19.09.2016

İsrail rejimi eks müdafiə naziri: Nəsrullah adını əsla unutmayacağam

Eastnews.org-un verdiyi xəbərə görə, İsrai rejimi Ariel Universitetinin Milli Təhlükəsizlik Araşdırmaları və Media Mərkəzinin sədri, kəşfiyyat müharibələri üzrə araşdırmaçı Ron Şleyfer işğalçı Walla saytına müsahibəsində Seyyid Həsən Nəsrullahla bağlı əhəmiyyətli mövzulara diqqət çəkərək deyib: “İsraillilər psixoloji savaşın önəmini Seyyid Həsən Nəsrallahın çıxışlarından, davranışlarından ve duruşundan öyrəndilər və müharibənin taleyinin ancaq bombaların və mərmilərin müəyyən etmədiyini anladılar”.
İşğalçı rejim saytı yayımladığı bir başqa məqalədə Livana qarşı həyata keçirilən ikinci müharibə dövründəki sionist rejim müdafiə naziri Amir Peretzin ön sözünde bunlar qeyd olunur: "Nəsrullah qətiyyən unutmayacağım bir addır".
İşğalçı rejim ordusu keçmiş sözçüsü Effiye Ben Yahu da "Hizbullah psixoloji müharibədə İsrail ordusundan daha irəlidədir" etirafını edərək söyləyib: "20 İl əvvəl Hizbullah bir müharibə fotoqrafını bütün hərbi hissələrdə Antoine Lahad ordusunun mövqelərinə qarşı gerçəkləşdirilən hücumu və əməliyyat səhnələrini çəkmək üçün istifadə etdi. Qısa bir müddətdə bütün fotolar bütün dünyaya yayıldı və biz təəccüb içində qalmışdıq. Hizbullah və Seyyid Həsən Nəsrullah hətta psixoloji müharibədə də dürüstdürlər və uzun illər bunu qorudular".

Комментариев нет:

Отправить комментарий