Ötən həftə “Normand dördlüyü” (Almaniya, Fransa, Ukrayna və Rusiya) ölkələrinin liderləri Berlində görüşərək Donbassdakı vəziyyəti, Minsk razılaşmasının yerinə yetirilməsini müzakirə ediblər. Kreml bildirir ki, görüşdə hansısa konkret razılaşma əldə etmək mümkün olmayıb. Bununla belə tərəflər münaqişə zonasına ATƏT-in silahlı müşahidəçilərinin yerləşdirilməsi təklifini dəstəkləyiblər.
Virtualaz.org xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin keçmiş müavini Vyaçeslav Trubnikov “Baltnews” agentliyinə müsahibəsində Donbassdakı vəziyyətə dair beynəlxalq vasitəçilik səyləri haqda danışıb, o cümlədən özünün vaxtilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Minsk Qrupu çərçivəsində keçirilən danışıqlardakı təcrübəsini bölüşüb.
Ordu generalı rütbəsi daşıyan Vyaçeslav Trubnikov bu müsahibəni Yurmalada keçirilən “Baltik forumu”nda iştirakı zamanı verib. O, MQİMO-nun məzunudur, 23 yaşında bu insititutu bitirib və dərhal SSRİ-nin xarici kəşfiyyat xidmətinə işə cəlb edilib. İlk xarici ezamiyyəti 1971-ci ildə olub, Hindistan-Pakistan müharibəsinin getdiyi bir vaxtda Dehlidə və yeni yaranan Banqladeşin paytaxtı Dəkkədə TASS-ın xüsusi müxbiri adı altında kəşfiyyatçı kimi 6 il işləyib.
Daha sonra Moskvaya qayıdıb, KQB-nin ali məktəbində ikinci təhsilini alıb və 1984-cü ildə yenidən Hindistana ezam edilib. Bu ölkədə sovet kəşfiyyat rezidenturasına başçılıq edib, habelə Pakistan, Banqladeş və Nepalda agentura fəaliyyətinə rəhbərlik edib.
Trubnikov 1992-1996-cı illərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunun müavini olub, Yevgeni Primakovun ölümündən sonra 2000-ci ilə qədər bu xidmətə rəhbərlik edib. 2000-ci ildə isə xarici işlər nazirinin MDB işləri üzrə müavini təyin olunub, 4 il bu vəzifədə işləyib. Trubnikov həmin dövrdə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan Qarabağ danışıqlarında yaxından iştirak edirdi, bu həmin vaxtlar idi ki, tərəflər ərazi mübadiləsi variantı üzrə razılaşmaya çox yaxın idilər. Söhbət Azərbaycandan Naxçıvana Mehri üzərindən quru dəhlizinin açılmasını, əvəzində Laçın dəhlizinin ermənilərə verilməsini nəzərdə tutan Pol Qobl planından gedir.
“Mən dörd il ATƏT-in Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan Minsk Qrupunun iştirakçısı olmuşam”-Trubnikov postsovet məkanında beynəlxalq vasitəçilik səyləri və xarici hərbi müşahidəçilərin Donbassda yerləşdirilməsi təklifini şərh edərkən deyib. “Bu, çox mürəkkəb dövr idi. Lakin Qarabağa dair mən çox pozitiv situasiyada olmuşam. Rəhmətlik Heydər Əliyev və Robert Köçəryan, üstəgəl Dağlıq Qarabağ rəhbərliyi hər şeyi çox düzgün qəbul edirdilər. 2000-ci ilin aprelində biz Ki-Uestdə, Florida ştatında görüşdük. Və formul tapdıq: Beynəlxalq Valyuta Fondunun pulları hesabına Azərbaycandan cənuba, Ermənistandan isə Stepanakertə (Xankəndi- red.) dəhlizi təmin etmək...”- Vyaçeslav Trubnikov xatırlayır.
Keçmiş diplomat və kəşfiyyatçı təəssüflə deyir ki, həmin razılaşma baş tutmadı. Çünki Azərbaycan tərəfi ərazi güzəştinə qarşı çıxdı. Trubnikovun sözlərinə görə, əgər plan razılaşdırılsaydı Qarabağ münaqişəsi zonasına MDB sülhməramlıları yeridiləcəkdi. Çünki MDB sülhməramlı qüvvələrini hər iki tərəf “özümüzünkü” kimi qəbul edirdi.
SVR-in keçmiş direktoru hesab edir ki, Donbassa Qərb sülhməramlıları da yerləşdirilə bilər, ancaq hələ aydın deyil ki, ora öz sülhməramlılarını göndərməyə kim razılıq verərdi.
Trubnikovun sözlərinə görə, hazırda Kiyevin ən dəhşətli problemi zəif prezidentə malik olmasıdır. “Bu, dəhşətlidir. Əgər o, doğrudan da güclü olsaydı onunla dil tapmaq olardı. Lakin o, plastilindir. Heç özünə də cavab verə bilməyən adamdır”- keçmiş SVR direktoru deyib.
Trubnikovun fikrincə Ukraynada real hakimiyyət olmadığından sülhməramlı missiya probleminə dair ümumi konsensus əldə etmək də çətindir. “Lap əvvəldən ondan çıxış etmək lazım idi ki, Poroşenko prezidentdir, onu “şokalad dovşan” adlandırmaq yox, dəstəkləmək lazım idi. Bu gün isə o, məni bağışlayın, heç kimdir”-Trubnikov bildirib.
Suriya problemi haqda danışan V.Trubnikov deyib ki, Bəşər Əsəd Aralıq dənizi sahili boyu ələvi anklavına nəzarət etsə belə legitim prezidentdir və ölkənin bütövlüyünü təmin edir. “Hətta mənim “Mossad”dan olan “sevimli həmkarlarım” da etiraf edirlər ki, Suriya bölünməli deyil, vahid ölkə kimi qalmalıdır. Əks halda parçalanma bütün Yaxın Şərqi bürüyəcək, Kürdüstan dövləti də olacaq”-Trubnikov bildirib.
F.Məmmədov virtualaz.org

Комментариев нет:
Отправить комментарий