan qubernatoruna yazdığı məktubda deyilirdi: “Türkmən xalqı harda olursa olsun, həmişə Rusiya təbəəliyini istəyəcək, ona görə ki Rusiyadan başqa heç bir çörək umacaq yer yoxdur”. Sonrakı onilliklər ərzində türkmənlər rus ordusunun regiona yeridilməsi və hərbi qalalarının tikilməsi üçün dəfələrlə həm yazılı, həm də şifahi şəkildə müraciətlər yolladılar. 1811-ci ildə Xivə xanının zülmündən qaçmış türkmən çovdurlar Rusiya ərazisinə yerləşdirilmələri və təbəəliyə qəbul olunmaları üçün Astarxan qubernatoruna müraciət etdilər. 1812-ci ildə məlum oldu ki, zülm altında inildəyən daha 3 600 türkmən ailəsi Rusiyanı himayəsinə girmək üçün yola çıxıb. Rusiya hökuməti onların ərzaqla təmin olunması üçün tədbirlər gördü.
1801-ci ilin axırı 1802-ci ilin əvvəlində biri Orenburqdan, digəri isə Astarxandan ötməklə Peterburqa danışıqlar üçün türkmənlərin iki nümayəndə heyəti yola düşdü. Paytaxta gələn həmin nümayəndə heyətləri Çar hökumətinə türkmənlərin Rusiya təbəəliyinə qəbul olunma istəklərini çatdırdılar. O cümlədən onlar dəmir, barıt, qırma satışından verginin götürülməsini və Xivədə çörək baha olduğuna görə türkmən ellərinə un göndərilməsini xahiş etdilər. Rusiya imperiyası daxili işlər naziri Viktor Koçubey türkmənlərə aşağı qiymətə unun satılması barədə Astarxan qubernatoruna göstəriş verdi. 9 may 1802-ci ildə isə çar 1-ci Aleksandırın fərmanı ilə türkmən abdallar, çovdurlar, iqdırlər, burunçuqlar və buzacılar rəsmi şəkilə Rusiya təbəəlilyinə qəbul edildilər. Bu münasibətilə Astarxandan Peterburqa gələn türkmən böyükləri Çar hökuməti tərəfindən qızıl medallarla təltif olundular və onlara 100 gümüş manat məbləğində illik məvacib ayrıldı.
Yəhudi mənşəli Qacarların hakimiyyəti dövründə Rusiya ilə İran dövlətinin münasibətləri kəskinləşdi. Belə bir şəraitdə Çar hökuməti Qacar hakimiyyəti ilə müharibə vəziyyətində olan türkmənlərə maraq göstərməyə və onlarla ciddi əlaqələr qurmağa başladı. 1805-ci ilin may-sentyabr aylarında türkmən yomutlar, göklenlər və təkləliərlə hərbi ittifaq qurmaq barədə diplomatik yazışmalar aparıldı. Rusiyanın İrandakı konsulu Skibinevskinin məktubunda göstərilirdi ki, türkmənlər özləri Qacarlara qarşı müharibədə vuruşmaq üçün müraciət etmişlər. Knyaz A.Çartorıyskinin təlimatı ilə səfərbərliyi təşkil etmək və döyüşə hazırlamaq üçün Molla Məmməd Can Hüseyni türkmənlərin yanına göndərmək qərara alındı. Artıq 1813-cü ildə hazırlıqlı türkmənlər Fətəli şah Qacarın zülmünə qarşı üsyana qalxdılar. Üsyançılar kömək üçün Rusiyaya üz tutdular. Dörd türkmən ağsaqqalından ibarət nümayəndə heyəti Rusiya dövlət adamları ilə danışıqlar üçün Qafqazın Gülüstan məntəqəsinə gəldi. Elçilər arasında rus-türkmən münasibətlərinin qurulmasında böyük rol oynamış türkmən sərkərdəsi Kiyatxan da vardı. Danışıqlar zamanı qərara alındı ki, Xəzərin türkmənlər yaşayan sahilinə hərbi-dəniz desantı çıxarılsın, türkmən döyüşçüləri artilleriya və digər silahlarla təmin olunsun. Türkmən nümayəndəli ilə eyni vaxtda general Nikolay Rtişşevin yanına Fətəli şah Qacarın elçiləri sülh bağlamaq təklifi ilə gəldilər. Maraqlıdır ki, general Rtişşev Qacar elçilərini ətrafındakı türkmən nümayəndələri ilə birlikdə qarşıladı: türkmənlər danışıqlarda Rusiya tərəfinin adamları kimi iştirak etdilər.
19-cu əsrin əvvəllərində Gürcüstan və Azərbaycan torpaqları Rusiya İmperiyasına birləşdirildi və Rusiya Xəzər dənizinin qərb sahillərində möhkəmləndi. Çar hökuməti regiondakı dövlət siyasətini zirək, aqressivlikdən uzaq və asan idarə olanan türkmənlər vasitəsilə həyata keçirməyə başladı. Rusiyanın Qafqazdakı ordu komandanı general Aleksey Yermolov yomud və göklen türkmənləri ilə hərtərəfli əlaqələrin qurulmasına və idarəçilik işlərində onlardan istifadə edilməsinə üstünlük verirdi. Onun ordusunun əsas hücumçu hissələrini kazaklarla yanaşı tatar atlıları təşkil edirdi. Yermolov imperiya vitse-kansleri K.Nesselrodeyə məktubunda türkmənləri dövlət işlərinə cəlb etməyin vacibliyini vurğulayır və onları “Rusiya hökumətinə sadiq igid xalq” adlandırırdı. Türkmənlər tədricən Çar ordusuna xidmətə götürüldülər. Çar hökuməti aqressiv münasibət sərgiləyən digər xalqlardan fərqli olaraq Rusiyameylli türkmən xalqı ilə sıx diplomatik, həm də ticari-iqtisadi münasibətlər yaratmağa çalışır, türkmənlərin regionda möhkəmlənməsini istəyirdi. Ləzgilər ara-sıra üsyana qalxan avar dəstələrinə qoşulub ruslara qarşı vuruşsalar da, talışlar seyid-semit mənşəli xanların dövründə Rusiya ilə müharibə aparsalar da, türkmənlər kütləvi şəkildə ruslara qarşı heç vaxt çıxmamışdılar və təkəm-seyrək soyğunçuluq hallarından başqa imperiyaya heç bir güclü başağrı yaratmamışdılar. Qeyd etmək yerinə düşərdi ki, məhz seyid xanlarının səhv siyasəti nəticəsində talış xalqı ağır durumla üzləşdi. 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay sülh müqaviləsinin 4-cü maddəsinə əsasən, Talış xanlığının torpaqları Rusiyaya verilməli idi. Lakin Talış xanı Mir Həsən xan bundan imtina etdi. 19-cu əsr tarixçisi Mir Mehdi Xəzani yazır: “Talış Mir Həsən xan üsyan qaldırıb Kaspi dənizində rus batalyonunu məhv etdi”. Nəticədə Talış mahalı müharibə meydanına çevrildi. Seyid xanı talış xalqını bir neçə il həm rus, həm də fars qoşunu ilə vuruşdurdu. Mir Həsən xanın ölümündən sonra onun digər seyid qardaşları xalq arasında narazılıq yaratmaq və camaatı rus idarəçiliyinə qarşı qaldırdırmağa çalışsalar da, həbs edildilər.
