"Virtual aləmi gələcək nəslin maariflənməsi üçün istifadə etməliyik"
İslamazeri-nin "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, tanınmış mərcələrdən olan Ayətullah Məkarim Şirazi internetdən danışıb: "Virtual aləm ən əhəmiyyətli gücə çevrilib. Bu aləmi quranlar xarici ölkələrdədir və onların məqsədi, İslam mədəniyyətinin dünyada nüfuzunu aradan aparmaqdır. Ancaq müsəlmanlar düşmənə düşmənin üsulu ilə cavab verməli, virtual aləmdən faydalanaraq İslam mədəniyyətini dəyişik dillərdə və dəyişik materiallarla bütün dünyaya yaymalıdırlar. Bu gün dünyada birinci sözü virtual aləm söyləməkdədir. Bu aləmdə bir çox ailələr dağılır, insanlar günaha və pozğunluğa çəkilir. Ölkələr səviyyəsində tədbirlər görülməlidir. Müsəlmanlar virtual aləmdən dini maarifi yaymaq, insanları doğruya çatdırmaq, doğru məlumatları dünyaya təqdim etmək, məzlumların səsi olmaq və qısacası ədaləti dünyaya yaymaq üçün istifadə etməlidirlər. Gələcək nəsli İslam maarifi və mədəniyyəti ilə tərbiyə etmək istəyiriksə, virtual aləmdən istifadə etmək artıq bir zərurətə çevrilib. Çünki köhnə üsullar yeni nəslin istəklərini təmin etməkdə yetərli olmayacaq. Artıq təhsil və tərbiyə mövzusunda yeni üsullardan faydalanmaq lazımdır. Bu sahəyə böyük büdcə ayrılmalıdır. Çünki gələcək nəslin yetişdirilməsindən daha əhəmiyyətli bir şey yoxdur".

Комментариев нет:
Отправить комментарий