Məlum olduğu kimi, Böyük Britaniya konstitusiyalı monarxiyadır və ingilislər belə deməyi xoşlayırlar ki, kraliça və monarxiya sülaləsinin özü onlar üçün “qoca mərhəmətli İngiltərənin” simvolu olmaqdan başqa bir şey deyildir.
Lakin gerçəklikdə Böyük Britaniyanın kral ailəsi heç də simvol deyil: Böyük Bitaniya şirinin bu gün həm dişləri, həm də caynaqları var. Yalnız ölkə daxilində deyil, həm də bütün dünyada siyasətə təsir etmək üçün Böyük Britaniya kral ailəsi kifayət qədər vasitələrə malikdir. Budur, Böyük Britaniya hakimiyyətinin, xüsusi xidmətinin, təbliğat və senzura sisteminin kral sülaləsinin maraqları naminə necə fəaliyyət göstərdiyinə bir neçə əyani nümunə.
1990-cı illərin ortalarında Böyük Britaniya senzurası jurnalist Kitti Kellinin “Kral ailəsi” kitabının Birləşmiş Krallığın ərazisində satışını qadağan etdi və həmin kitab sonralar böyük çətinliklə ABŞ-da nəşr olundu. Lakin kitabın hətta Nyu-Yorkda nəşri də okeanın digər tərəfində- doğma İngiltərədə tənqid fırtınası qopartdı. Böyük britaniyalı rəyçilər kitabı daşqalaq etdilər. “London Review” jurnalından professor Devid Kannadin yazırdı: “Kitab o qədər pisdir ki, britaniyalılar onu əldə edə bilməməklə bəxtlərinin necə gətirdiyini anlamalıdırlar. Kitabda tarixi perspektiv və kontekst qətiyyən yoxdur, nəsə maraqlı, heç nədən bəhs olunmur, hər hansı bir arqumentlər və ya ümumi interpretasiya da yoxdur. İnsanın cəhətlərinə aludəçilik baxımından kitab ehtiraslıdır və elə bir dildə yazılmışdır ki, onunla müqayisədə adi bulvar jurnalistikası demək olar zərif ədəbi dil hesab oluna bilər”.
Senzorlar miss Kellinin kitabında Böyük Britaniyanın kral ailəsi haqqında təhqiramiz nə tapmışdilar ki, İngiltərədə onun nəşrini və satışını qadağan etmişdilər? Böyük Britaniyalı dövlət xadimlərinin rəsmi tərcümeyi-hallarında və memuarlarında haqqında danışılması bir qayda olaraq qəbul olunmayan, demək olar, hər şey: ailə intriqalarından tutmuş, siyasətə qədər. Məsələn, 1930-1940-cı illərdə öz ailəsinin acığına Hitlerə heyranlığını gizlətməyən və Üçüncü Reyxin bəzi rəhbərlərilə ilıq münasibətlərdə olan Hersoq Vindzorskinin (1936-cı ildə Böyük Britaniya taxt-tacına sahib olmuş və qeyri-bərabər nikahla bağlı çox tez, elə həmin il taxt-tacdan mərhum olmuş keçmiş Kral 8-ci Eduard) rolu haqqında. Və yaxud 5-ci Georq adıyla taxta çıxmış öz kişik qardaşının xeyrinə taxt-tacdan imtina etməyə məcbur olan eks-kral 8-ci Eduardı əslində buna vadar etmiş səbəb- onun xanımı və xanımının Böyük Britaniyanın dövlət sirlərini nasistlərin xüsusi xidmət orqanlarına ötürməsi haqqında.
Miss Kellinin kitabında başqa növdən olan təfərrüatlar da var. Məsələn, adi ingiltərəlilər İkinci Dünya müharibəsi dövründə və ondan sonrakı illərdə ərzaq məhsullarına və hətta geyim əşyalarına kupon aldıqları və pərdələrdən tikilmiş köynəklər, eləcə də plaşlardan tikilmiş şalvarlar geydikləri vaxt, monarx ailəsi zənginlik içində üzürmüş. Kral ailəsinin üzvlərinin dərzi ştatları olduğuna və özlərinə geyim sifariş etdiklərinə baxmayaraq, onlar 1945-ci ildə geyim əşyaları almaq üçün normadan artıq 160 kupon almışdılar. Kral cütlüyü müharibədən dərhal sonra Cənubi Afrikaya səyahətə çıxdığı zaman yenə də normadan artıq 4.329 kupon xərcləmişdi. Adi ingilislər özlərini güclə dolandıra bildikləri vaxt 5-ci Georqun qızı, gələcək Kraliça 2-ci Yelizaveta nökər və lakeylərdən ibarət ştatının, hətta şəxsi dedektivinin müşayiətilə Maltada üç ay istirahət etmişdi. O, Maltaya özüylə bir neçə idman avtomobili, 40 dəst paltar və ərinin, Şahzadə Filippin həvəskarı olduğu polo oyunu üçün cavan poni gətirmişdi. Bu ailə cütlüyü növbəti il Kanadaya yollanmış və bu dəfə özüylə 189 dəst paltar götürmüşdü.