Araşdırmalar göstərir ki, türkmənlər imperiyanın ən həlim vətəndaşları olmuşlar. Türkistan general-qubernatoru Konstantin Petroviç Kaufmanın türkmən xalqına böyük sevgisi vardı. O deyirdi: “Düz müsəlman dövlət üçün əyri xristiandan daha qiymətlidir”. Bu yüksək rütbəli Rusiya məmuru ölərkən özünü Türkistan torpağında basdırmağı vəsiyyət etdi, belə ki onun fikrincə “bura rus insanına basdırılmağa ayıb bilmədiyi rus torpağıdır”. Tarixçi Erik Xanımamedov yazır: “Axırıncı yüz ildən çox müddət ərzində ruslar və türkmənlər yan-yana olublar və çətin anlarda bir-birinə kömək ediblər, bu faktdır. Şücaət möcüzələri göstərərək özünə unudulmaz şöhrət qazanmış sədaqətli Təklə polku buna bir misaldır”. Türkmən sərkərdəsi Dıkma Sərdar Rusiya İmperatoru 3-ci Aleksandırın qarşısında and içərkən demişdi: “Allah hansı sınaqlarla onu üzbəüz qoysa belə, mənim xalqım heç vaxt Ağ Padşaha və Böyük Rusiyaya xəyanət etməyəcək”. Çoxəsrlik tarix göstərdi ki, türkmənlər verdikləri hərbi anda sonadək sadiq qaldılar, bir dəfə də olsun Rusiya dövlətinə qarşı çıxmadılar, dəfələrlə ölkənin kritik anlarında canlarını sevə-sevə imperiya yolunda qurban verdilər. Çar hökuməti türkmən əsgərlərinin dözümlülüklərini və zirəkliklərini yüksək qiymətləndirirdi. Ötən əsrlərdə Çarın türkmən əsgərlərinin qoçaqlığı ilə bağlı Şərqdə əfsanələr dolaşırdı. Ruslar deyirdilər ki, təkləlilər- doğuluşdan kavaleristdirlər. Tarixçi N.Latkin yazırdı: “Türkmənlər, xüsusən də təkləlilər vətəni hərarətlə sevirlər və onu son damla qanlarına kimi qorumağa hazırdırlar”. Rusiya imperatoru 3-cü Aleksandr Rusiyaya sədaqət andı içən hər bir təklə əsgərinə at bağışlayırdı. Türkmənlər imperiyanın sadiq əsgərlərinə çevrildilər. Regionun bir çox başqa xalqlardan fərqli olaraq türkmənlər rus inamına və adət-ənənələrinə böyük hörmətlə yanaşırdılar. Tarixçilər bildirirlər ki, türkmən ellərindəki səyyari kilsələrdə rus əsgərləri əyilərək ayin icra edən zaman türkmən əsgərlər də onlarla birlikdə əyilib dua oxuyurdular. Rus əsgərləri bunun səbəbini soruşduqda türkmən əsgərləri deyirdilər: “Allah birdir, siz də, biz də eyni Allaha səcdə edirik”. Döyüşlərdə həlak olan türkmən əsgərlər kazaklarla birgə basdırılırdı və qəbirlərinin üstünə pravoslav xaçı qoyulurdu. Türkmənlərin rus inamına hörməti o dərəcədə böyük idi ki, istər Sovet hakimiyyəti dövründə, istərsə SSRİ dağıldıqdan sonra Türkmənistan ərazisindəki pravoslav kilsələrinin birinə də toxunulmadı, hamısı salamat qaldı.
İrandakı Qacar hakimləri digər qoy xalqlar kimi türkmənlərə qarşı da açıq-aşkar düşmənçilik siyasəti yeridirdilər. Qacar idarəçiləri Çeleken körfəzindəki türkmənlərə məxsus balıq vətəgələrini və təbii resursları onların əlindən alıb Talışın seyidlərinə, iudey kökənli varlılarına satmağa çalışırdılar. Burada məqsəd həm də türkmənlərin Rusiya ilə əlaqələrinin qarşısını almaq idi, çünki türkmənlər tutduqları balığı yalnız rus tacirlərinə satırdılar. Rusiyayönümlü fəaliyyətə görə türkmənlərin rəhbəri Kiyat xan dəfələrlə təzyiq və hücumlara məruz qalmışdı. Talış mahalının Rusiya ilə münasibətlərinin pisləşməsinə çalışan iud-seyid qüvvələrin arxasında həm də imperialist İngiltərə dayanırdı. Talışın seyidləri və yerli Qacar idarəçiləri dəfələrlə türkmənləri Rusiya təsirinə qarşı qaldırmaq istəsələr də, türkmənlər ruzi mənbəyi bildikləri ruslara qarşı çıxmır, əksinə nicat yolunu yalnız Rusiyada görürdülər. Astarxanla alver edən yəhudi tacir Mirbağırov Talış mahalının seyid-yəhudi zadəganlarının köməyi ilə Xəzər sahilindəki balıq vətəgələrini ələ keçirmək istəyirdi. 1826-cı ildə Mazandaran hakimi Məmmədqulu Mirzə sahildəki türkmənlərə məxsus balıq vətəgələrinin Mirbağırova satılması barədə fərman verdi. Bu türkmənlərin narazılığı ilə qarşılandı və onlar Astarxan qubernatoruna şikayət məktubu göndərdilər. Məktubda onlara məxsus vətəgələrin satılmasına etirazlarını bildirərək yazırdılar: “Sahil bizim, balıq bizim, balığı biz tuturuq, biz satırıq və hakimlik burda heç nə yoxdur”. Hiyləgər Mirbağırov saxta sənədlər düzəldərək Astarxan qubernatoruna təqdim etdi və vətəgələrin ona məxsus olmasını bildirdi. Həmin sənədlərdə Qarasu və Atrek çaylarının deltaları arasındakı balıq vətəgələrinin türkmənlər tərəfindən ona satıldığı göstərilirdi, halbuki türkmənlər həmin vətəgələri rus taciri A.Gerasimova vermişdilər. Bundan başqa, Mirbağırov Çeleken yarımadasındakı neft və duz mədənlərinin də ona məxsus olduğunu iddia edirdi. Gərgin keçən mübahisələrdən sonra Çar Rusiyasının göndərdiyi komissiya Mirbağırovun haqsız olduğunu üzə çıxardı, Çelekenin vətəgə və mədənləri həmişəlik türkmənlərə verildi.
1826-cı ildə Rusiya ilə Qacar xanədanlığı arasında müharibə başlayarkən türkmənlər Rusiyaya kömək məqsədilə Xorasana hücum etdilər və şah qoşunlarına dalbadal sarsıdıcı zərbələr vurdular. Lakin türkmən sərkərdəsi Buta xan Qacar agenti tərəfindən öldürüldü, ona görə də hücumları dayandırmalı oldular. 1828-ci ildə Rusiya ilə İran arasında Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra türkmənlər yenidən Rusiyaya onları Qacar şahlığının və yerli hakimlərin zülmlərindən qorumaq üçün müraciət etdilər. Bundan sonra Çar hökuməti İrandakı səfirinə taşırıq verdi ki, İran şahına Rusiya ilə dostluq münasibətlərində olan “Türkmənistan sakinlərinin incidilməsi və sıxışdırılmasına son qoyulması” xahişini çatdırsın. 1830-cu ildə Çar hökuməti xüsusi missiya ilə yasaul Lalayevi Türkmənistanın cənub-qərb rayonlarına göndərdi. Yasaul Lalayev türkmən sərkərdəsi Kiyat xanla birlikdə Tiflisdən Bakıya yollandı, orada bir ay qaldıqdan sonra Xəzər sahilində türkmənlərin yaşadığı Çeleken yarımadasına gəldi. Lalayev Çelekendə dəniz kənarındakı 30 alaçıqlıq aulda Kiyat xanın evində beş gün qonaq qaldı və ona hərtərəfli hörmət göstərildi. Türkmən ellərini gəzərək hərtərəfli məlumatlar toplayan Lalayev onların kütləvi surətdə Rusiyaya birləşmək istəyi barədə hökuməti məlumatlandırdı. Kokandlıların soyğunçu hücumlarından zinhara gəlmiş köçəri qırğızlar Çar administrasiyasına onları müdafiə etməklə bağlı müraciət etdilər. 