İndi yatmaq vaxtı deyil,
Nə yatmısan? Oyan, gülüm!
Gözlərinin yaşını sil,
Al rənginə boyan, gülüm!
Tanımadan sol-sağının,
Dost bildilər çox yağını.
Yaramızın qaysağını
Olacaqmı soyan, gülüm?!
Səslər gəlir qazamatdan:
“Vicdan üstün varidatdan!”
Yerdən, göydən, kainatdan,
Görən varmı doyan, gülüm?!
Çöküb duman, sis günlərə,
Ucuzlaşan, mis günlərə.
Bizi bu cür pis günlərə,
De kimlərdir qoyan, gülüm?!
Söylədilər sözlərini,
Faş etdilər özlərini.
Namərdlərin gözlərini
Tapılarmı oyan, gülüm?!
Nə yatmısan? Oyan, gülüm!
Gözlərinin yaşını sil,
Al rənginə boyan, gülüm!
Tanımadan sol-sağının,
Dost bildilər çox yağını.
Yaramızın qaysağını
Olacaqmı soyan, gülüm?!
Səslər gəlir qazamatdan:
“Vicdan üstün varidatdan!”
Yerdən, göydən, kainatdan,
Görən varmı doyan, gülüm?!
Çöküb duman, sis günlərə,
Ucuzlaşan, mis günlərə.
Bizi bu cür pis günlərə,
De kimlərdir qoyan, gülüm?!
Söylədilər sözlərini,
Faş etdilər özlərini.
Namərdlərin gözlərini
Tapılarmı oyan, gülüm?!
Комментариев нет:
Отправить комментарий