09.09.2016

Nə mutlu türküm deyib, kürd çıxanlara!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -49

İlham Alisoy: Əziz müsəlmanlar, Meydan tv, Azadlıq radiosu kimi Qərb propoqandist media mərkəzlərinin antiislam paylaşımlarına sir-sifətindən küskünlük yağan bir hiddətlə rəy bildirməyiniz sizin hələ də kimin kim olduğunu, kimlərin hansı cəbhədə, hansı səngərdə yer aldığını tam müəyyənləşdirə bilməməyinizdən xəbər verir.
Smerş: Kapitalizm ancaq güzəştlərmizi, sosial hüquqlarmızı əlimizdən almadı, 70 ildə yaradılan sənaye müəssələrinin 80%-i Azərbaycanın iqtisadi-coğrafi xəritəsindən silindi. Bu gün rəsmi statistikaya görə ölkənin toxuculuq sənayesində cəmi 6 min 200 nəfər işci calışır, hansı ki, Sovet hakimiyyəti zamanı bir tək Şəki İpək Kombinatında işləyənlərin sayı bundan cox, 7 min nəfər təşkil edirdi. Sosialist Respublika zamanı bir kombinatda işləyənlərin sayı hazırda ümumilikdə ölkədə bir sektor üzrə işləyənlərin sayından daha cox idi.
Musarza Kadusi Mirzəyev: Rusiya uğrunda döyüşən vətəni uğrunda döyüşür.
Elxan Zaman: Azərbaycana 200 milyon dollar qıyıb verməyən qardaşın evinə 20 milyard yatırım edən azərbaycanlılar... Dövrünün ən yüksək texnologiyalarını, qızılını, misini, dəmirini, bahalı avadanlıqlarını dəyər-dəyməzinə Türkiyəyə satıb əvəzində bakuş və saqqız gətirən azərbaycanlılar... Keyfiyyətli və qiymətli alimləri gedib türk universitetlərində dərs deyib Türkiyə üçün kadrlar yetişdirən və oradan bura şou-biznes gətirib burada rəşidlərin, şövkətlərin, müslimlərin, rübabələrin yerinə bülent-ersoylar yetişdirən azərbaycanlılar... Bəlkə ayılasınız?..
Sabir Şindani: Türkman Füzulini ərəbcə, farsca bilməsən oxuyub anlamaq olmur.
Kəramət Böyükçöl: Mənim Rəşad Məcidə yazığım gəlir. Bu adam həyatı boyu bütün gücünü toparlayıb ki, adamların qabağında dayana bilsin, görünə bilsin. Desinlər ki, bu da bir işin qulpundan yapışa bilir. Amma nə yapışmaq, qardaş, bu adam hər şeyi mənimsəyir. Əgər yadınızdadırsa, jurnalistlərə ev paylananda Vüqar Səfərli onun üstünə necə qışqırdı, özü də camaatın gözü qarşısında. Bu səhnə bütün kanallarda yayımlandı. Demək, püşk zamanı Rəşad Məcidə ev yuxarı mərtəbələrdə düşüb. O da elə hey və yavaş-yavaş Vüqar Səfərliyə deyir ki, mənim mənzilimi dəyiş aşağıya. Səs də aydın eşidilir. Düz beş-altı dəfə dedi. Birdən Vüqar Səfərli Rəşadın üstünə qışqırdı ki, ay qardaş, sən nə istəyirsən, qoy işimizi görək də. Rəşadın yerinə utandım...
Rusiya Dağılacaq: Elçibəyi naxçıvanlılıq xaricində ümumazərbaycan fenomeni edən mühim məqam var. Bu kəndçilikdir. Elçibəy motal pendirinin, nəhrə yağının, xoruz banının Şəhər, Mədəniyyət, Teatr, Filarmoniya, Universitet üzərində şəksiz təntənəsidir. Bolşeviklər qələt edib. İnsanlıq tarixində ilk kəndçi inqilabını cəbhəçilər edib.
