SSRİ dağıdılandan sonra bir dəfə bir Qırğızıstan mənşəli sovet zabitilə söhbət edən Əhməd Şah Məsud ona deyir: "Vaxt var idi, islam dünyası Sovet İttifaqına parlaq ulduz kimi baxırdı". Keçmiş sovet zabiti təəccüblənir: "Cənab Əhməd Şah, siz sosialistsiniz?" O, gülür və cavab verir: "Xeyr, sadəcə Sovet İttifaqı müsəlmanlarının dünyanın başqa heç bir müsəlman xalqının olmadığı şeyləri vardı..."
Əhməd Şah onu nəzərdə tuturdu ki, SSRİ və sovet sosializmini görmüş Orta Asiya respublikalarının öz elmlər akademiyaları, yüksək səviyyədə incəsənəti, mədəniyyəti, teatrı, kinematoqrafı vardı... Və bunlar hamısı SSRİ dağıdılandan sonra yox oldu.
Əhməd Şah Məsud ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdi, 2001-ci ildə digər ABŞ agenti Usama ben Laden tərəfindən öldürtdürülmüşdür.
Səhifəyə yazıb Çində "uyğurların başlarının kəsilməsindən" soruşurlar. Daha doğrusu bizi qınayırlar. Mədəni uyğurları zalım və vəhşi çinlilərin əllərindən almadığımız üçün.
1. Kim daha çox mədəni və vəhşidir - hələ bunu müzakirə etmək lazımdır. Müsəlman uyğurlar çoxluq təşkil etsəydilər, dövlətin gücündən istifadə edərək separatçı çinlilərlə daha yumşaq davranacaqdımı? Hələ bunu bilmək olmaz. Kürdistanda kürd çoxluq separatçı türk azlıqla daha yumşaq davranardımı?! Yanı Türkiyənin adı "Kürdiyə" olsaydı və çoxluq kürdlər təşkil etsəydi, azlıq türklərin haqqı-hüququ (real) Türkiyənin kürdləri qədər olacaqdımı?! Bunu da bilmək olmaz.
2. Azərbaycanda hər gün çarəsizlikdən və ümidsizlikdən ən azı iki insan intihara cəhd edirsə, özümüzün bu qədər problemi varkən, uyğur-çinli münasibətlərini necə qabartmaq olar?! Bizim bu saxta milliyyətçilər Türkiyə milliyyətçisidir, ABŞ milliyyətçisidir, Avropa milliyyətçisidir, hətta Gürcüstan milliyyətçisidir... Bircə Azərbaycan millətinin dərdi bunlar üçün boş söhbətdir, ya da iqtidar üçün mübarizədə alətdirlər...
Çində çinli işçinin və uyğur işçinin - zəhmətkeşin dərdi eynidir. Uyğur zəhmətkeşi də, çinli zəhmətkeşi də birləşib, misal üçün, xarici kapitalın orada yerli insanları qəpik-quruşa 10-14 saat işlətməsinə qarşı mübarizə aparmalıdılar... Azərbaycanda da həmçinin: etnik mənsubiyyətindən asılı olmayaraq hər bir zəhmətkeş kapitalistlərin diktaturasına qarşı mübarizə aparmalı, (eko)sosialist cəmiyyət qurmaq üçün əlindən gələni etməlidir.
3. Separatizmə münasibətdə ikili standartlara yol verilir. Saxta milliyətçilər Çində uyğur, İranda azərbaycanlı (türk) dərdi çəkir. (Guya! Əslində dərd çəkən deyillər, onlar üçün bu ucuz, populist yollar özünü ifadə tərzidir.) Bəs Türkiyədə kürdlər? Azərbaycanda, misal üçün, talışlar? Niyə görə onlar ayrılmasınlar?! Axı eyni məntiqlə Türkiyədə türklər kürdlərin, Azərbaycanda türklər talışların başını kəsirlər. Deyəcəklər ki, "kəsmirlər". Bəs haradan bilirsiz ki, Çində uyğurların başını kəsirlər? Diqqət edin, son vaxtlar uyğurlar haqda danışan, onların əzab çəkmələri haqda materiallar paylaşan var? Nə isə bir dalğa idi, gəldi keçdi. Bu cür "dalğaların" arxasında Çində xaos yaratmaq, "narıncı inqilab" etmək istəyən qüvvələr dayanır. Siyasətdən az-çox başı çıxanlar kimlərin dayandığını bilir.
4. Heç düşünmüsüz ki, dünyanı qloballaşdıran, Sovet İttifaqını dağıdan, amma Avropa İttifaqına dəstək verən qüvvələr niyə görə ölkələri parçalamaq, xalqları ayrı salmaq istəyirlər? Transatlantik imperializmə parçalanmış Rusiya, İran, Türkiyə, Çin və onların zəif düşmüş xalqları sərf edir. Hamısını ayrı-ayrılıqda kölə etmək, sərvətini əlindən almaq üçün. Heç kim ağlına gətirməsin ki, misal üçün, talışlar Azərbaycandan, kürdlər Türkiyədən, uyğurlar Çindən, Rusiya xalqları Moskvadan aralanıb daha xoşbəxt və firavan olacaqlar. Müsəlman uyğurlar Çinsiz daha bərbad vəziyyətə düşəcək, ən qəddar, ABŞ-ın 19-cu əsrdə yaşadığı kapitalizmə keçəcəklər, öz milli burjuaziyası xalqını ABŞ-a kölə edəcək. Uyğurların isə Çindən aralanıb ABŞ-ın köləsi olmaqdan başqa yolu yoxdur.
