11.10.2016

Qubernator Surik Xaçatryanın qızı: Bizə yarısavadlı qarabağlılar rəhbərlik edir

Ötən cümə axşamı günü Ermənistanın ən nüfuzlu və qalmaqallı siyasətçilərindən biri, Sünik rayonunun qubernatoru Surik Xaçatryanın istefa verdiyi məlum oldu. Bu istefa erməni cəmiyyətində mübahisələrə və müzakirələrə səbəb oldu.
Çoxları deyirdi ki, Xaçatryanı baş nazirin qardaşı, rusiyalı oliqarx Samvel Karapetyan aradan götürüb ki, rayondakı bir sıra gəlirli sahələri əlinə keçirsin. Elələri də tapıldı ki. bir sıra sıəs-küylü cinayət əməllərinə görə Xaçatryanın cinayət məsuliyyətinə cəlb edilməsini tələb etdi.
Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bu mübahisələrə dünən istefa vermiş qubernatorun qızı özünün “Feysbuk” səhifəsində son qoyub. Svetlana Xaçatryan yazıb: “Xalqın belə qul düşüncəsini görmək ağrılıdır. Bütün mövcudiyyəti dövründə o, həmişə kiməsə tabe olub. İndi də bütün xalqın arasında bir nəfər tapılmadı ki, ölkəyə rəhbərlik etsin və artıq 20 ildir hansısa yarısavadlı, özünü qarabağlılar adlandıran tiplər bizə əmrlər verir. O Qarabağdan gələnlər ki, heç müstəqilliyini də tanımırıq”.

Комментариев нет:

Отправить комментарий