Faiq Mirzəyev: Rusiyada türklər kollec açmaq istədilər, Rusiya icazə vermədi, onları ordan qovdular. O kolleclərdə Rusiya təhlükəsizlik orqanları sektaçılığın, gerillanın nişanələrini tapdılar. Bizdə isə bəzi insanlar o qədər geri qalıb ki, Türkiyədə təhsil axtarırlar. Vay belələrin halına! Millətimizi uçuruma məhz belələri aparır.
Tərana Əliyeva: Ay axmaq insanlar, rus dili bilən 110 xalq ilə ünsiyyət edə bilər! Rus dili bilən bu gün Fransada, Amerikada, İngiltərədə, Polşada, Çexiyada yerlilərlə ünsiyyət qura bilər. Hətta Çin Xalq Respublikasında da köçünü sudan çıxarar. Rus dili dünyanın ən böyük dövlətinin dilidir. O Puşkinin, Tolstoyun, Çexovun dilidir.
Buta Kompüter: Zərərli peyvəndlərlə bizim körpə uşaqları ABŞ, İngiltərə, NATO zəhərləyir, İran yox. Oğraşlıqlar NATO-dan gəlir, İrandan yox. Başa düşmürsüz ki, bizim düşmən ABŞ, İngiltərə, NATO-dur? Dünyada xeyir-şər mübarizəsi gedir: ABŞ, NATO, İngiltərə, Səudiyyə- şər, İran, Suriya, Yəmən, İraq, Əfqanlstan- xeyir tərəfdədir. NATO-nun qalib gəlməsi üçün türklə farsı dalaşdırmaq lazımdır. Bunun uçun İranda millətlər arası qırğın istəyir və buna milyonlar xərcləyirlər. Sən də o tələyə düşmüsən.
Müttəqi Bərməki: Siz 2003-2008-ci illərin internet məkanını müşahidə etsəydiz, bu gün İranı sevənlərin minlərlə dəfə daha çox olduğunun şahidi olardız. Çünki kim nə edirsə, özünə edir. Eynilə rəzil Türkiyə kimi.
X. Zəkəriyəyev: Sadə insanları maraqlandıran onların yaşayış tərzidir. Bəli, sovet dönəmində evsiz insan yox idi.Təhsil pulsuz idi. İşsizlik problemi yox idi. Hər şeydən öncə əsəblər çox sakit idi. Müstəqilliyi ona görə qazanmamışıq ki, kimlərsə milyonlar içində üzsün, kimlərsə ac-yalavac həyat tərzi keçirsin.
Ağalar Qut: Yüz illərdir Azərbaycanda, Şərqi Anadoluda, İranda, İraqda Şah İsmayıla şeirlər, mahnılar qoşurlar. Səlimə bircə misra yazıldığını eşitmisinizmi?!
Nadir Əlizadə: Hizbullah İslam aləminin qeyrət damarıdır. Kimsə ona qarşı olsa, deməli məlum olur ki ya qeyri ətdi, ya da düşmən.
İlqar İrantürkü: Çox gözəl Sovet təhsil sistemi dünyada ən üstün sistem idi. Bu sistem hesabına Azərbaycan çox böyük şəxsiyyətlər yetişdirib. Bu sistemi ləğv etdilər ki, azərbaycanlılar savadsız qalsın və ölkə inkişaf etməsin, çünki əhalisi cahil insan olan ölkəni əsarətdə saxlamaq daha asandır.
Hafiz Mirzə: Dünyanın əksər yerlərində liberal dəyərlər məhz masondan qaynaqlanır.
Etibar Qaramanoğlu: Türkiyənin yeganə çıxışı ABŞ və Qərb şeytanlarına yox deməkdədir. Rusiya və İranla hər tərəfli əməkdaşlıq Türkiyənin ən gözəl yoludur. Bu bizimçün də çox yaxşı olar. ABŞ və Qərbin iç üzü İraq və Suriyadır. Kim İraqın və Suriyanın gününə düşmək istəmirsə, ABŞ və İsrail şeytanlarından uzaq olmalıdır.