1832-ci ildən başlayaraq Rusiya hökuməti tərəfindən türkmən ellərinə Qriqori Karelinin rəhbərliyi altında bir neçə ekspedisiya göndərildi. Karelinin ekspedisiyasında bir qrup Manqışlaq türkməni də iştirak edirdi ki, onlardan dördü sonradan Rusiya dövləti qarşısında xidmətlərinə görə qızıl medallara layid görüldü və xüsusi hədiyyələr aldılar. Karelinin ekspedisiyası göstərdi ki, yerli xan və bəylərin zülmlərindən cana doymuş türkmən xalqı Rusiyanın himayəsinə sığınmaq arzusundadır. Türkmən elçiləri dəfələrlə Novo-Aleksandrovskoe qalasına gələrək Rusiya təbəəliyinə qədul olunmalarını xahiş etmişdilər. O dövrün bir çox rəsmi sənədləri Rusiya ilə siyasi və iqtisadi planda birləşməklə bağlı türkmən hərəkatının geniş vüsət almasına göstərir. 1836-cı ildə Həsən-Quli kəndində 20 777 yomut ailəsini təmsil edən türkmən ağsaqqalları və qaziləri yığışıb toplantı keçirdilər. Sənədlərdə “Qazilərin və hörmətli adamlarının ümumi şurası” kimi göstərilən həmin məclisdə türkmən xalqının könüllü surətdə Rusiyaya birləşdirilməsi barədə qərar qəbul olundu. Bununla bağlı türkmənlər üçün həyati əhəmiyyət daşıyan və Türkistan tarixində mühüm rol oynayan vacib bir sənəd- Çar hökumətinə ərizə formasında yazılı müraciət hazırlandı. Türkmən başbilənlərinin həmin müraciətində aşağıdakı misralar böyük maraq doğurur: “Bizim sayımız çoxdur və igidik, amma birliyimiz, ağlımız və nizam-intizamımız yoxdur. Bizə Böyük Himayədar gərəkdir ki, bütün türkmənlərdən bir can və ruh toparlasın. Onda qonşular bizi güclü biləcəklər və bütün türk tayfaları bizim dalımızca gələcəklər”. Türkmənlər təbəəliyə qədul olunduqları təqdirdə Rusiya hökmdarına xidmət və itaət göstərməyi, müharibə olacağı təqdirdə orduya 10 min atlı qoşun yollamağı, rus tacirlərini Məşhədə və digər İran şəhərlərinə kimi yol boyu müşayiət edərək qorumağı, balıq vətəgələrini yalnız rus tacirlərinə verməyi və s. öhdəlikləri öz boyunlarına götürdülər. Türkmənlər yaxşı başa düşürdülər ki, Türkmənistanın Rusiya tərkibinə girməsi ölkədə bolluğun yaranmasına və təsərrüfatın inkişafına səbəb olacaqdı, onların ərzaq məhsulları və təsərrüfat malları almaq üçün uzaq Xivə və İran bazarlarına getməsinə lüzum qalmayacaqdı. Türkmən elləri Rusiya himayəsinə girməklə həm də xarici təhlükələrdən qorunmaq və birib-tükənməyən tayfa davalarına son qoymaq istəyirdilər. Türkmən böyüklərinin Çar hökumətinə ünvanladığı həmin tarixi müraciət Rus hərbi ekspedisiyasının rəhbəri Qriqori Karelinə təqdim olundu.
Karelinin ekspedisiyası getdikdən sonra türkmənlərin Rusiyaya birləşmək istəyi ilə Çar hökumətinə müraciət ünvanlamasından xəbər tutan Qacar hökuməti onları cəzalandırmaq qərarına gəldi. Qacarların göndərdiyi cəza dəstələri türkmən ellərini qırıb çatdı, kəndləri xarabazarlığa çevirdi. Türkmənlərin rəhbəri Kiyat xanın oğlu Yaxşı Məmməd Rusiyanın Qafqaz valisinə şikayət məktubu yazaraq Qacar qoşunlarının türkmən əhalisinə tutduğu divan barədə məlumat verdi. Yaxşı Məmməd məktubunda Rusiya hökumətindən ac-yalavac və səfil hala salınmış türkmən xalqına ərzaq yardımı göndərilməsini istədi. Rusiya hökuməti Xəzər sahilində yaşayan türkmənlər üçün 6 min pud un göndərdi. 1842-ci ildə Qacar əsgərləri Qurgen vadisində yaşayan türkmən yurdlarına da hücum etdi. Nəticədə Qurgen çayı sahilləri boyunca yaşayan türkmənlər acınacaqlı duruma düşdülər. 1846-cı ilə qardaşı Rəhimqulu xanın yerinə Xivə xanı keçən Məhəmmədəmin xan böyük bir orduyla sarıq türkmənlərinin üzərinə yürüdü və onları qırıb çatdı. Bu zaman Xivə xanlarının cinayətlərindən və talanlarından cana doymuş təkləlilər üsyana qalxdılar və salurlar da onlara qoşuldular. Təkləlilərin rəhbərliyi altında türkmənlər birləşərək 1855-ci ilin baharında Xivə ordusunu məğlubiyyətə uğratdılar və Məhəmmədəmin xan öldürüldü.
1819-cu ilin yazında M.Ponomaryovun rəhbərliyi altında türkmənlərin yaşadığı ərazilərə birinci, 1821-ci ildə isə N.Muravyovun rəhbərliyi altında ikinci hərbi ekspedisiya göndərilmişdi. Həmin ekspedisiyalar Türkmənistanın siyasi, iqtisadi və elmi aspektlərdən öyrənilməsində mühüm rol oynadı. İndi artıq Türkmənistanla əlaqəlar iki istiqamətdən- həm Astarxan, həm də Qafqaz yolu ilə qurulurdu. 1841-ci ildə ingilislərin Əfqanstandakı mövqeləri Amu-Dərya çayının sol sahillərinə doğru irəlilədi, bununla bağlı Buxara əmiri Rusiyada siyasi-hərbi heyət dəvət etdi. 1850-ci illərdə isə Orta Asiyaya siyasi və iqtisadi vəziyyəti araşdırmaq məqsədilə şərqşünas alim Nikolay Xanıkovun, diplomat Nikolay İqnatyevin, kəşfiyyatçı Çokan Valixanovun rəhbərlik etdiyi müxtəlif qruplar gəldi. Rusiya hökumətinin türkmən torpaqlarına göndəriyi nümayəndənin başçısı 1-ci ranq kapitanı Nikolay Krabbeyə mövcud durumu yerindəcə diqqətlə öyrənmək tapşırıldı.
1840-cı ildə Astarada Rus Dəniz Kreyserliyi yaradıldı. Kreyserlik Rusiya-İran ticarət əlaqələrinin, eləcə də türkmənlərlə münasibətlərin qurulmasında mühüm rol oynadı. Rusiya Dəniz Nazirliyinin rəhbəri böyük knyaz Konstantin Nikolayeviç hərbi gəmilərin heyətlərinə tapşırıq vermişdi ki, yerli türkmən camaatı ilə mehriban davransınlar və sıx ünsiyyətə girsinlər. Belə siyasət türkmənlərin Rusiyaya meyllənməsində və Çar hökuməti nümayəndələri ilə aktiv kontakta girməsində böyük rol oynadı. Çar hökuməti Şərqdəki hərbçilərinə türkmənlərlə mehriban davranmaq barədə yeni instruksiya verdi. Həmin dövrdən etibarən rus komandirləri Xəzər dənizi ətrafında yaranmış bir çox problemli məsələlərin həllində türkmənlərdən istifadə etməyə başladılar. Rus hərbi gəmilərinin komandirləri türkmən qaziləri və aul böyükləri ilə qarşılıqlı əlaqələr qurdular. Tədricən türkmən diyarı Rusiya imperiyasının Şərqdəki etibarlı forpostuna çevrildi. Fransız səyyahı Edqar Bulanjye bir az da uzağa gedərək yazırdı ki, “türkmən xanları rus zabitlərinə işləyirlər”. 1858-ci ildə Rusiya hökuməti Qurgen və Atrek çaylarının Xəzərə tökülən hissəsinə desant çıxarmaq istərkən də dövlət nümayəndələrinin iclasında türkmənlər Rusiyanın əsas dayaq qüvvəsi kimi qiymətləndirildi və onların Rusiya təbəəliyinə götürülməsinin vacibliyi vurğulandı. 1860-cı illərdə türkmənlərin dəstəyi ilə Krasnovodsk körfəzinə qoşun yeridilməsi, burada ticarət faktoriyalarının və istehkamların qurulması məsələləri müzakirə olundu.