5. Separatizmə görə baş kəsilərmi? İŞİD-də müsəlman türklər və azərbaycanlılar heç nəyin üsündə, demək olar "mırta" adam başı kəsirlər, azyaşlı uşaqları zorlayırlar. İndi "əsl islam bu deyil, onlar müsəlman deyil" deyənlər tapılacaq. Olsun. Amma onlar özlərini müsəlman sayır. İş orasındadır ki, onlar elə təkcə özlərini müsəlman sayırlar, özləri kimi islamı ifadə etməyənləri kafir hesab edirlər, onlara qarşı cihada çıxırlar.
Çində separatizmə görə "baş kəsilir" ifadəsi çox şişirdilmiş söhbətdir. Çinin öz qanunları var. Misal üçün, korrupsionerlərə ölüm hökmü çıxarırlar. İndi Çin öz mövcud şərtlərinə görə korrupsionerliyi və separatizmi dövlət üçün ən təhlükəli cinayət sayırsa və ən ağır cəza kəsirsə - bu, Çinin daxili işidir və qətiyyən "çinlilər uyğurların başını kəsir" demək deyil.
SSRİ-də də Qorbaçov satqınçılıq və təslimçilik etmək əvəzinə 5-10 adam assaydı, on milyonlarla adamın həyatını və taleyni xilas etmiş olardı. Vəzirov və Mütəllibov 5-10 alçağı vaxtında dar ağacından assaydı, milyonlarla azərbaycanlının taleyini, hər gün intihar edən iki azərbaycanlının həyatını xilas etmiş olardı... Ona görə də separatizmə qarşı aparılan dövlət siyasətini dərindən analiz etmədən ayrılmaq istəyən xalqın ayrılandan sonra daha yaxşı yaşayıb-yaşamayacağını demək çətindir.
Müsəlman uyğurlar Çin olmadan daha irəliyə zərrə qədər də getməyəcəklər. Çin uyğurlarından yaxşı hansı "müstəqil" keçinən müsəlman xalqı yaşayır? Ərəblər? Neft dolları hesabına parazit həyat tərzi keçirən bəzi ərəb xalqlarının yaşayışına "yaxşı" demək olarmı? Bir alimi yox, elmi yox, teatrı yox, kinosu yox, həkimi-təbibi yox.... Neft bitdi - ərəb bitdi. Elə biz də SSRİ-dən ayrılıb qlobal maliyyə qurumların diqtəsilə "müstəqil" neoliberal islahatlar aparıb "neft bitdi - azərbaycanlı bitdi" vəziyyətindəyik.
Kimin harada, hansı ölkədə yaşamasından asılı olmayaraq amalı ədalətli cəmiyyət qurmaq olmalıdır. Uyğur Çində bədbəxt oldu, 10-14 saat köləlik edib təqaüdsüz qaldı yoxsa NATO bazalı "müstəqil" Uyğurustanda - zəhmətkeş, fəhlə uyğura nə fərqi var? Müsəlman uyğurları yönləndirən milliyətçi qüvvələrin sosializm qurmaq kimi məqsədi yoxdur. Məqsəd - Çinin qulağının dibində yeni amerikançı kapitalist dövlət qurmaqdır. Müsəlman uyğurların çin mədəniyyətindən və dünyəvi qanunlarından uzaq düşəndən sonra şəriətə keçməyəcəklərinə, yanı 7-ci əsrə qayıtmayacaqlarına kim zəmanət verir? Qayıdacaqlar, özü də ABŞ-ın dəstəyi və müdaxiləsi ilə. Əhməd Şah Məsudun sözlərni unutmayın.
İndi uyğurlar "müstəqil" olmaq üçün mübarizə aparmasınlar? Aparsınlar. Amma sonra da "çinlilər başımızı kəsir" ağlaşması qurmasınlar. Mövzu yüz milyonlarla çinlinin və qeyri-çinlinin təhlükəsizliyidirsə, separatçılıq oyunu oynayan 5-10 ABŞ agentinin başı da kəsiləcək...
Milli dövlətlərin qurulması artıq mənasını itirib. Yeni dünyada "bütün ölkələrin proletarları, birləşin!" şüarı aktualdır. Çin millətini formalaşdıran bütün 56 etnik qrupun zəhmətkeşləri birləşib yeni, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir zəhmətkeşin 4-5 saat işləyərək yaxşı yaşamasına şəraiti olan Çin qurmalıdır.
https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/

Комментариев нет:
Отправить комментарий