Pak etməyə torpağuvu pak qan ilə gəldim.
Söz vermişəm öz Rəbbimə mən aləmi-zərdə
Mən sadiqəm öz əhdimə, fərman ilə gəldim.
Cəddim danışıbdır necə qurban olaram mən,
Can verməyə yetmiş iki qurban ilə gəldim.
Qanım tökülən yerdə bitər lalə və nərgiz,
Növrəstə çiçəklər, güli-xəndan ilə gəldim.
Dörd yaşli Rüqəyya, Əli-Əsğər, həmi Qasim,
Bu güllərə bax, sərvi-gülüstan ilə gəldim.
Yüz min ola, zalimləri peşman edərəm mən.
Əbbas kimi, Əkbər kimi sultan ilə gəldim.
Zənn etmə, Rəvan, sən məni şair, məni-aciz
Söz yazmağa Allah verən irfan ilə gəldim.
Комментариев нет:
Отправить комментарий