Qızılbaşlar Fədai: Putin şiələrin yer üzündə tərəfdarı olan və onları düşmənlərdən Allahın iznilə qoruyan yeganə şəxsdir! Allah onu qorusun! Amin! İran, İrak, Suriya bunlara misal ola bilər, hətta Hizbullah!
Vüsal Sadıxov: Dünya xəbər saytlarının nələr yazıb nələr araşdırsığını görüb, sonra da bizim xəbər saytlarına baxanda adam dəhşətə gəlir. Hələ camaatın da belə səfeh şeylərə vaxt ayırıb paylaşması və şərh yazması başqa bir dərddir. Tənəzzülün pikidir vallah!
Eşqin Səbri: Rusiya olmasa Amerika, ingilis və yəhudi Avropada və Asiyadakı müsəlman ölkələrini azı 200 yerə bölərdilər, heç ürəkləri uf da deməzdi.
Əkrəm Hacızadə: Nə mutlu türküm deyib, kürd çıxanlara...
İlkin Xəlilov: Şah Ismayıl Xətaini sevməyənlər məni dostluqdan silsinlər.
Qlobal Oyunçu: Dunyada münafiqlik üzrə çempionat kecirilsəydi, heç şübhəsiz ki birinci yeri Türkiyə tutardı. Özləri kimi tarixləri də ikiüzlülüklərlə doludu. Bir sözlə desək: Pokazuxa dövlət.
İbrahim Xudaverdiyev: Nardaranlılar vətənpərvərdirlər. Nardaranlıları vətən xaini adlandırmağın özü vətənə xəyanətdir. Nardarandan 2003-cü ilin heyfini çıxırlar.
İlyas Qiyasoğlu: Bu gün İŞİD-in derjava dövlət Amerika tərəfindən necə yaranması ilə, o zamanki derjava olan Abbasi xəlifələrinin vasitəsilə Osmanlının yaranması arasında oxşarlıq var. Hətta indiki İŞİD-lə osmanlıların eyni din (formasının) bənzərliyi nəzərə çarpır. Yəni onlar bu gün İŞİD necədirsə, eynilə o cür olublar. Ən maraqlısı isə budu ki, osmanlılar abbasilərin süqutundan sonra özlərinin xəlifəliyə daha layiq olduqlarını iddia ediblər.
Rövşən Məmmədli: Barak Obama 6 iyunda keçirilən brifinq zamanı deyib ki, biz “İslam Dövləti” döyüşçülərinin hazırlıqlarını sürətləndirəcəyik. “Ağ ev”in rəsmi saytında təbii ki, Obamanın sözlərinə düzəliş edilib.
Tahir Abdullayev: Rusun verdiyi təhsillə bu millət bisavad Novruzəlinin səviyyəsindən Lütfizadənin, Kərim Kərimovun səviyyəsinə qalxıb.
Fariz Babayev: Əbülfəz Əliyofun tez-tez təkrarladığı zamana ehtiyac var deyimi, sən demə Fətoşa isarəymis. Nurçuların “Zaman qəzetinə...
Təhmasib İsayev: Bu gün ümmətin gözünə abi (böyük qardaş) kimi girməyə çalışanlar əslində ümmətə xəyanət edirlər.
Cengiz Tomar: İŞİD-in Suriyada belə məqam tapması Türkiyədə də belə bir məqam tapacağını göstərir. Necə ki, İŞİD son zamanlarda türk dilində kitablar nəşr etməyə başlayıb. Türkcə çıxardıqları jurnallarının adı Konstantiniyyədir (İstanbul). İstanbulun həqiqi mənada hələ fəth edilmədiyini və bunu özlərinin edəcəyini iddia edirlər. Yekun hədəfləri İstanbuldur.
