“Unibank” tanınmış jurnalisti müflis edib“Dollar kreditinin qurbanı olmuşam. UniBankdan ötən il, devalvasiyadan əvvəl 18 aylıq kredit götürmüşdüm. Dolların 0,78 qəpik olan vaxt. Ötən ildən bu yana pulu ödəmişəm”. politika.az xəbər verir ki, bunu tanınmış jurnalist, strateq.az-ın redaktoru Xaqani Səfəroğlu bildirib.
Onun sözlərinə görə, 2015-ci ilin yanvarında 3000 dollar (2340 manat) kredit götürüb: “Son 18 ayda (2015-ci ilin fevralından -2016-cı ilin avqustuna qədər) banka 2750 manat ödəmişəm. Dolların 78 qəpik olan kursunu götürsək bu 3240 dollar edir. Müqavilə öhdəliyi ilə mənim banka borcum yoxdur. Bir neçə gün əvvəl bankdan bəyan edilib ki, mənim hələ 2900 dollar da (5000 manat) borcum var və bunu ödəməliyəm. Bu məbləğ iki devalvasiyadan sonra yaranmış borcdur. Mənə bildirildi ki, dolların qiymətinin artması ilə borc da qalxır”.
Jurnalist borcu tam bağlamaq üçün bundan sonra 2017-ci ilin avqustuna qədər hər ay 500 manat ödəməlidir: “Əgər tutaq ki, hər ay 150, 200 manat ödəsəm o zaman bu borcun müddəti qeyri-müəyyən zamana qədər uzanır.
Məsələn, əgər sabah dollar 2 manat, biri gün 3 manat, o biri gün 4 manat olsa mənim borcum bu kursa uyğun hesablanacaq. Yəni mən qiyamətə qədər banka borclu qalacağam. Bu absurddur. Mənim aylıq əmək haqqım bu məbləği ödəməyə imkan vermir. Bundan sonra da imkan verməyəcək. Belə çıxır biz ailəliklə ac qalıb banka pul ödəməliyik. Mən devalvasiyadan sonra yaranmış borc öhdəliyimi qeyri-qanuni hesab edirəm və dövlətin bu məsələyə münasibətini bildirməsini istəyirəm”.
X.Səfəroğlu baş nazir Artur Rəsizadəyə, maliyyə naziri Samir Şərifova müraciət edib: “Dollar kreditinin bu formada qurbanı olmuş şəxslərin taleyinə biganə yanaşmasınlar. Sivil dövlətlərdə bu problemin həlli yolları var.
Lakin Azərbaycan hökuməti məsələ ilə bağlı heç bir addım atmır. Əgər bu müraciətimə cavab verilməsə, mən Azərbaycan prezidenti, cənab İlham Əliyevə müraciət etməli olacağam”.

Комментариев нет:
Отправить комментарий