09.09.2016

"Debka"dan yeni iddia: ""Hizbullah" Qolana döyüşçü yığır"

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail kəşfiyyat mənbələrinə yaxınlığı ilə tanınan “Debka File” saytı Livan “Hizbullah” hərəkatının Suriyanın Qolan bölgəsində İsrailin işğal etdiyi torpaqlara 2 kilometr məsafədə Kuneytra xaricində bir qüvvə yaratmağa çalışdığını yazıb. Xəbərdə "Suriyadakı müşavirlik vəzifəsində olan İran qoşunlarının da dəstəklədiyi “Hizbullah” qüvvələri ağır silahlarla birlikdə Cənubi Suriyada yerləşməyə çalışır", - deyiliк.
İran rəsmi xəbər mənbələrində yayımlanan “Hizbullah”ın Cənub Suriyadakı fəallığını əks etdirən xəbərləri mənbə göstərən “Debka File” İran xəbər resurslarının "Hizbullah”ın Cənubi Suriyada geniş bir əməliyyat üçün hazırlıqlarını tamamladığını qeyd etdiyini bildirib. “Debka File” xəbərində bu məlumatlara yer verib: "Fəallığın səbəbi Cənubi Suriyada İŞİD və digər Əsəd əleyhinə təşkilatları bölgədən uzaqlaşdıqdan sonra İsrail-Suriya sərhədinə, Qolana toplaşmaqdır". Bunun altı illik bir plan olduğu vurğulanan xəbərdə reallaşacağı təqdirdə İran və “Hizbullah”ın İsrailə qarşı yeni bir cəbhə əldə etmiş olacağı vurğulanıb.
Xəbərdə Hələbdə keçirilən uğurlu əməliyyatlar, Türkiyənin Cerablusdakı əməliyyatları, İŞİD və YPG-nin yollarını kəsməsi nəticəsində Hələbdə yerləşən “Hizbullah” döyüşçülərinin Cənubi Suriyaya yönəldiyi bildirilib. Suriya ordusunun isə bu həftə içərisində Qolandakı hərbi bazasına yeni əsgər, tank və top gücləndirməsi etdiyi deyilir. “Debka File” "İsrailin sərhədinə yaxın nöqtələrdə belə bir təhlükənin yaranmasına yol verməyəcəyini dəfələrlə Rusiya üzərindən Dəməşqə çatdırıb", - deyə qeyd edilib.
Livan mətbuatı isə İsrailin Suriyanın cənubunda 1975-ci ildə Livan vətəndaş müharibəsində tətbiq etdiyi layihənin eynisini tətbiq etdiyinə diqqətləri çəkir. /tasnim/

Комментариев нет:

Отправить комментарий