22.09.2016

Azərbaycanın gələcəyi Rusiya ilə bağlıdır

Elxan Xəlilov

Jirinovski deyir ki 1988-89-cu illərdə ölkəyə soxulmuş “demokratların” 50%-i İsrail və ya Amerika kəşfiyyatının cəlb etdikləri agentlər idi. Müstəqillik və demokratiya adı altında SSRİ-ni dağıtdılar. Xalq inandı ki azadlıq və müstəqillik adlı şeylər var. SSRİ-ni ancaq içəridən dağıtmaq olardı ki bunu da Qorbaçov etdi. Azərbaycanda da belə oldu. Sonralar məlum oldu ki, meydana çıxan aktivistlər hərəsi bir dövlətin cəsusudur. Milyonlar vəd edən, neftin bərabər bölünəcəyini bildirən, torpağınızı 5 santimetr qızıldan edəcəyik deyən demokratlar indi hardadır? Boğazından tutub üzəsən ki, bəs hanı qızıldan asfalt? Hər evin 2-3 krediti var, xalq zülm içində çabalayır. Amma onlar indi hərəsi bir partiya basqanıdır, katibə, muhafizəçi öz yerində, evində qulluqçu, özü də ayda 1-2 dəfə xaricə gedib gəlirlər, bəy kimi həyat sürürlər. Dünən şirinçaya möhtac olan indi Bakıda bəy olub. Birinin də usağı şəhid olmayıb müharibədə, xalqı qırdırıblar. Ona görə də mitinqlərinə 1000 nəfər adam gəlir. Millət hər şeyə inamını itirib, tüpürüb hər şeyə, öz qarnının hayındadır.
Fikir verin, hələ SSRİ dövründə hər hansı bir müzakirələrin Moskvada keçiriliməsinə mustəqilliyimizə xələl gəlir deyən demokratlarımız Azərbaycanın siyasi vəziyyətini Amerikada müzakirə edirlər. Moskva ölkənin paytaxtı idi, bəs niyə indi bu müstəqil dövrdə sən öz ölkənin siyasi vəziyyətini Vasinqtonda müzakirə edirsən? İndi çoxu arzu edir ki, Rusiya dağılsın. Fikirləşmirlər ki bu regionda təhlikəsizliyin, sakit yaşamağımızın qarantı Rusiyadır. Rusiyadan qorxmasalar, minərlər bizi. Rusiya olmasaydı indi İŞİD Azərbaycandaydı, çoxdan Torqovıda baş kəsirdi. Masonlar və Amerika şeytanları coxdan buraları it gününə qoymuşdular. Ən böyük planları budur: bütünn dunyada xaos yaradıb idarə etsinlər. Ölkələri xarabalığa çevirib talasınlar. Sakit və rahat, terrorsuz yaşamaqda tək özümüzə yox, ən çox Rusiyaya borcluyuq. Guya özbaşımıza ayağımızı uzadıb yatırıq? Bir saatın içində qarışqa kimi əzərlər. Ay neftimiz belə, ay ordumuz var belə… Bu 25 ildə gördük ki, hamısı boş şeylərdir. Strateji müttəfiq adlandırdıqarımız da hamısı öz mənfəətini güdənlərdir. Azərbaycan və qonşu respublikaların taleiyi birbaşa Rusiyadan asılıdır.
Nağıllara uymayaq.

Комментариев нет:

Отправить комментарий