19.09.2016

Dəyişməyən şüarlar


1-ci şəkil: 1988-1990 mitinqlərdəki şüar.
2-cü şəkil: 2016-cı ildəki şüar.
Bu zehniyyət zərrə qədər də təkamül etməyib. Bunlar hələ də məsələnin nə və nə yerdə olduğunu anlamayıblar. Bunlar hələ də burjua demokratiyasının həqiqi bir demokratiya olduğunun illyuziyası ilə yaşayırlar. Utopiya ilə məşğul olaraq bizə utopist deyirlər.
"Demokratiya" deyil, əhalinin 90 % təşkil edən işçi sinfinin 10 %lik kapitalist sinifinin üzərində diktaturasını tələb etmək lazımdır.
Belə də ki, sağ olsunlar, kişi adamdılar, öz ideologiyaları çərçivəsində siyasi mübarizələrin aparırlar, bu yağışlı havada çıxıb YAP burjua iqtidarına etiraz etdilər.
Soruşuram: Sovet sosializmi vaxtı 1 May-da kollektivlə, ailəcə mitinqə çıxıb bərabərlikdən, əmək uğurlarından, xalqların qardaşlığından, daha yaxşı gələcəkdən, yeni nəticələrdən və uğurlardan danışmaq, əməkçilərin gününü coşquyla bayram etmək, havayı konsertlərə baxmaq, xoş əhvalla dağılışmaq yaxşıdır, yoxsa bezgin, üzgün, yorğun, ümidsiz, parçalanmış və fərdləşmiş halda çıxıb bir az ürəyini boşaltdın deyə polisin təhqirlərinə, zorakılığına məruz qalmaq?

https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/

Комментариев нет:

Отправить комментарий