16.10.2016

Gecələrdən

Pərviz Həkimov

Sordum səni, ey gül,yenə bu lal gecələrdən,
Qatdım bu zəhər ömrümə saf bal gecələrdən.

Həmdəm mənəm ulduzlara, sirdaşım olub ay,
Gəlsən də mənimtək dadını al gecələrdən.

Yatmış suların nəğməsi varmış, onu dinlə,
Xoş musiqisin, notlarını çal gecələrdən.

Ahəstə çalır şövq ilə bülbül mənə laylay,
Duydum belə məchul, belə xoş xal gecələrdən.

Pərviz, günəşin doğmağının vaxtıdı, səbr et,
Bəxtinə səhər müjdəsi də var gecələrdən.

Комментариев нет:

Отправить комментарий