Rusiya hökumətinin dəstəyini qazanan türkmənlər Xivənin iudey və İranın qacar hakimlərinə qarşı ölüm-dirim savaşına girdilər. Xivə və İran hakimləri demək olar ki, hər il Cənubi və Cənub-Qərbi Türkmənistan torpaqlarına soyğunçuluq və quldurluq yürüşləri edirdilər. Təkcə 6-7 il ərzində türkmənlərlə xan ordusu və şah qoşunu arasında böyük itkilərə səbəb olan üç qanlı vuruşma oldu. Rusiyaya birləşmək perspektivlərindən ruhlanan türkmən xalqı xarici aqressorlara qarşı qəhrəmancasına çarpışırdı. Feodal zülmlərindən cana bezmiş Xivə türkmənlərinin rəhbəri Atamurad xan dəfələrlə Rusiya hökumətinə müraciət edərək onların təbəəliyə qəbul edilməsini və Xivə xanına qarşı mübarizədə dəstək verilməsini istədi. Türkmənlərin tabeçilikdən çıxdıqlarını və Rusiyaya birləşmək uğrunda kəskin səylərini görən Xivə xanı onların suvarma kanallarını bağlayaraq acınacaqlı duruma saldı. Bundan sonra Atamurad xan Krasnovodska gələrək Rusiya ordusundan kömək istədi. 1854-ci ildə türkmən əsgərləri Govşut xanın rəhbərliyi altında Seraxs kəndi yaxınlığında xivəliləri elə ağır məğlubiyyətə uğratdı ki, Xivə xanı bir də türkmən torpaqlarına girməyə cəsarət etmədi. 1858-ci ildə təkəli, yomud və göklenlərdən ibarət türkmən süvariləri Qarrıqala yaxınlığında Qacar qoşununu büsbütün məhv etdi. 1861-ci ilə türkmənlər isə Qacar sərkərdəsi Həmzə Mirzənin rəhbərlik etdiyi 35 minlik qoşunu qırıb çatdılar.
1869-cu ildə Rusiya hökuməti Krasnovodsk sahillərinə türkmənlərin dəstəyi ilə desant çıxardı. Polkovnik Nikolay Stoletovun rəhbərliyi altında rus ordusunun Krasnovodska girməsi Türkmənistanın Rusiya birləşməsi proseslərinə start verdi. Türkmənistanın birləşdirilməsi türkmən xalqının taleyində əlamətdar rol oynadı. Rus idarəçiliyinin yaranması türkmən xalqının məşəqqətli həyatına son qoydu və qan-qada ilə dolu tarixinə nadir müsbət hadisələrdən biri kimi yazıldı. Rusların gəlişi ilə Türkmənistanda geniş yayılmış qul alveri qadağan edildi, feodal qırğınlarına son qoyuldu, pərakəndə türkmən torpaqları birləşdirildi ki, bu da türkmənlərin xalq kimi formalaşmasında əsaslı rol oynadı. Kənd təsərrüfatı və iqtisadiyyat inkişaf etməyə başladı, xalqın maddi vəziyyəti tədricən yaxşılaşdı. Feodal mahiyyətli Türkmənistanda Rusiya kapitalizminə xas elementlər görünməyə başladı. Türkmən mədəniyyəti rus mədəniyyətinin detalları ilə zənginləşdi. Rusların gəlişi ilə Qaraqum çöllərinə yeni nəfəs və sivilizasiya gəldi. Ən əsası isə rusların Türkmənistana girməsi Orta Asiyanın ingilislər tərəfindən işğalı təhlükəsini aradan götürdü.
1873-cü ildə Xivə yürüşü zamanı türkmənlər rus ordusunu dəvə və ərzaqla təmin etdilər. Türkmən süvariləri böyük həvəslə rus eskadronlarına regionda qayda-qanun yaratmaqda və soyğunçulğun qarşısını almaqda köməklik göstərirdilər. İmperiyaya xidmətdə bulunan türkmən əsgərlərinin köməyi ilə Rusiya və İran arasındakı ticarət yollarına tam nəzarət sistemi quruldu və Xəzər dənizi hövzəsində təhlükəsizlik təmin olundu.
20 iyun 1875-ci ildə isə Xəzəryanı hərbi şöbənin rəisi general Nikolay Lomakin Axaltəkə vahəsinin 90 minlik təklə camaatının Rusiya təbəəliyinə götürülmək barədə məktubunu aldı. 1881-ci ilin fevralında Xəzəryanı vilayət qoşunlarının ştab rəisi general Nikolay Qrodekov hökumət qarşısında “Göytəpə və Aşxabad arasında poçt əlaqəsinin yaradılmasında təklə igidlərindən vasitəçi kimi istifadə edilməsi” məsələsini qaldırdı. Həmin ilin 26 aprelində Xəzəryanı hərbi şöbənin rəisi general Pyotr Rerberq türkmənlərin ictimai asayişin qorunması üçün işə götürülməsini təklif etdi. 5 may 1881-ci il tarixli əmr ilə türkmənlərdən ibarət Axaltəkə Atlı Milisi yaradıldı. Axaltəkə sakinləri özləri öz aralarından 160 fərəc (milisioner) və 4 sərdar (komandir) seçdilər. Sıravi milisionerlərə 30 manat, komandirlərə isə 50 manat aylıq məvacib ayrıldı. 27 iyul 1881-ci ildə Qazqaz hərbi dairəsi qoşunlarının komandanı general-feldmarşal Akelsandr Baryatinski Hərbi Nazirliyin baş ştab rəisi general Leonid Sobolevə teleqramında təklə gənclərindən ibarət bir-iki polkun yaradılmasının vacibliyini bildirdi. Bir həftə sonra baş ştabın yeni rəisi general-adyutant Nikolay Obruçev təkləlilərdən ibarət bir və ya iki kavaleriya polkunun yaradılması barədə hərbi nazirin əmrini Qafqaz dairəsinə yolladı. Rus ordu komandanlığı qoçaq türkmən əsgərlərini Varşava hüdudlarına gətirmək və Prussiya sərhədlərində də xidmətə cəlb etmək niyyətində idi. Mərvə gəldiyinin səhəri günü general Aleksandr Dondukov-Korsakov təkləlilərdən ibarət 2 hərbi eskadronun yaradılması barədə əmr verdi. Həmin eskadrona götürülmüş türkmən əsgərləri öz milli geyimlərinin üstündən ağ paqonlar taxır və ağ furajka qoyurdular. Onlara berdanka tipli tüfənglər verilmişdi. 30 sentyabr 1885-ci ildə Qafqaz hərbi dairəsinin komandanı general-adyutant Dondukov-Korsakov Hərbi Nazirliyin baş ştabına məktub yazaraq türkmən uşaqlarına imperiyanın hərbi-elmi məktəblərdə təhsil verilməsi təklifini dəstəklədiyini bildirdi. 1893-cü ildən etibarən Orenburq Kadet Korpusuna oxumağa hər il 2 türkmən uşağı göndərilirdi. Türkmənlər rus ordusunda həvəslə xidmət göstərirdilər. Ömrü boyu at belindən düşməyən türkmən gəncləri üçün məvacibli hərbi xidmət göydəndüşmə idi. Rusların yerli əhaliyə insani münasibəti türkmənlər arasında böyük sevgi yaratmışdı; onlar Rusiya dövlətinə xidmətə həvəslə girirdilər və imperiya maraqlarını cani-dillə qorumağa çalışırdırlar. Rusların gəlişi ilə regionda əmin-amanlıq yaranmışdı. Yerli xalqlar yeni bir sivilizasiya və tam fərqli münasibətlər atmosferi ilə tanış olmuşdular. Odur ki, Türkistan əhli yeni sistemin bərqərar olmasına və təşəkkülünə böyük həvəs göstərirdilər. Buxara və Xivə xanları, türkmən bəyləri tez-tez maraq içində rus hərbi hissələrini gəlir və rus əsgərlərinin paradlarına heyranlıqla tamaşa edirdilər. Tanınmış təklə xanları Qul Batır, Əvəzqulu Sərdar, Maşrıq Hoca, Annaberdı Muradşıxov, Tacməmməd xan, Qarrı xan, Muradəli xan Adıxanov, Qurbanqulu xan Gülniyazov, Kişikxan Qaziyev, Allaberdı xan Muradov, Niyazmurad xan Əvəzbəyovun övladları yeni yaradılmış Türkmən divizionunda xidmətə girdilər. Onların bir çoxu sonradan pristav oldu və mühüm dövlət işlərində çalışdı. Divizionun nəzdində olan məktəbi Qoçqulu Nepesov, Danatar Artıqov, Baba xan Menqli xan oğlu kimi adlı-sanlı türkmən igidləri bitirib zabit rütbəsi aldılar.