Miss Kellinin kitabında kral ailəsi üzvlərinin işlətdikləri və bu və ya digər səbəbdən mətbuata çıxarılmayan çoxsaylı ifadələr də qələmə alınməşdır. Budur, onlardan bəziləri.
Kraliça 2-ci Yelizaveta: ”Siz elə bilirsiniz ki, mən mehriban qadınam, lakin əslində mən heç də mehriban deyiləm”. O bir dəfə yersiz məqamda ondan müsahibə almağa cəhd etmiş reportyor Ceyms Uittakeri qısa ifadəylə “başından” etmişdi: “Fisk off!”. (Amerika döyüş filmlərində tez-tez istifadə olunan bu ifadə bizim kanallarda adətən “Gündəyməzə rədd ol!” kimi tərcümə olunur, lakin onun hərfi ekvivalenti bundan bir qədər də kobud və ədəbsizdir.) Doğrudur, təhqirə məruz qalmış reportyor monarx ailəsindən olan xanıma hörmət əlaməti olaraq bu sözləri öz reportajında işlətməyə risk etməmişdi və onu daha neytral ifadəylə əvəz etmişdi: “Go off” (“Çıxın gedin”).
Onun böyük oğlu Uels Şahzadəsi Çarlz, o vaxt hələ öz xanımı Şahzadə Dianayla birlikdə Hindistana səfərləri zamanı, Tac Mahal mavzoleyinə (onu imperator Cahan Şah özünün ən sevimli arvadı Mümtaz Mahalın xatirəsi şərəfinə tikdirmişdi) tamaşa edərkən belə demişdi: “Mən heyran qalmışam, əgər mən də müsəlman olsaydım, onda mənim də bir dəstə arvadım olardı”.
Şahzadə Marqaret (“Şindlerin siyahısı” filmi haqqında): “Yəhudilər haqqında darıxdırıcı filmdir”. Yenə də o Qayanın prezidenti haqqında: “Nifrət etdiyim hər şey onda var. O qara dərilidir, onun arvadı yəhudidir, yəhudi olmağından başqa- üstəlik də amerikalıdır”.
Kraliça 2-ci Yelizavetanın əri Şahzadə Filipp bir dəfə “İndependent” qəzetinə verdiyi müsahibədə necə olmuşdusa, Fransanın keçmiş prezidenti Vensan Oriolu (1947-1954-cü illərdə) “nifrətəlayiq uşaqbaz” adlandırmışdı. Lakin sonra bu fraqmentin müsahibədən kəsilməsini tələb etmişdi.
Britaniya senzurasının qadağası yalnız miss Kellinin kitabına deyil, kral ailəsinin üzvlərinə həsr olunmuş bir çox başqa kitablara da şamil edilmişdi. Məsələn, miss Uendi Berrinin “Evi idarə edənin gündəliyi” kitabı da eyni taleylə qarşılaşmışdı. Şahzadə Çarlz britaniyalı hakimləri bu kitabın Birləşmiş Krallıqda satışına qadağa qoymağa inandıra bilmiş və bunu bəhanə gətirmişdi ki, kitabın müəllifi “öz əhatəsindən ayrılmışdır”. Öz rasist baxışlarıyla ad çıxarmış Şahzadə Marqaretin lakeyi bir vaxtlar öz xatirələrini dərc etdirməyə cəhd etmişdi, lakin Ana Kraliça onun nəşrinin qadağan olunmasında təkid etdi. Şahzadə Endrünün yavəri də öz xatirələrini “Sun” jurnalında dərc etdirmək istəmişdi, lakin Kraliça 2-ci Yelizaveta jurnalın redaksiyasına onları dərc etdirməyi qadağan etdi. Endrü Morton Şahzadə Diana haqqında öz kitabını nəşr etdirəndə onun üzərinə tənqid uçqunu təşkil olundu- görünür, senzura onu gözdən qaçırdığına və vaxtında qadağan etmədiyinə ğörə qisas alınırdı. Gerçəklikdəsə bütün bu xatirələr kral evinin ailə sirlərinin həddindən çoxunun üstünü açırdı. Senzura və ona qahmar çıxan mühafizəkar mətbuat məhz bir ağızdan bildirdi ki, britaniyalı oxucu bütün bu kitabları heç vaxt oxuya bilməyəcəyinə görə xoşbəxt olmalıdır, çünki bu kitablar kral ailəsinin büründüyü mistik mühiti tamamilə alt-üst edir, kral ailəsinin üzvlərini başqalarından fərqlənməyən, öz mənafeyini güdən, mənəviyyatsız, paxıllıq hissilə dolu, köhnə fikirli və intriqabaz adamlar kimi təqdim edir.