Mehdı Cavadov: Türkiyə deyəndə əxlaqsız seriallar, şou proqramlar yadıma düşür. Xalqın mənəviyyatı elə pozulur ki, sonra düzəltmək çətin olacaq.
Adil Huseynoğlu: 3 miliyon qırmızı dərli insanları qırıb yerlərini qəsb eləyən indiki Amerikadan demokratiya gözləyənə nə ad verim bilmirəm.
Azər Abdulov: 25 ildi ki əslən azərbayçanlı olan kadrlara qarşı düşüenülmüş şəkildə təxribat aparılır və korlayırlar. Belə təxribatlarda təəssuf ki bəzi azərbayçanlılar da ya nəyə gorəsə, ya da başa duşməyərək iştirak edir. Nəticə isə gioz qabağındad: azərbaycanlılar hakimiyyətdə qalmayıb.
Mir Möhsün: Türkiyə müsəlmanların başı üzərində yəhudinin küt qılıncıdı. Əməvi islamı təbliq olunan ölkə - içində azacıq həqiqi müsəlman da var...
Ölmüş Müəllif: Bakı əhalisi demokratiya zad istəmir, gedin öz arvadlarınıza demokratiya dərsi keçin.
Həmid Herisçi: Bizimkilərin gözünü Sovet hökumətinin təşkil etdiyi gecə məktəbləri də aça bilmədi.
Babək Hacılı: Ümumiyyətlə Azərbaycanın Türkiyə ilə mədəni əlaqələri sonlandırılmalı, serialların, acunun verilişlərinin yayımı dayandırılmalı, əlaqələr yalnız iqtisadi və xalqlar arası səviyyələrdə davam etdirilməlidir. Yoxsa Azərbaycan neoosmanlı imperializminin mənəvi müstəmləkəsinə çevrilməkdən canını qurtara bilməz.
Kamran Huseynov: Fikir vermişəm, türk cizgi filmlərində balaca oğlan uşaqları qız hərəkətləri edirlər, uşaqlıqdan petux hərəkətlərini uşağın beyninə yeridirlər. Bəzi türk cizgi filmlərində “Maşa və medved” üstündür.
Rafiq Əyyubov: Rusla Amerika həmişə düşməndir və olacaq, ancaq əclaf Qorbaçovun sayəsində hələlik Amerika qələbə çalıb SSRİ-ni dağıtdı.
Rəfail Ağayev: Arxangelskdə Farxod adlı bir özbək işçim var idi. Arvadı da yanımda işləyirdi. Danışırdılar ki, uşaqlarını nənələrinin yanında qoyub Rusiyaya gəliblər. Arvadın bircə arzusu pul yığıb yeganə oğlanlarına sünnət toyu etmək idi. Yazıqlar əllərinə keçənləri uşaqlarına göndərirdilər ki, nənələri onlara ərzaq və paltar alsın. Farxod da ki, İslam Kərimovu tərifləməkdən yorulmurdu...
Ayaz Mütəllibov: “1991-ci ilin axırlarında neft kontraktları ideyasını yox, planlarını ABŞ-ın AMOCO şirkəti ilə müzakirəyə çıxartmışdım. Kontrakta qol çəkilsəydi, neftdən gələn gəlirlərin 82%-i Azərbaycanın, 18%-i Qərbin olurdu. Üstəlik, neft hasilatında işlədilən cihazlar və maşınlar Azərbaycanın Neft maşınqayırma zavodlarında hazırlanırdı və Qərb bu zavodların təkmilləşdirilməsini, yolların salınmasını və ev tikintisini də öz üzərinə götürürdü. 1992-ci ilin fevralında ABŞ dövlət katibi Beykerin Bakıya səfəri də bununla bağlı idi. Dövlət çevrilişləri bu planın həyata keçməsinin qarşısını aldı”.

Комментариев нет:

Отправить комментарий