13.09.2016

Fikrət Qocadan Rüstəm Behrudinin istefasına münasibət: Xoş getdin

Moderator.az-ın xəbərinə görə, tanınmış şair Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlüyündən istefa verib. AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca Moderator.az-a açıqlamasında Rüstəm Behrudinin AYB sıralarından istefasına münasibət bildirib: “Rüstəm Behrudi AYB üzvü olub, amma heç bir tədbirdə, görüşdə iştirak etməyib. Biz onun qapısına gedib, onu axtarıb, tapıb salam verəsi deyilik ki. Bütün üzvlərimizin adları siyahıda var, gəlirlər, yada salırlar, xatırladırlar. Bu cür münasibət yüngül münasibətdir. İncimişdisə, gəlib deyərdi ki, incimişəm. Biz hardayıq, göydə zadda oturmamışıq ki, onun iş yoldaşlarıyıq da. Gəlib deyərdi ki, mənim ad günümü niyə təbrik etməmisiniz. Mən də araşdırıb baxardım və günahkar kimdirsə cəzalandırardım. Mənim yanıma gəlmirdisə, Anarın yanına gələrdi. Anar da baxardı, lazımi tədbir görərdi. Yoxsa ki, girəvə axtarırlar, o bir cür müğənnilərə dönüblər, kim necə istəyirsə, adını o cür gündəmə gətirir. AYB azad təşkilatdır, AYB üzvlüyünə gələndə xoş gəlirlər, gedəndə də xoş getsinlər. Daha qışqırbağır salmaq lazım deyil. Oturub ağlamayacağıq ki...”

Комментариев нет:

Отправить комментарий