19.09.2016

Səudiyyə nazirinin məntiqi

Vüsal Sadıxov

Deməli keçən həftə İranın xarici işlər naziri Cavad Zərif "The New York Times" qəzetində (facebook səhifəmdə paylaşmışam) Səudiyyə Ərəbistanın vahhabiliyin mərkəzi olduğunu, bu əqidəni dünyaya transfer etdiklərini, bu əqidənin bir təhlükə mənbəyi olduğunu və bir çox cinayətlər həyata keçirdiyini qələmə almışdı. Buna cavab olar Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Adil əl-Cubeyr "The Wall Street Journal" qəzetində məqalə yayımlayıb.
Əlbəttə ki eyni sözləri, yəni İranın dünyaya təhlükə və terror transfer etdiyini açıqlayan nazir yazır ki, İran terrorçu təşkilat olan Hizbullahı dəstəkləyir, Amerikaya ölüm şüarı səsləndirir və onların konstitusiyasında belə səbt olunub ki, bu ideologiya dünyaya transfer edilməlidir.
Bütün bunlar onsuz da dünyaya məlumdur. Belə ki İran Hizbullahı dəstəklədiyini gizlətmir və əl-Cubeyrin bildirdiyi kimi öz ideologiyasının dünyaya transfer edilməsini konstitusiyasında belə qeyd edib.
Amma. Adil əl-Cubeyr bir məsələni də məqaləsində qeyd edib ki, onun üzərində dayanmaq istəyirəm. O yazır ki, İmam Xomeyni sağlığında Salman Rüşdinin qətli barədə fətva verib ki, indiyə kimi qüvvədədir. Halbuki o bir yazıçı idi.
Mən cavab olaraq istəmirəm o xəbərləri burada paylaşım ki, Səudiyyə Ərəbistanında neçə nəfər yazıçı və bloger məhz dinə və ya hökümətə qarşı fikirlər bildirdiyinə görə həbs edilib, şallaqlanıb və ya edam edilib. Bunu quqlda balaca axtarış verən hər kəs tapa bilər.
İstəyirəm məhz Salman Rüşdinin ölüm fətvasının nəyə görə verildiyini bildirim, Adil əl-Cubeyrin, ümumiyyətlə Ali Səud rejiminin nə qədər alçaq olduğunu açıqlayım.
Deməli "Şeytan ayələri" kitabına görə qətlinin vacib olduğu bildirilən Salman Rüşdi həmin əsərində Hz.Rəsuləllahın (s) həyat yoldaşlarını təhqir edib. Özü də həmin həyat yoldaşlarını ki, əhli-sünnət məhz şiələri onları söydüklərinə görə lənətləyirlər (onlarla videoya baxmışam ki, şiəni lənətləyərək deyirlər onlar Aişəni təhqir edirlər: hətta İraqda 2 il öncə 1700 hərbçini qətlə yetirəndə İŞİD başkəsənləri Aişənin adını çəkib kursantları qətlə yetirmişdilər).
Yəni, əhli-sünnətin nəzərində möhtərəm olan və həmçinin nəzərlərinə görə şiələr yanında heç bir hörmətə layiq olmayan Aişə və Həfsə təhqir edildiyinə görə Salman Rüşdinin ölüm hökmü verilmişdir. Halbuki şiələri buna görə qətlə yetirib lənətləyənlər İmam Xomeyni (r) bu fətvanı verəndə bu kitaba səssiz qaldılar. O cümlədən Ali Səud rejimi.
Amma indi Adil əl-Cubeyr İrandan xoxan düzəltmək üçün bu fətvanı təsdiqləmək əvəzinə İranın sıradan bir yazıçının qətlinə fərman verməsinin insan haqqlarının pozulması kimi dəyərləndirir.

Комментариев нет:

Отправить комментарий