1870-ci illərin əvvəllərində 1890-ci illərin axırlarında Orta Asiyada Rusiya-İngiltərə münasibətləri kəskinləşdi. 1879-cu ildə İngiltərə hökuməti məcburan Əfqanıstana saziş imzalatdırdı və ölkədə ingilis hegemonluğu quruldu. Bundan sonra ingilislər əfqan hakimlərini Rusiya ilə münaqişəyə sövq etməyə başladılar. Əfqan əmiri Əbdürrəhman xan ingilis zabitlərinin fitvası ilə Rusiyaya torpaq iddiaları etdi. O qonşu türkmən torpaqlarının, xüsusən də Heratdan Mərvə gedən ticarət yolunu nəzarətdə saxlamağa imkan verən Pende vahəsinin Əfqanıstana mənsub olduğunu bildirdi. Əfqan qoşunu Pende vahəsinə soxuldu. Mərvin ardınca Rusiya təbəəliyinə girmək arzusunda olan Pende əhalisi- türkmən sarık və saqor tayfaları onlara müqavimət göstərdilər. Türkmənlər Mərvdəki Rusiya ordusu komandanlığına kömək üçün müraciət etdilər. Yaranmış vəziyyətlə bağlı Rusiya çarı 3-cü Aleksandra məruzə olundu. Çar general Aleksandr Komarova əfqanları “qovmaq və necə lazımdır tənbeh etmək” tapşırığı verdi. Rus qoşunu Muqrab çayı kənarı ilə İmam Baba məqbərəsinə kimi gəldi. Sarıklar rusları əzuqə və atlarını ələflə təmin etdilər. 18 mart 1885-ci ildə Qızıl Təpə kurqanı yaxınlığında türkmən və kazaklardan ibarət 1500 nəfərlik rus qoşunu əfqanların 4500 nəfərlik qoşunu ilə üz-üzə gəldi. Qızğın döyüş zamanı əfqanlar 600 nəfər itki verdilər və qaçmağa başladılar; 8 top və 2 bayraqları döyüş meydanında qaldı. Rus qoşunundan isə cəmi 10 kazak və türkmən həlak oldu, 29 nəfər isə yaralandı. Heç bir odlu silahı olmayan türkmən süvariləri təkcə qılıncla əfqanları biçib tökərək misilsiz şücaət göstərdilər. Govşut xanın oğlu Baba xanın rəhbərlik etdi türkmən atlı dəstəsi əfqanların 4 topunu, Aman Kılıç adı türkmən əsgəri isə döyüş bayrağını ələ keçirdi. Əfqanların Kuşka çayının o üzündəki düşərgəsində oturub müşahidə aparan ingilis təlimatçıları döyüşün uduzulduğunu görüb qaçmağa üz qoydular, bir neçə ingilis zabiti əsir də düşdü, lakin yalvar-yaxardan sonra kazaklar onları sərbəst buraxdıqlar. Həmin döyüşdə türkmənlər kazaklarla birgə Rusya imperiyasının şərəfini ləyaqətlə qorudular. Çar hökuməti general Aleksandr Komarovu Georgiyev xaçı ilə, şücaət göstərmiş zabitləri müxtəlif orden və medallarla təltif etdi, əsgərlər isə hərəsi 3 manat pul mükafatı aldılar. General Komarov 30 mart 1885-ci il tarixli raportunda türkmənlərin qəhrəmanlığı haqqında yazırdı: “İgidlər layiqli dövlət qulluqçusu olmaq üçün bütün güclərini sərf etdilər və öz qanları hesabına requlyar qoşunlarla qardaşlıq birliyində olmaq hüququ qazandılar”. Hətta həmin münaqişəni təşkil edən və əfqanlara dəstək verən ingilislər belə öz xatirələrində Kuşka döyüşündə türkmən atlılarının qeyri-adi şücaətindən, qorxmazlığından, düşmənin üstünə sel kimi axmalarından ağız dolusu yazırlar. Həmin döyüşdə Rus ordusu əfqanlara elə bir dərs verdi ki, Əbdürrəhman xan sarık torpaqlarına bir daha üz tutmayağını və bundan sonra ruslarla “xeyirxah qonşu” kimi yaşayacaqlarını bəyan etdi. Əfqanlar üzərində zəfərdən sonra Orta Asiyada Rusiya administrasiyanın reputasiyası qat-qat artdı. Ətraf ellərdə yaşayan türkmənlər dəstə-dəstə general Komarovun yanına axışmağa başladılar, qələbə münasibəti ilə sevinclərini bildirdilər və Rusiya təbəəsi olmaq istəklərini dilə gətirdilər.
Hökumət nümayəndələri türkmən uşaqlarının rusca hərbi təhsil alması və müxtəlif şərq dillərini öyrənməsi məqsədilə məktəblər açılması məsələsi üzərində düşünməyə başladılar. Bir müddət sonra türkmən uşaqlarına məktəb açmaq təklifi ilə Govşut xanın oğlu Qədir Məmməd xan müraciət etdi. İqdır türkmənlərinin böyüyü Məmməd Səfa Quliyevin onun oğlunu Orenburqdakı Neplyuev adına kadet korpusuna qəbul etmək xahişini Çar hökuməti məmnuniyyətlə qəbul etdi. Yomud türkmənlərinin böyüyü Kiyat xanın övladları da Peterburq və Tiflis gimnaziyalarına təhsil almağa göndərildilər. Onun kiçik oğlu Qaraşxan imperiyaya misilsiz xidmətlər göstərdi. Kamenets-Podolsk ulan polkunun zabit kurslarını bitirdikdən sonra o 12-ci Belqorod ulan polkunda qulluğa girdi. Krım və rus-türk müharibələrində göstərdiyi şücaətlərə görə polkovnik rütbəsi aldı və Georgiyev xaçı ilə mükafatlandırıldı. Vətəninə qayıtdıqdan sonra o Krasnovodskda Xəzəryanı şöbəyə məmur vəzifəsinə götürüldü. 11 aprel 1879-cu ildə Qaraşxan Yomudski türkmən uşaqlarına rus, ərəb, fars və s. dillərin öyrədilməsi üçün məktəb açılmasının zəruriliyi barədə Hərbi Nazirə məktub yazdı. Qaraşxanın öz oğlanları hamısı hərbi təhsil aldılar və imperiyaya sədaqətlə xidmət etdilər. Bir oğlu İvan Yomudski Birinci Dünya Müharibəsi zamanı Lvov ətrafında gedən döyüşlərdə həlak oldu. Digər oğlu Nikolay Yomudski Pskov Kadet Korpusunu bitirdikdən sonra Mərvdə 1-ci atıcı batalyonda xidmətə girdi, uzun illər pristav işlədi və 1910-cu ildə polkovnik rütbəsində istefaya çıxdı. Üçüncü oğlu Nəzər isə tanınmış rəssam oldu. Baharlı ətrafından olan bəy oğlu Xocaqeldı Xocamuradov Orenburq Kadet Korpusunda oxuduqdan sonra təhsilini Moskva Piyada Qoşunları Məktəbində davam etdirdi və Türkistan Atıcı Briqadasında xidmətə girdi. Orenburq Kadet Korpusunda gələcək türkmən zadəganları Annamurad Qurbanov, Silap Sərdarov, Bapbı və Qaqacan Berdıyevlər də təhsil aldılar. Razzaq Xan Hacıyev 3-cü Moskva Kadet Korpusunu bitirdikdən sonra Tver Kavaleriya Məktəbinə daxil oldu. Birinci Dünya Müharibəsi zamanı ordu ştabının mühafizə dəstəsinə rəhbər təyin edildi. Razzaq xan böyük hörmət bəslədiyi general Kornilova sonadək sədaqətlə xidmət göstərdi.
