04.10.2016

Azərbaycan şairi

Azərbaycanda ən savadsız zümrə elə yazıçılardır. Bizim xalq savadlı xalqdır, dünya xalqları, xüsusən də şərqlilər arasında intellektual xalq sayılır, çünki Sovet təhsili görüb. Yazıçılıar elə Sovet vaxtı da kolxoznik idilər, indi ondan da beş betər kolxoznikdirlər. Gülə-bülbülə şeir qoşmaqla mənasız, xalqın işinə yaramayan, dəyəri beş qəpiyə dəyməz zir-zibilin içində eşələnməkdədirlər. Qarışqa şıllaq atdı, eşşəyin budur batdı - sonra? Tutaq ki, biri lap yaxşı qafiyələndirir, o biri qafiyələndirə bilmir - fərqi var? Mahiyyətcə hamısı eyni zir-zibil deyilmi? Xalqa şeir lazımdı? Barmaqla heca saymaq zəmanəsi bitdi, ay Allahın çurban bəndələri! Siz hələ bir bu eşşəkotaranların ambisiyasını görəsiniz! Ədanın biri bir qəpikdi. Sovet vaxtı ruslar bunların qiymətini yaxşı vermişdi - çuşka! Onlara hər addımbaşı yerlərini göstərin. Qoy bilsinlər ki, heç qoz da deyillər. Qoy gedib özlərinə sənət tapsınlar. Daha lüzumlu işlərlə məşğul olsunlar. Bunları Sovet vaxtı Bakıda adam hesab eləyən yox idi, indi tökülüblər paytaxtın ortasına, feylosofluq edirlər. Hansı kanalizasiya lükünü qaldırırsan, altından şair çıxır. Baş boş, amma çənə işləyir. Folklor oxumaqla alimnümalıq eləyirlər! Onların yeri tövlədir, mal bazarıdır, ən potoloku da toyxanada tamadaçılıqdır. Getsinlər eşşəklərini otarsınlar. Şeiri çoban da yaza bilər. Qəzetdə məqalə yazmaq isə adamdan istedad tələb edir. Azərbaycanda normal publisist barmaqla sayılacaq qədərdir- amma görün nə qədər şair var! Şairlərin yəhərləri çatışmır, sizinsə qamçınız. Ümumiyyətlə, yaxşı olardı ki, bizim şairlərə ceyrana, marala, ahuya, dilbərə, pəriyə, sonaya və durnaya şeir yazmaq qadağan olunsun. Qaşqaldağa birtəhər dözmək olar. Bunlar ceyrana, pəriyə, xalaşkaya qarşı xeyirxahdırlar, amma xalqın dərdləri veclərinə də deyil. Onları yelbeyin arvadların təbəssümü və idarə müdirlərinin verdiyi ənam ilhamlandırır, xalqın real fikirləri və istəkləri yox. Xalq onlarçün maraq doğurmayan (xeyir gəlməyən)  əşyadır. Ağızlarına və ağıllarına gələni döşəyirlər. Onların təsəvvürlərinin gözləri peysərlərindədir. Onlar yalnız gopu yaxşı təsvir edə bilərlər. Ən yaxşı ədəbi saytın adı gop.az olacaq. Mən sizə daha bir söz deyim. Oxucunu güldürmək üçün tipik Azərbaycan şeirinə satira əlavə etməyə ehtiyac yoxdur, mətni olduğu kimi vermək kifayətdir- Azərbaycan şeiri özü-özlüyündə kifayət qədər gülməlidir.

Комментариев нет:

Отправить комментарий