06.09.2016

Bakıdakı “gülənçi” şirkətlərdən yeni fırıldaq

Özlərini qorumaq üçün maskalanır, adlarını dəyişirlər

Gülən şəbəkəsinə daxil olan bir çox şirkət bundan yaxa qurtarmaq üçün yeni yol tapıblar. Belə ki, gülənçilikdə ittiham olunan şirkətlər başqa adlarda fəaliyyət göstərir. Bununla da həmin şirkət rəhbərləri bir növ fikir yayındırmağa çalışırlar. Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə Azərbaycanda 230-dan çox şirkət Gülən şəbəkəsinə üzv olmaqda ittiham olunur. Onların arasında ictimaiyyətdə böyük nüfuza sahib olan şirkətlər də var.
Gülən şəbəkəsinə xidmət edən şirkətlər biznes, xidmət, təhsil və digər sahibkarlıq sahəsində Azərbaycana 90-cı illərin əvvəllərində ayaq açmağa başladı. Dövrün Türkiyə iqtidarı hər zaman Fətullah Gülənə dəstək olması, həmin şəbəkəyə xidmət edən şirkətlərin öz fəaliyyətlərini genişləndirməyə imkan yaratdı. 2003-cü ildə AKP-nin iqtidara gəlməsilə isə Gülənçi şirkətlər daha da böyüdü, inkişaf etdi. Çünki o zamanlar Ərdoğanla Fətullah Gülən əlaqələri normal idi və Gülən bu nüfuzdan inkişaf edib bir çox ölkələrdə, o cümlədən Azərbaycanda geniş əlaqələr qurmağı bacardı. Ancaq Türkiyədə baş verən 15 iyul çevriliş cəhdindən sonra AKP iqtidarı Gülənin iç üzünü açdı.
Türkiyədə demək olar ki, dövlətdə təmsil olunan gülənçilər artıq təmizlənib. Ancaq digər sahələrdə hələ də Gülən şəbəkəsi fəaliyyət göstərir. Dünyanın bir çox ölkələrində müxtəlif xidmət sahələrində fəaliyyət göstərən Gülən şəbəkəsini bir neçə universitet bağlamaqla məhv etmək qeyri-mümkündür. Çünki qeyri-rəsmi məlumatlara görə, Fətullah Gülən 250 milyard kapitala nəzarət edir. Bu kapital isə məhz ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən şirkətlər hesabına təmin olunub.
 Azərbaycanda da Gülən şəbəkəsinə qarşı ciddi mübarizə aparılır. Ancaq Azərbaycanda fəaliyyət göstərən, gülənçi olduğu hələ də bilinməyən kifayət qədər şirkət var. Həmin şirkətlər haqqında hər-hansı bir iddia səslənirsə, onlar tez bir zamanda adlarını dəyişirlər. Hal-hazırda da bu proses davam edir. Ancaq ad dəyişməklə gülənçilik ideologiyası dəyişmir. Onlar sadəcə özlərini qorumaq və fəaliyyətlərini davam etdirmək üçün bu yola əl atırlar. Ancaq Gülən şəbəkəsinə xidmətlərinə görə bağlanan şirkətlərin adını dəyişmək heç də effektli olmayacaq. Çünki ən azından personal eyni qalır və sistem dəyişmir. Bu da həmin şirkətin yalnız adını dəyişməklə, əvvəlki qayda da Gülən şəbəkəsinə xidmət göstərəcək. Uzun illərdir ayaqda qalmağı bacaran Fətullah Gülənin özünün də dediyi kimi, yaşam üçün lazım gələndə gizlənmək də lazımdır. Hal-hazırda da gedən proseslərdən heç bir zərbə almadan çıxmaq üçün Gülən şəbəkəsi məhz gizlənir. Gizlənmək üçün də ad dəyişikliyi xəttini götürüblər. Bunun nə qədər effektli olacağı isə zaman məsələsidir. Ehtimal olunur ki, yaxın zamanlarda Azərbaycanda fəaliyyət göstərən gülənçi şirkətlərin bir-birinin ardınca qapadılması prosesi başlayacaq. Bununla bağlı artıq aidiyyatı qurumların araşdırmalar apardığı da bildirilir. Nəzərə alsaq ki, Azərbaycanda 230 şirkətin adı gülənçi olaraq səslənir və həmin adlar arasında kifayət qədər gücə malik şirkətlər var, o zaman bu prosesin gizli aparılmasını da başa düşmək çətin deyil. /cebhe.info/

Комментариев нет:

Отправить комментарий