1881-ci ilin mayında imperator 3-cü Aleksandrın sarayına beş nəfərlik türkmən nümayəndə heyətinin başında vaxtilə Göytəpə qalasının müdafiəsində ruslara qarşı vuruşmuş Dıkma Sərdar gəldi. Dıkma Sərdar özü ilə 10 yaşlı oğlu Orazı da gətirmişdi və onun Peterburqda hərbi mətkəblərdən birində təhsil almasını istəyirdi. Qarayanız və məğrur uşaq imperator 3-cü Aleksandr və həyat yoldaşı imperatriça Mariya Fyodorovnada böyük maraq doğurdu. Onlar uşağa qızıl saat bağışladılar. Dıkma Sərdarın arzusu yerinə yetirildi və oğlu imperiyanın ən prestijli hərbi məktəbi sayılan Pajeski korpusa qəbul edildi. Dıkma Sərdarın təhsil alan oğlu ilə bağlı ordu ştabının polkovniki Meşetiçə ünvanlanmış məktubu saxlanmışdır. Məktubda Dıkma Sərdar yüksək çinli məmurdan Orazın təhsilinə və səhhətinə qarşı diqqətli olmağı, oğluna lazım olan xərclər barədə onu məlumatlandırmağı xahiş edir. Həmin vaxt Dıkma Sərdar özü Türkistanda milis mayoru rütbəsində xidmət göstərirdi. Hərbi təhsilini uğurla başa vuran Oraz Sərdar draqun polklarından birinə xidmətə göndərildi, sonra isə məşhur Təklə Atlı Polkunda eskadron komandiri oldu. Birinci Dünya Müharibəsi cəbhəsində göstərdiyi şücaətlərə görə ona general-mayor rütbəsi verildi.
Türkmənlər Mərvin qan tökülmədən Rusiya İmperiyasına birləşdirilməsində mühüm rol oynadılar. Ordu komandanı general Aleksandr Komarov Mərvə Rusiya təbəəliyini qəbul etmək təklifi ilə ştabs-rotmistr Maqsud bəy Əlixanovu və təkləli mayor Məhtumqulu xan Nurberdıxanovu göndərdi. Onlar bu missiyanı uğurla yerinə yetirdilər. Məhz Əlixanovun və Məhtumqulu xanın avtoriteti sayəsində mərvlilər rus ordusuna qarşı çıxmadılar, əksinə könüllü olaraq Rusiyanın himayəsini qəbul etməyə razılıq verdilər. Mərvlilərin nümayəndə heyəti 25 yanvar 1884-cü ildə Aşqabada general Komarovun yanına təbəəlik ərizəsi gətirdi, razılıq alındıqdan sonra isə İmperatora sədaqət andı açdı. Beləliklə, Mərv bircə güllə də atılmadan Rusiya imperiyasının tərkibində daxil oldu. General Aleksandr Komarovun taktiki gedişləri sayəsində Tecen, Serah, Yolotan, Pende məntəqələri də qansız-qadasız və heç bir məsrəf olmadan Rusiyanın tərkibinə keçdi. Komarov Ağ Qartal ordeni ilə təltid edildi, üstünə “İgidliyə görə” yazılmış və brilliantlarla bəzədilmiş qızıl qılıncla mükafatlandırıldı. Məhtumqulu xan Nurberdıxanov isə milis podpolkovniki rütbəsi aldı və 27 fevral 1907-ci ildə Rusiya Dövlət Dumasına deputat seçildi.
1896-cı ildə Buxara əmiri Əbdüləhəd xan çar 2-ci Nikolayın taclandırma mərasimində iştirak etmək üçün Moskva və Peterburqa gəldi. Əbdüləhəd xan Çar hökumətindən Qara Dəniz Flotunun Sevastopoldakı gəmilərinin ona göstərilməsini istədi. Xanın xahişi yerinə yetirdiidi. Rus hərbi gəmilərində gördüyü texnika və silahlar xanı elə heyran qoydu, elə dərin təəssürat buraxdı ki, o 1905-ci ildə Rus ordusuna 1 milyon qızıl pul ayırdı. Xanın puluna Baltika flotu üçün gəmilər eskadronu inşa edildi. Xanın xeyirxah missiyasına minnətdarlıq olaraq ruslar gəmilərdən birinə “Buxara əmiri” adı verdilər. Rus xalqı ilə qardaşlıq planları quran və regionun Rusiya ilə inteqrasiya olunmasını dəstəkləyən Əbdüləhəd xan bundan həvəslənərək artilleriya ilə silahlanmış “Xivəli” adlı kanoner qayığının düzəldilməsinə də pul ayırdı. Həmin gəmilər türkmənlərin pulu ilə ərsəyə gəlmiş digər “Stavropol türkməni” gəmisi ilə birlikdə Birinci Dünya Müharibəsinin dəniz döyüşlərində iştirak etdi. Sözün əsl mənasında Rusiyanın böyük dostu olan Əbdüləhəd xan həm də Çarjoydakı Orenburq Kazak Polkuna şeflik edirdi və Çar tərəfindən general rütbəsinə layiq görülmüşdü. Böyrək xəstəliyindən əziyyət çəkən xan hər il Qafqaza müalicəyə gəlirdi. Tez-tez yolüstü Bakıda da olurdı və Hacı Zeynalabdin Tağıyevin yanında qonaq qalırdı.
Birinci Dünya Müharibəsi zamanı türkmənlər Rusiya ordusunu atlarla təmin etdilər. Həmin müharibəni “motorların müharibəsi” adlandırsalar da, o dövrdə tank və təyyarələr az istehsal olunurdu; döyüş meydanında qələbənin taleyi süvarilərdən asılı idi. Ona görə də müharibə aparan dövlətlər üçün ağır topları dartan perşeron cinsli araba atları yanaşı ərəb cinsli minik atlarına da ehtiyac duyulurdu. Xivə və Buxara türkmənləri cəbhəyə axaltəkə, qarabair və digər məşhur cinslərdən olan minlərlə çevik at göndərdilər. Xüsusən Uraldan olan kazaklar, sibirlilər və orenburqlu döyüşçülər dözümlü və bərk qaçan Orta Asiya atlarını yüksək qiymətləndirirdilər.
1935-ci ildə türkmənlər tarixdə misli-bərabəri olmayan at yürüşü həyata keçirdilər. Axaltəkə və yomud cinsindən olan atların belində onlar Aşqabaddan Moskvayadək 4300 kilometr məsafə qət etdilər. Həmin yolun 350 kilometri qızmar isti və tozlu qumla müşayiət olunan böyük səhradan keçirdi. 30 türkmən atlısı Qaraqum, Üst-urt və Volqaboyu çöllərini adlayaraq həmin çətin marşrutu 84 günə gəldilər. Uzun müddət ac-susuz qaldılar, yağış altında islandılar, qızmar günəşin şüasından yandılar, atları dizədək quma batıb taqətdən düşdü, amma türkmən igidləri səfəri uğurla başa vurdular. Türkmənlərin dəyanəti və atların dözümlülüyü bütün dünyanı heyranlıq içində qoydu. Türkmənlərin at belində Aşqabaddan Moskvayadək 4300 kilometr məsafə qət etməsi o dövrün qəzet səhiflərində və dövlət sənədlərində “dünya tarixində analoqu olmayan qəhrəmanlıq nümunəsi” adlandırıldı. Moskva əhalisi türkmən atlılarını gül-çiçəklə qarşıladı. Onların keçdiyi küçələrə lentlər çəkildi. O dövrdə kavaleriya ordunun əsas hissəsini təşkil etdiyindən həmin ağlasığmaz hərəkət bir növ müharibədən qabaq sovet süvarilərinin dözümlülüyünü göstərən sınaq aktı oldu. 1937-ci ildə Aşqabad Xalçaçılıq Fabrikində həmin tarixi olayı əks etdirən 331х202 sm ölçüdə möhtəşəm xalça toxundu. “At yürüşü” adlı məşhur xalça Nyu-York Belnəlxalq Sərgisində nümayiş olundu, sonra isə Moskvadakı Ümumrusiya Dekorativ-Tətbiqi və Xalq İncəsənəti Muzeyinə qoyuldu.
