Xərçəng xəstəliyindən vəfat etmiş amerikalı yazıçı Erma Bombeck ölümündən əvvəl bunları qələmə almışdır.
Həyatımı yenidən yaşaya bilsəydim əgər:
Xəstəykən yatağa girər istirahət edərdim.
Mən olmadığım zaman hər şey pisə gedəcək deyə düşünməzdim... Gül şəklindəki çəhrayı şamı saxlamaz yandırardım.
Daha az danışar, amma daha çox dinlərdim...
Yerlər çirklənsə, masa örtüm ləkələnsə belə daha çox dostlarımı axşam yeməyinə dəvət edərdim...
Qonaq otağında televizora baxarkən, popcorn yeyər. Yerlər ləkə olacaq deyə qorxmazdım... Mənə gəncliyini izah etməyə çalışan atama daha çox vaxt ayırardım... Ərimin məsuliyyətlərini daha çox paylaşardım...
Saçım pozulmasın deyə, avtomobilin şüşəsinin açılmasına qarşı çıxmazdım...
Ətəyimin ləkələnilməsinə baxmadan çəmənlərə oturardım...
Televizora baxarkən daha az, həyata baxarkən daha çox ağlar və gülərdim... Ömür boyu zəmanətlidir deyilən heç bir şeyi satın almazdım...
Hamiləliyimin bir an əvvəl sona çatıb, doğum etməyi diləmək yerinə, hamilə olduğum hər anın dadını çıxarar və içimdə bir canlı saxlamanın nə qədər möcüzə olduğunu fərq edərdim... Bu o qədər nadir bir hadisə ki... Möcüzə kimi bir şey...
Uşaqlarım məni öpmək istədiklərində, əsla "Əvvəl get əllərini, üzünü yu" deməzdim... Onlara daha çox "səni sevirəm", ondan da daha çox "üzr istəyərəm" deyərdim.
Amma başqa bir həyat verilsəydi ən çox edəcəyim şey; hər dəqiqəsini qiymətləndirmək olardı...
Diqqətlə bax... Həqiqətən gör... Yaşa.. İmtina etmə...
Kiçik şeylər üçün şikayət etməkdən imtina et...
Mənə bənzəməyənlər, məndən daha çox şeyə sahib olanlar və kimin nə etdiyi məni maraqlandırmazdı...
Bunun yerinə, əlaqələrimi gücləndirməyə çalışardım...
Sahib olduğunuz ruhi, fiziki və romantik hər şey üçün şükr edin...
Tək bir həyatınız var və bir gün sona çatır...
Ümid edirəm hər gününüzü qiymətləndirərsiniz...
Tərcümə: Aida Ismayilova

Комментариев нет:
Отправить комментарий