04.10.2016

Hər beş ildən bir mitinqlər dövrü başlayır

Məlum tarixi faktdir ki, Elcibəy hər cürə özünü türklərə soxuşdurmaq istəsə də, türklər həmişə bəylə soyuq davranıblar. Türk elitası ya konkret məlumatlı idi, ya da ciddi əsasla şübhələnirdi ki, Elçibəy beynəlxalq səviyyəli təxribatçıdir və məqsədi Azərbaycan ərazisində müharibə törətməkdir. Nəinki Türkiyənin, həmçinin ABS-ın Elcibəylə ehtiyatlı münasibəti deməyə əsas verir ki, bəyin lopa qıvrım saçlarının içində ənənə üzrə ancaq ingilis qulaqları gizlənmişdi. Çox güman SSRİ dağılandan sonra agent Əbülfəz Əliyevin şifrələri (bir çox başqa şeylər kimi) birbaşa Londona ötürülüb. Və ingilislər klassik “özgə əlləri ilə zibili qaynadıb qıraqda durmaq” oyununa başlayıblar.
***
Alman millətçiliyi nədir? Əlbəttə ki alman axmaq başlayır genetikada, qanda, torpaqda, irqdə eşələnməyə. Təmizlər və natəmizlər ortaya çıxarmağa. Və bu vakxanaliyada cəmiyyət 50 il, 100 il dolaşır, vurnuxur. Özünə gah o qəbilədən milli kimlik düzüb-qoşur, gah bu tayfadan. Arada-bir ətrafı da qan gölünə batırır, amma yekun nəticədə ancaq özünü məhv etmək şərti ilə. Heç kimə sirr deyil ki, “Gənc türklərin” (o cümlədən Nuru Paşa) milləltçilik anlayışının kökünü alman zabitləri qoyub. Qan və torpaq. Yəni biz tərəflərdə alman milləltçilik modeli hökmrandır- millət, qan, soy, kök, tayfa, mənşə. Baxmayaraq ki, almanlar düz iki dəfə belləri qırılandan sonra bu məşəqqətli yoldan imtina ediblər, biz tərəflərin qoyunları özgə nümunədən heç bir nəticə çıxarmayaraq yüz il əvvəlin beli sınmış millət modeli ilə qətiyyətlə eyni tarixi uçuruma şığıyırlar və vətənlərini siyasi-coğrafi xəritədən silməmiş sakitləşənə oxşamırlar (bu məqam fonda Koroğlu üverturası səslənir və üfüqü Ecibəyin zəhrimar zifəti tutur).
***
Hər beş ildən bir qısa müddətliyinə mitinqlər dövrü başlayır. Köhnə, unudulmağa macal tapmamış simalarla. Əvvəlcə hələ ürkək kütlə icazəli mitinqlərdə ram edilir. Əgər buna qədər mitinqlər kifayət qədər ekstremal idisə, bundan sonra bir növ alışqanlığa çevrilir. Mitinq ardınca mitinq. Ki tərəddüd edən susqun çoxluqdan maksimal sayda aktiv prosessə cəlb olunsun. Cəmiyyətin istisnasız bütün etiraz potensialı KONKRET ÜNVANda cəmlənsin. Kritik həddə çatanda simalar qəflətən yox olur və kütlə azğın polis qüvvələri, daxili qoşunlarla baş-başa qoyulur. Və budur- daha bir sınmış demokratlar, pərişan fəallar generasiyası hazərdır. Hər hansısa siyasi etiraz uzun muddətliyinə cəmiyyətin yadından çıxır. Simalar bükülüb qutulara qoyulur. Gələn dəfə üçün saxlanılır. 5 il daha dincəlmək olar. 25 ildir eyni şey. Bu sistem məğlubedilməzdir. Azərbaycanlıların fenomenal ağzıayrıqlığı bunu mümkün edir.

https://www.facebook.com/RusiyaDagilacaq/?fref=ts

Комментариев нет:

Отправить комментарий