07.09.2016

Rəhim Əzğədipur: İşğal altında olan Məkkə yenidən fəth olunmalıdır

"Məkkə təkrar süfyani müşriklərinin əlinə keçib. Allah evi Lat, Hobəl və Üzzanın işğalındadır. Məkkədə növbəti dəfə bütlər qırılmalıdır. Məkkə yenidən fəth olunmalıdır!"

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, son on illiklərdə Şərqdə müsəlmanlara qarşı aparılan siyasətdə Səudiyyənin bir dövlət olaraq Amerika, İsrail rejimi ilə və bu mövqedə olan digər dövlətlərlə həmahəng olması, həmçinin İŞİD-in ən böyük dəstəkçisi olması və bütün bunları son hadisələrdə gizlətmədən açıq-aydın ortaya qoyması ilə tam olaraq aydın olur ki, bu rejimin özünü Məkkə və Mədinə kimi İslam beşiyi olan şəhərlərin müdafiəçisi kimi göstərməsi boş bir mifdən ibarətdir. 
Rəsmən 7000-ə qədər hacının onların səhlənkarlığı ucbatından həyatlarını itirməsindən sonra da onların heç olmasa, zahiri olaraq da narahatlıq keçirməmələri və hörmətli İslam alimi Şəhid Şeyx Nimrin edam etmələri – onların həqiqi sifətini dünyaya göstərmiş oldu. 
Məkkə kimi müqəddəs şəhərin belə bir cinayətkar sülalənin əlində olması İslam aləmini narahat edir. Doktor Rəhimpur Əzğədi bu barədə çıxış edərək bu müqqədəs şəhərin onların əlində olmasına öz etirazını bildirib.
"Ali Səud rejimi Qərb imperializminin İslam dünyasının sinəsində möhkəmlənməsinin, həcc ayinlərinin təhrif olunmasının, İbrahim həccinin Amerika həccinə çevrilməsinin əsas səbəbkarıdır. Bəzi məntəqə ölkələrinin geri qalmasının, vəhşi terrorun səhnəyə gəlməsinin, İraq, Suriya və Yəmən daxil olmaqla müsəlman ölkələrinin dağıdılmasının da əsil günahkarı Səudiyyə Ərəbistanıdır!  Ötən il Minada bir neçə saat ərzində 7 min hacı həlak oldu. Həzrət İbrahimdən (əleyhi səlam) sonra belə bir faciə baş verməyib. Ərbəində Kərbəlaya 15-20 milyon zəvvar yüzlərlə kilometr yol gedir. İmam Rzanın (əleyhi səlam) hərəminə 3-4 milyon zəvvar piyada yol qət edir. Amma heç bir faciə baş vermir. Həcdə təhlükəsizlik G4S adlı ingilis-israil şirkətinə tapşırılıb. Nəticə göz qabağındadır!" /azl.abna24.com/

Комментариев нет:

Отправить комментарий