22.09.2016

Tərlan Əbilov - Başım üstə

Ağlım çaşacaq bir gecədir, ay başım üstə,
Yoxdur ona bir kimsəm ola tay başım üstə.

Bir zümzümə canlanmada sevda qoxusunda,
Ulduzlar axır, sanki axır çay başım üstə.

Tək-tək bəzənən təkliyimin əksidi bəlkə,
Düşmüş yenə bir güzgüyə lay-lay başım üstə.

Bir doğma səsin çeşməsi daşmaqdadı ayda,
Hər damlası olmuş mənə laylay başım üstə.

Çəkmiş neçə sirrin şirəsin bir dəli sevda,
Bir ay misalı cam uzadıb pay başım üstə.

Bir sirrdə min rəng cücərir, ah, yenə sənsiz,
Tərlan itiribdir sayı, sən say başım üstə.

Комментариев нет:

Отправить комментарий