26.09.2016

Özəlləşdirmə

YAP burjua hökumətinin neoliberal əməlləri KİV-lərin və ictimaiyyətin diqqətindən kənar qalır. Ölkədə ciddi proseslər gedir, danışan, müzakirəyə çıxaran yoxdur.
Bir müddət əvvəl Azərbaycan və xalqının hər şeyi olan SOCAR-ın özəlləşdirməyə çıxarılacağı haqda xəbər dərc edildi. Cəmi bir xəbər portalında görmüşdüm, sanki bu xəbəri verməyə məcbur olsalar da vermək də istəmirlərmiş...
Xəbər şərh edən əhalini sakitləşdirirdi ki, özəlləşdirməyə bütün SOCAR deyil, qeyri-profil mülkiyyət çıxarılacaq. Misal üçün, SOCAR-ın nəznində olan xəstəxanalar, məktəblər, torpaqlar, binalar və s...
Hamımız da bilirik ki, SSRİ dağıdılandan Qərb kapitalist dairələri SOCAR-ın özəlləşdirilməsini tələb edir. Hələ Heydər Əliyevin vaxtında buna cəhd edirdilər. Və o vaxt baş verən hadisələri analiz edəndə Heydər Əliyevin bu işdə yumşaldığnı demək olar. O vaxt Azərbaycanın strateji mülkiyyətinin özəlləşdirilməsi başlanmışdı. Həmin siyasətin nəticəsində Azərbaycan enerjisinin mühüm infrastrukturu Türkiyə kapitalistinə satılmışdı və "Barmek" adıyla fəaliyyət göstərirdi. Heydər Əliyevin ona kömək etmiş kapitalist dairələrin qarşısında bir borcu vardı. Saxta kommunist Heydər Əliyev Türkiyənin amerikançı burjuaziyasına və din xadimlərinə əməlli imtiyazlar verirdi, Azərbaycanı açmışdı onların və kirli əməllərinin üzünə.
Sonra müftə neft dollarları ölkəyə axdı və bu pulun mühüm hissəsi Əliyevlərin və onların yaratdığı burjuaziyanın cibində yığılırdı. Varlanan və artıq oliqarxlara çevrilən milli burjuaziya nümayəndələri düşündülər: özümüz ola-ola niyə strateji dövlət obyeklərini xarici kapitalistllərə sataq? Barmek-ə satılan enerji işini yenidən dövlətə qaytaranda düşündüm: dövlətə müvəqqəti qaytarırlar, bir gün özləri bütün bu obyektləri özəlləşdirəcəklər. Deyəcən o gün yaxınlaşıb. Hələ ki strateji müəssissələrimizin "qeyri-profil" hissələrini özəlləşdirməyə çıxarırlar. Kim özələlşdirəcək? Əlbətdə ki, onlar - pullular, kapitalist elitası. Başqa heç kimin imkanı yoxdur.
Bayaq xəbər gördüm: artıq 36 ədəd dövlət mülkü özəlləşdirilib. Büdcəyə 1,8 milyon manat köçürülüb. 36 obyekti 1,8 milyona satıblar... Yanı havayı. Özəlləşdirmə adıyla mənimsəyirlər sovet sosializmi vaxtından qalma obyektləri.
Türkiyə, Rusiya, digər keçmiş sosialist respublikalar da eyni neoliberal yolu tutublar. Ukrayna amerikançıların əlində olduğu üçün Türkiyədəki kimi orada da neoliberallaşma çox sürətlə gedir.
YAP bujua iqtidarının qarnını və büdcəni milyardlarla neft dolları doldura bilmədisə, dövlət mülkiyyətinin satışından əldə edilən qəpik-quruş dolduracaq? Doldurmaz. Burda məqsəd büdcə doldurmaq deyil - dövlət obyeklərini özəlləşdirmək adıyla mənimsəməkdir. Kapitalizm və kapitalistlər başqa cür olmur, illyuziyalardan ayılıb Azərbaycan üçrəngli reallığını dərk eləmək vaxtıdır.

https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/?fref=nf

Комментариев нет:

Отправить комментарий