13.09.2016

Təzə Türkiyə bayrağı gəlməyincə, Azərbaycan bayrağı dəyişilməyəcək?


Bu şəkili dostum çəkib göndərib. Deməli, Bakida dükanın qabağında iki bayraq asılıb. Azərbaycan bayrağı pol əskisindən də pis günə düşüb.
Mənə məlum olan odur ki, onlara dedilər: "Təzə Azərbaycan bayrağı asın, belə olmaz, bu bayrağın yarısı yoxdur, pis gündədir".
Onlara nə cavab versələr yaxşıdır?
"Təzə Azərbaycan bayrağı assaq, onda Türkiyə bayrağı pis görünəcək. Qoy hələ ki belə qalsın, ikisini də eyni vaxtda dəyişərik".
Deməli, təzə Türkiyə bayrağı gəlməyincə Azərbaycan bayrağı bu gündə qala bilər, bircə Türkiyə bayrağı pis görünməsin. 
Bu nə düşüncədir... 
Özü də bir azərbaycanlı olasan, belə düşünəsən!..
Bayrağın belə asılması Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunuun pozulmasıdır. Bunlar Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələbləri pozurlar. 
Maddə 9.3. Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir.

https://www.facebook.com/photo.php?fbid=1850292788532737&set=a.1486547974907222.1073741829.100006561013344&type=3&theater

Комментариев нет:

Отправить комментарий