TƏKLƏ ATLI POLKU. 24 fevral 1885-ci ildə Rusiya İmperiyasının Xəzəryanı bölgələrində əmin-amanlığı qorumaq üçün Türkmən Atlı Dəstəsi yaradıldı. Həmin dəstə 7 noyabr 1892-ci ildə genişləndirilərək Türkmən Atlı-İrrequlyar Divizionuna çevrildi və konkret döyüş tapşırıqlarını yerinə yetirməyə başladı. Divizion podpolkovnik Pyotr Kalitinin rəhbərliyi altında İmperiyanın Əfqanıstan ilə sərhədlərini qoruyur və regionda kəşfiyyat işləri aparırdı. 10 iyun 1899-cu ildə Pyotr Kalitin Tersk Kazak Qoşunlarının 1-ci Volqa Polkuna komandir göndərildiyindən onun yerinə abxaz millətindən olan knyaz Malaxiy Marqaniya təyin olundu. Onun türkmənlər arasında böyük nüfuzu vardı. Türkmən əsgərlər ona “Mergen ağa” deyirdilər. Podpolkovnik rütbəsində olan Marqaniya hündürboy, əzələli adam idi, qışda qara, yayda ağ rəngli çerkeska deyilən Qarfaz milli geyimində gəzirdi. Ləyaqətli adam olduğundan hamıya hörmətlə yanaşırdı, dostlarına münasibətdə isə sadə və səmimi idi. Onun Aşqabaddakı evi həmişə qonaqlı-qaralı olurdu, onların içində türkmən igidləri üstünlük təşkil edirdi. Marqaniya hərbçi olmaqdan başqa həm də gözəl diplomat idi; türkmən və fars dillərində sərbəst danışdığndan onu tez-tez Türkistan xanları və İran şahının təbəələri ilə danışıqlara tərcüməçi kimi çağırırdılar. Marqaniya Divizionda nizam-intizama, əsasən də əsgərlər üçün şux atların seçilməsinə xüsusi fikir verirdi, ona görə də hərbi paradlarda onun divizionu öz əzəməti ilə heyranlıq doğururdu. Marqaniyanın at cinslərindən yaxşı başı çıxırdı, Axaltəkə atlarını yüksək qiymətləndirirdi. Məhz o tanınmış rus yazıçısı, tarixi romanlar müəllifi Vasili Qriqoryeviç Yan üçün qızılı-boz rəngli kəhər at seçmişdi ki, yazıçı İtalmaz adlı həmin səmənd atın belində Xivə, Əfqanıstan və İrana səyahət etmişdi. Səyahət zamanı Yanı Marqaniyanın tabeçiliyində olan türkmən döyüşçülər müşayiət etmişdi ki, yazıçı onlardan Xivədən olan igid Qılıc və Georgiyevsk mükafatına layiq görülmüş uryadnik Şaxnazar Qarabəyov haqında öz əsərində söhbət açmışdır.
30 yanvar 1911-ci ildən Türkmən Atlı-İrrequlyar Divizionu Türkmən Atlı Divizionu adlanmağa başladı. Diviziondakı türkmən əsgərləri rus zabitlərinin rəhbərliyi altında təlim-məşq işləri ilə məşğul olur, hərbi elmin sirlərinə yiyələnir, sərhədçilərlə birgə ekspedisiya və inspeksiyalarda, eləcə də gizli tapşırıqların yerinə yetirilməsinə iştirak edirdi.
Birinci Dünya Müharibəsi başlanan zaman Türkmən Atlı Divizionunun bazasında Türkmən Atlı Polku yaradıldı. Bu polka öz atları ilə müharibəyə könüllü yollanmaq istəyən türkmən gəncləri götürüldü. Türkmənlər Rus Çarına xidmət edəcək və müharibə meydanında düşmənə sinə gərəcək polkun yaradılması xəbərini böyük sevinclə qarşıladılar və polkun formalaşdırılması üçün əllərindən gələni etdilər. Mərv, Tecen və Aşqabad türkmənləri özləri polkun təhcizatı və müharibəyə göndərilməsi üçün 60 min rubl pul topladılar. Yerli əhali polku yaraşıqlı Axaltəkə cinsli atlarla təmin etdi. Türkmənlərin təşəbbüsünü Çar hökuməti yüksək qiymətləndirdi. Bu əlamətdar hadisədən mütəəssir olan imperator 2-ci Nikolay öz xətti ilə belə yazmışdı: “Türkmənlərə sidqi-ürəkdən təşəkkürümü bildirirəm”. 31 mart 1916-cı ildə Əlahəzrət İmperatorun əmri ilə polkun adı dəyişdirilərək Təklə Atlı Polku adlandırıldı, belə ki polk heyəti tamamilə Axal və Mərvin təklə elindən olanlardan təşkil edilmişdi.
Qeyd edək ki, Divizionda xidmət könüllü olsa da, ora yazılmaq istəyən türkmənlərin sayı-hesabı yox idi. Bu hərbi hissədə türkmənlər öz milli xalat və papaqlarında xidmət edirdilər; özünəməxsus əyri qılınclarından başqa onlara berdanka tüfənglər verilirdi. Türkmən əsgərlər 25 rubl aylıq məvacib alırdılar. Divizionda xidmət iki il idi, həmin müddət başa çatdıqdan sonra əsgər öz razılığı ilə xidmətini davam etdirə bilərdi. Rus zabitləri və türkmən əsgərləri arasında qarşılıqlı səmimi münasibətlər yaranmışdı: türkmənlər zabitlərə tam etibar edir, hörmətlə yanaşır və onlara rus manerasına uyğun “boyar” deyə müraciət edirdilər. Tezliklə səliqəli və çevik türkmən igidlərlərindən təşkil olunmuş Divizionun şöhrəti bütün Türkistana yayıldı. Ömrü boyu at belindən düşməyən türkmən igidlərinə kavaleriyada xidmət etmək həzz verirdi. Çar ordusunun poruçiki olmuş türkmən Razzaq xan Hacıyev 1929-cu ildə divizionu belə xatırlayırdı: “Diviziona igidlik və şücaət axtaran, cəsurları sevən, macəra həvəsi ilə alışıb yanan və hərb sənətinin sirlərinə yiyələnməyə can atan adamlar daxil olurdular. Bunlar adlı-sanlı xanların, sərdarların, əsilzadə türkmənlərin övladları idi və öz atalarının hünərli yolunu davam etdirmək istəyirdilər. Bu arzu onlara ana südündən siyarət etmişdi”. Rusiya hərbi mütəxəssisləri türkmən atlılarını yüksək qiymətləndirirdilər. Müşahidəçilərin fikrincə, hətta Georgiyevski mükafatları almış təcrübəli rus əsgərləri belə təklə döyüşçülərinə heyranlıqla yanaşırdılar. General Nikolay Lomakinin bildirdiyi kimi, rus əsgərlərinin fikrincə, türkmənlər osmanlılar və Qafqaz dağlılarından da şücaətli döyüşçülər idi. “Kim ki Türkmən atlı polkunu görməyib, əsl altı ordunu görməyib”- müasirlərdən biri belə yazmışdı. O dövrün rus müəllifləri türkmənlərin qoçaqlığı, inadkarlığı və hərbi qabiliyyətləri barədə heyranlıqla söz açmışlar. Rus generalı, şərqşünas publisist və yazıçı Dmitri Loqofet 1909-cu ilə aid qeydlərində türkmən süvariləri haqqında belə deyirdi: “Türkmənlər bizim kavaleriyanın komplekt olunması üçün gözəl materialdır. Öz xarakterlərinə və əsrlərlə mənimsənilmiş dünyagörüşlərinə görə bu xalq xüsusən bizim ordu sıralarımız üçün arzuolunandır”. Rusiyanın hərbi naziri olmuş general Aleksey Kuropatkin də İmperiyaya canla-başla xidmət edən türkmən igidlərini yüksək dəyərləndirirdi. Onun məlumatlarından aydın olur ki, Divizionda xidmət keçən türkmənlərin bir çoxu artıq 1891-ci ildə göstərdikləri rəşadətlərə görə müxtəlif ordenlərlə təltif edilmişdilər. Kuropatkinin sözlərinə görə, türkmənlər soyuq silahla təkbətək döyüşdə mahirdirlər və onların gecə döyüşə girmək kimi qeyri-adi xüsusiyyətləri vardı. Yazıçı Vladimir Tuqan-Mirza-Baranovski 1881-ci ildə yazmışdı: “Təkləli çox gözəl çapar olmaqda və silahla mükəmməl davranmaqda hədsiz dərəcədə qoçaqdır və hətta öz düşmənlərində belə qoçaqlığı yüksək dəyərləndirir... İstənilən təkləlli söz verərsə, hətta canı və azadlığı bahasına olsa belə, o sözün üstündə durar. Ümumiyyətlə, təkləlilər böyük bacarıqlara sahibdirlər, həddən artıq tədbirlidirlər və öz vətənlərini hərarətlə sevirlər”. Türkistan general-qubernatoru Nikolay Qrodekov 1883-cü ildə yazmışdı: “Türkmənlər üçün özünkülərə xəyanət etməkdən böyük cinayət yoxdur, ona görə də hamı əmin idi ki, onların içindən xəyanətkar çıxa bilməz”. N.Latkin (1885-ci il): “Türkmənlər cəsurluqları və ölümdən qorxmamaları ilə fərqlənirlər. Onlar mətinliklə döyüşə atılır, özlərinə qıymadan vuruşurlar, eyni zamanda düşmənə də rəhm etmirlər. Türkmənlər, xüsusən də təkləlilər öz vətənlərini qızğıncasına sevirlər və onu son damla qanlarına kimi qorumağa hazırdırlar”. 1900-cu ildə Türkmənistanı gəzmiş yazıçı Yevgeni Markov türkmən əsgərlərini mədh edərək “qartal, bəbir, aslan” adlandırır və deyirdi: “Onların çoxu hündürboy, enlikürək, piysiz, əzələli atletlərdir”. Markov göstərirdi ki, təklə döyüşçüləri mühasirəyə düşəndə təslim olmurlar və sonadək vuruşurlar. Görkəmli Rusiya sərkərdəsi və strateqi Mixail Skobelyev də təklə döyüşçülərindən heyranlıqla söz açırdı və Avstriya-Macarıstan İmperiyası ilə sərhədə təklə kavaleriyası yeritməyin vacibliyini vurğulayırdıi. Bir müddət sonra Skobelyevin istəyi həyata keçdi və türkmən əsgərləri rus ordusunun tərkibində Venaya kimi irəlilədi.
