Bu cavanımız 1988-dən başlayan, 1990-larda epoqeyini yaşamış antirus faşizmin qurbanıdır. Əbülfəz Əliyevin, Fərəc Quliyevin, Fəzail Ağamalının, Sabir Rüstəmxanlının, onların komandasında olan bütün antirus və antisovet faşistlərin günahıdır ki, bu gün bir azərbaycanlı gənc bir rus qızla dil baryerinə görə ünsiyyət qura bilmir.
Dil baryeri deyəndə ki, o qız yerli ruslardandırsa, Azərbaycan dilini bilir, rus dilində təşəkkür edib, oğlan da çaşıb, rus dilində cavab vermək istəyib, spontan olaraq ingilis dilində Putinə sevgi bildirib. Yəqin təhtəlşüur səviyyəsində Putinin rusların simvolu olduğunu düşünüb. Nəysə... psixoloqlar açıqlar.
Mən isə növbəti dəfə rus dilinin vacibliyini qeyd edirəm. Bəli, rus dili o cümlədən rus və rusdilli qadınlarla tanış olmaq üçün lazımdır. Bunu Əbülfəz Əliyev və Fəzail Ağamalı da bilirdi. Lakin "kətçi komplekslərini" aşa bilmədilər. Bir şahidin dediyinə görə, Əbülfəz Əliyev cavanlıqda bir rus qadınla tanış olmaq istəyib. Alınmayıb. Bəyənilməyib. Rus dilini pis bildiyindənmi... Başqa səbəbdənmi... Pis deyəndə ki, Əbülfəz Əliyev rus dilini indi azərbaycan sektorunu bitirən uşaqların hamısından yaxşı bilirdi. Dili inkişaf etdirmək əvəzinə, kompleksə girir, sonra rus qadınlarla münasibətlərdə olan uğursuzluq bu kompleksi böyüdür, böyüdür, döndərir antirus faşistliyinə. Onun natamamlıq kompleksinə əsaslanan ideologiya və siyasi diskurs mütləq dağıdıcı gücə malik olmalı idi, oldu da. Fəzail Ağamalının kənd uşağından ali məktəbdə müəllim, kafedra müdiri vəzifəsinə kimi böyüdən Sovet hökumətinə olan nifrətinin də əsasında hansısa bənzər bir bəsit kompleks dayanır. Misal üçün, Sabir Rüstəmxanlının böyük sovet məkanında bir şair kimi o boyda nəhəng şairlərin arasında kütlələrin qəlbini fəth etmək şansı yox idi. Düzdür, şeirlərini də rus dilinə çevirəcəkdilər... Amma yenə də iddiada olduğu yerlərə gəlməyəcəkdi. SSRİ-nin dağılması isə ona türkçülük filan etməklə, söhbətdə bütöv Azərbaycan yaratmaqla, boşboğazlığa yaxşı yarayan digər mövzularla fırıldaqçılıq edib siyasi-ictimai məkanda babat yer tutmağa, yaxşı maddi imkanlar əldə etməyə geniş imkanlar yaradacaqdı. Sabir Rüstəmxanlını şeirlərilə heç tanıyan yoxdur, yararlı bir şey yazıbsa elə sovetin vaxtında yazıb.
İndi bu gənc oğlan öz başına gələn hadisəyə Əbülfəz Əliyev kimi ciddi yanaşmır, yumorla yanaşır. İnsan özünə gülə bilirsə, deməli hər şey yaxşı olacaq. Və bu gənc kompleksə girib antirus faşizanlığına düşməyəcək, rus dilini öyrənməyə başlayacaq.
https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/

Комментариев нет:
Отправить комментарий