14.09.2016

Ağamız barədə xoş xatirə

Tehran universitetinin riyaziyyat ustadlarından biri deyirdi:
Bir qrup seçilmiş riyaziyyat ustadları ilə birgə qərb ölkələrindən birində beynəlxalq konfransa getməli idik. Təyyarəyə minəndə gördüm bir nəfər ruhani də təyyarədə oturub. Öz özümə dedim: buyur, bunlar xarici səfərlərimizdə də bizdən əl çəkmirlər. Gedib yanında oturdum, dedim hacı ağa, səhv minmisiz, Məkkəyə getmir. Dedi bilirəm. Dedim, hacı ağa, biz elmi konfransa gedirik, səhv minməyəsiz. Dedi, bilirəm. Gördüm az bilmir. Konfrans üçün hazırladığım ən yeni və ən çətin riyaziyyat məsələsini bir kağıza yazıb verdim ona, dedim siz ki beynəlxalq riyaziyyat konfransına gedirsiz, özü də xarici bir ölkədə, yəqin ki riyaziyyat barədə məlumatınız var. Əgər riyaziyyat bilirsizsə, bu sualı həll edin. Kağızı ona verib yatdım. Elə ki yuxudan ayıldım, gördüm nələrsə yazır. Dedim, hacı, tələsməyin, əgər sonra da həll etsəz, mən doktor flankəsəm Tehran universitetindən, gətirib ora verərsiz. Bir də yatdım. Elə ki ayıldım gördüm artıq yazmır. Dedim, nə oldu? Kağızı mənə verib dedi ki, sualının dörd həll yolu var idi, üç həllini yazdım, dördüncü həll yolunu da özün bilirdin. Mat qalmışdım. Davam elədi ki, bu da mənim məsələmdir, həll edə bilsən, mən Həsənzadə Amuliyəm, Qum şəhərindən... Sonralar bilmişəm ki, ona "zul-funun" (fənlər sahibi) adını veriblər, o bütün elmlərdə nəzər sahibi idi. Hətta yaşa dolmamış vaxtlarına kimi hər həftənin bir günü Fransa və digər Avropa ölkələrindən bir qrup professor elm, riyaziyyat və astronomiya öyrənmək üçün onun hüzuruna gəlirdi.
İndi bu böyük alimin Böyük Rəhbər Ayətullah Xamənei barədə sözü belədir: "Qulağınız Rəhbərin ağzında olsun. Çünki onun qulağı Huccət ibnil-Həsənin (ə) ağzındadır".
Bu sözlər o vaxt daha mənalı olur ki, əl-Mizan təfsirinin müəllifi əllamə Təbatəbainin öz şagirdi əllamə Həsənzadə barədə dediyi sözləri eşitmiş olaq: "Həsənzadəni İmam Zamandan (ə) başqa heç kim tanımadı. Həsənzadənin qarşıda getdiyi yolun torpağı Təbatəbainin gözünün tütyəsi"

Şəkildə: Ayatullah Əllamə Cavadi Amuli, Rəhbər Ayatullah Seyid Əli Xamenei, Ayatullah Əllamə Hasanzade Amuli

https://www.facebook.com/photo.php?fbid=549956521863364&set=a.131865837005770.1073741828.100005470624288&type=3&theater

Комментариев нет:

Отправить комментарий