Birinci Dünya Müharibəsinin ilk aylarından Türkmən Atlı Polku Qərb cəbhəsində döyüşlərə qatıldı. 23 noyabr 1914-cü ildə Türkmən Atlı Polku Duplitse-Duje kəndi yaxınlığında alman piyada qoşununu darmadağın etdi. Tezliklə türkmən igidlərinin göstərdiyi şücaətlər haqqında əfsanələr dolaşmağa başladı. Əsir alınmış alman zabitlərindən biri türkmən döyüşçülərini “insan imkanlarından xaric igidliklər göstərən şeytanlar” adlandırmışdı. Birinci Dünya Müharibəsi zamanı Polk məğlubedilməzlik şöhrəti qazandı. Alman cəbhəsində cəmi iki ay yarım ərzində gedən döyüşlərdə iştiraka görə Polkun 627 əsgərindən 67 nəfəri Georgiyevski xaçı, 70 nəfərdən çoxu “İgidliyə görə” medalı, Müqəddəs Stanislav və Müqəddəs Anna ordenlərinin müxtəlif dərəcələri ilə təltif olundular. 1915-ci ildə Polk Qalitsiyada polkovnik Serqey Zıkovun rəhbərliyi altında şiddətli hücumlarla Avstriya piyada qoşunlarına tutarlı zərbələr endirdi. 28 may 1916-cı ildə Rus ordusu Dobronouts kəndi yaxınlığınlığındakı döyüşdə düşmənin nəhəng qüvvələrini məğlubiyyətə uğratdı. Həmin döyüşdə 600 nəfərdən ibarət türkmən polku 2 min Avstriya əsgərini öldürdü, 3 minini əsir götürdü, çoxlu sayda tüfəng, pulemyot, top, sursat, at, araba və s. ələ keçirdi. Təklə Atlı Polku Rusiya quru qoşunlarının əsas zərbə qruplarından birinə çevrildi.
Tarixçi Yuri Kiriçenko Təklə Atlı Polkunun əsgərlərini “qartal qanadlı, şir ürəkli” adamlar adlandırırdı. Türkmən igidləri özünəməxsus atletik görünüşləri, geyimlərinin orijinallığı və nizam-intizamları ilə tez bir zamanda diqqəti cəlb etdilər. İşəyarayan, əmrləri ani yerinə yetirən və gülümsər türkmənlər hərbçi kimi rus zabitləri tərəfindən yüksək qiymətləndirilirdilər. 1917-ci ildə general Lavr Kornilovun əmri ilə təkləlilər qoşunun ən sədaqətli kontingenti kimi ordu ştabını qorumağa götürüldilər. General Kornilovun türkmən döyüşçülər arasında böyük nüfuzu vardı. Kornilov türkmənlərin mənəvi xüsusiyyətlərini və hərbi keyfiyyətlərini gözəl duyurdu, türkmən dilini bildiyindən onlarla öz dillərində danışırdı. Rusiyada qatmaqarışıqlıq yarandığı və ordunun dağıldığı vaxtlarda da türkmən əsgərlər nizamnaməyə axıradək riayət etdilər, rus zabitlərinin əmrlərini cani-dillə yerinə yetirdilər. B.Budiloviç yazırdı ki, Təklə Polku öz xidməti borcunu yerinə yetirmək üçün ölümə belə hazır idi. Şair A.Braqin deyirdi: “Təklə igidləri Rusiyanın qürurunu qorudular”.
Divizionda Rus-Yerli Məktəbi fəaliyyət göstərirdi ki, türkmənlər bu məktəbdə təhsil alırdılar və zabit rütbələrinə yiyələnirdilər. Hərbi xidmət keçən türkmənlər rus mədəniyyətini mənimsəyirdilər, həm də yerli adət-ənənələri dərindən öyrənən rus zabitləri onları ideoloji cəhətdən hazırlayırdılar. Nəticədə Divizionda xidmət edən türkmənlər Türkistan diyarının ən elitar və intellektual qrupu halına gəlmişdilər. Türkmən cəmiyyəti içərisində ən yüksək hörmətə malik kəsim də məhz onlar- rus orsusunda hərbi xidmət keçənlər idi. Yararlı təhsil və hərtərəfli dünyagörüş aldıqdan sonra onlar öz məkanlarında bacarıqlı idarəedicilərə, ədalətli hakimlərə və düz yola rövnəqləndirən müdriklərə çevrilirdilər. Qeyd etmək lazımdır ki, o dövrdə ən keyfiyyətli təhsil məhz hərbçilərə verilirdi. Rus ordusunda xidmət etmək insanı hərtərəfli mükəmmələşdirirdi. Orduda təkcə hərbi sirləri öyrətmir, insanı cəmiyyətin layiqli vətəndaşı kimi yetişdirirdilər. Türkmən polkunda xidmət keçənlər adətən yaşlaşandan sonra tayfa ağsaqqaları olurdular və bu tayfalar tədricən Rusiya maraqlarının qoruyucularına çevrilirdilər. Onlar regionda Rusiyaya sədaqətli və dövlətçilik maraqlarını qoruyan qrup formalaşdırırdılar. Get-gedə Rusiyanın regiondakı sədaqətli kontingenti yaranırdı. Yerli əhali Çar hökumətinə xidmət etməyi şərəf sayırdı. Türkmən gəncləri rus ordusunda xidmət çəkmələri ilə fəxrarət duyurdular. Məhz bu səbəblərə görə E.Bulanjye yazırdı ki, ruslar Ortaya Asiyada türkmənlərə tam güvənə bilər, belə ki onlar hazır ordudurlar. Təsadüfi deyil ki, təkləlilərin bayrağının bir üzünə qızılı haşiyələrlə ərəbcə “Allah” sözü yazılmışdısa, o biri üzünə kirilcə Rusiya imperatoru 3-cü Aleksandrın adının baş hərfi “A” və çar tacının şəkli həkk olunmuşdu.
“Avrasiya tarixinin bəzi aspektləri” kitabından
https://www.facebook.com/ibo.sel.1/media_set?set=a.1307111929329715.1073741857.100000927609745&type=3
https://www.facebook.com/ibo.sel.1/media_set?set=a.288309174883728.100000927609745&type=3
https://www.facebook.com/ibo.sel.1/media_set?set=a.1307079062666335.1073741856.100000927609745&type=3
Комментариев нет:
Отправить комментарий