26.09.2016

Sovet qadını


Bu şəkili gördüm - bir musavatçı xanımın televizorda dediyi fikir yadıma düşdü: "Marksizm qadınları kişiləşdirir".
Marksizmə atılan absurd böhtanlardan biri.
Özü kişiyə oxşayırdı. Özünə görəsən güzgüdə baxır? "Sən ki marksist deyilsən, niyə bu gündəsən?",- düşündüm.
Qadın özü qadın deyilsə buna marksizm neyləsin? Tam əksinə, marksizm qadına özünə baxmağa, analıq eləməyə, iqtisadi müstəqil olmağa, hərtərəfli inkişaf etməyə vaxt və imkan verir.
Şəkildəki sovet işçilərinə baxın. Qadınların saç düzümünə, makiyajına filanına fikir verin. Elə bil işləməyə deyil, teatra, toya gəliblər.
Məktəbli olanda dayımla Kondisioner zavoduna gedirdim. O, orda işləyirdi, mənə də maraqlı idi, kanikullarda rayondan gələndə mütləq gedərdim. Zavodda çoxlu qadın işçilər vardı. Hamısı da, necə deyərlər, baxımlı idi. Təbii baxımlı. Süni, silikonlu filanlı deyil.

https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/

Комментариев нет:

Отправить комментарий