2016-ci il sentyabr ayının 28-də Tərtər rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Tərtər rayon sakini Orucov Səxavət Rəyat oğlu işgəncə verilərək öldürülüb.
Qeyd edək ki, Səxavət Orucov valyuta dəyişdirilməsi ilə məşğul olurmuş. Həmin gün saat 17 radələrində Orucov Səxavət Rəyat oğlunun telefonuna zəng edilərək 40000 dollar pul dəyişdirilməsi vədi ilə görüşə çağrılıb. Görüşə gedən Səxavətdən o gündən sonra xəbər alınmayıb.
2016-cı il oktyabrın ayının 6-da S.Orcuovun cəsədi Tərtər rayonunun Mərquşavan kəndində tapilib. Tibbi ekspertiza zamanı meyitin üzərində işgəncə izləri aşkarlanıb. Sözü gedən şəxsin həm gözləri çıxarılıb, daha əvvəl avtoqəza nəticəsində sınmış hər iki ayağı yenidən sındırılıb. Mərhumun üzərindəki özü ilə apardığı 40000 dollar pul və mobil telefonu yoxa çıxıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. Musayevi xüsusi amansızlıqla öldürən şəxslərin Ağdam rayon sakinləri Aqil Aslanov, Şaiq Həsənov və Səxavət Orucov olması müəyyən edilib. Hər üç şəxs tutulub.
Комментариев нет:
Отправить комментарий