Öz əsl-nəcabətli əri Şahzadə Çarlzdan boşanmağa cürət etmiş və hətta misirli hansısa bir milyaderin oğluna ikinci dəfə ərə getmək niyyətində olan “xalqın” Şahzadə Dianasının öldürülməsinin səbəbi də məhz elə bu deyildimi? Hər halda bir çox jurnalist və xüsusi xidmət sahəsinin müstəqil eksperti bu versiyanı irəli sürürdü. Konkret olaraq amerikalı dissident London Ləruşun əsasını qoyduğu “Özəl təhqiqat bürosu” jurnalının əməkdaşı Ceffri Steynberq hesab edir ki, Şahzadə Diananın ölümü Böyük Britaniyanın Mİ-6 kəşfiyyatının gizlin əməliyyatlarından biri olmuşdur. Və bu rəyi bildirməkdə o tək deyil. Mİ-6-nın keçmiş əməkdaşı, Böyük Britaniya məxfi xidmətinin sirlərini faş etməsilə bağlı qalmaqallı ad çıxarmış bir kitabın (yeri gəlmişkən, bu kitab da İngiltərədə kəskin tənqidlə üzləşmişdi) müəllifi olan Riçard Tomlinson “ledi Di”nin ölüm xəbərini eşidəndə dərhal bildirmişdi ki, qəribədir, bu avtomobilin qəzaya uğradığı şərait ona, Yuqoslaviyanın prezidenti Slobodan Miloşeviç üçün hazırlanan sui-qəsd planını xatırladır. Mİ-6-nın hazırladığı bu plan, konkret olaraq Cenevrədə tuneldə qətl variantını nəzərdə tuturdu ki, bu vaxt prezidentin sürücüsü qarşıdan gələn maşının qəfil yanan gur işıqlarıyla kor edilməliydi. Bir çoxları bu planı Şahzadə Diananın öldürülməsinin bir neçə versiyasından biri kimi nəzərdən keçirirdi. Xatırladaq ki, faciə 1997-ci il avqustun 30-dan 31-nə keçən gecə saat birin yarısında baş vermişdi. Şahzadə Diana və onun nişanlısı Dodi Əl Fayed qara rəngli “Mersedes 280 SEL” avtomobilində Parisdə saatda 100 kilometrdən artıq gedərkən Alima tunelinin on üçüncü dirəyinə çırpılmışdı. Xəsarət alanların dərhal gətirildikləri “Lf Pitit-Salpetriere” xəstəxanasının həkimləri üç saatdan sonra ledi Diananın keçindiyini konstatasiya etdilər. Rəsmi versiyaya görə, qəzanın səbəbi “Mersedes”in sürücüsü Anri Polun (o da qəzada həlak olmuşdu) içkili vəziyyətdə olmasıydı, hərçənd onun valideyinləri məhkəmənin bu qərarından protest vermişdilər.
Məlumdur ki, Böyük Britaniyanın xüsusi xidməti eks-şahzadəni uzun müddət müşahidə etmişdi. Mİ-6 Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyilə əməkdaşlıq şəraitində, ledi Diananın telefon söhbətlərini dinləmışdi; onun otaqlarında elektron poçtun ələ keçirilməsi üçün “böcəklər” quraşdırılmışdı, mobil telefonla söhbətləri peyk izləmə sistemi vasitəsilə dinlənirdi. Bütün söhbətlərin yazı mətni 1051 səhifə təşkil etmişdi, lakin Mİ-5 və Mİ-6 amerikalı jurnalist Ceyms Kitə onları verməkdən imtina etdi. Böyük Britaniya xüsusi xidməti jurnalistin müraciətinə cavab olaraq bildirmişdi: “Sənədlər məxfidir, çünki onların açıqlanması milli təhlükəsizliyə ciddi ziyan vura bilər”. Bəzi məlumatlara görə, Mİ-6-da elə insanlar var idi ki, onlar ledi Diananın davranışını “taxt-tac və demək dövlətin stabilliyi üçün təhlükə” hesab edirdilər. “Ledi Di” özü də, jurnalistlərin sözlərinə görə, onu öldürməyə hazırlıq görüldüyünə əmin idi. Beləliklə, “Cui bon?” (bu kimə sərf edir) sualının cavabı aşkar olduğu üçün yalnız konstatasiya etmək olar ki, Böyük Britaniya xüsusi xidmətinin ledi Diananı fiziki cəhətdən zərərləşdirmək üçün yalnız motivi yox, həm də imkanı (özü də yeganə yox) var di. Hadisənin tam yekunu hələ naməlumdur. Mİ-6 və Böyük Britaniyanın kral senzurası bax bu cür işləyə və izləri itirib yox edə bilirlər!
Комментариев нет:
Отправить комментарий