25.10.2016

Türkiyəli nazirdən Azərbaycanla bağlı şok sözlər – ABŞ kəşfiyyatı gizli “Whatsapp” yazışmalarını yaydı

Türkiyənin Energetika və Təbii Sərvətlər naziri (həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni) Berat Albayraqla dostu arasında gizli “Whatsapp” yazışması ortaya çıxıb. 
mediafax.az-ın məlumatına görə, Türkiyə ilə Rusiya arasında “Türk axını” layihəsinin imzalanmasından sonra amerikalılar bu yazışmanı mediaya sızdırıblar. ABŞ mətbuatında yayımlanan bu yazışmalarda Azərbaycan ictimaiyyəti üçün də maraq kəsb edəcək bəzi məqamlar var. mediafax.az “Whatsapp” yazışmalarının mətnini və fotolarını təqdim edir.

Berat Albayraq: – “Socar Türkiyə”nin alqı-satqılarına dünən işdən qovulan Natiq Dəmirov nəzarət edirdi. Hər zaman olduğu kimi, heç kimi yaxına buraxmırdılar. Digər şirkətləri – Petrokimi Maltada qurublar. LPG alımını onun vasitəsilə nəzarətdə saxlayırlar. Naksana da daxili satış üçün polimerlərin qiymətini nəzərdə tutulandan aşağı təklif ediblər. Ümumiyyətlə FETÖ-çü olmayanlara iş gördürmürlər. Xüsusən də Coral, Petrokim kimi guya azərilərin olan, amma əslində türk məktəblərindən yetişmiş uşaqların…
Berat Albayraq: – Bir də ki, Petkimdə pulları Coral, Petrokim və Naksan vasitəsilə göndərirlər. İnşaat şirkətləri və gördükləri işlər şəriklikdən irəli gələn səylərdir. Hələ də FETÖ-nü qoruyurlar. Əliyev bu dəyərləndirmə ilə çıxış edib. (“Socar Türkiyə” şirkətinin idarə heyətinin sədri Vaqif Əliyevin Türkiyədə verdiyi müsahibədən sitat gətirir) “Socar Türkiyə və iştirak etdikləri yenidənqurma prosesi yeni layihələri də əhatə edərək davam edəcək. Bu çərçivədə Petkimin baş direktoru Sadəttin Qorqud istefa vermiş, onun yerinə Anar Məmmədov təyin edilmişdir. Petkimi daha da dinamikləşdirmək üçün yuxarıdan aşağıya doğru aparılan islahatlar çərçivəsində fərqli departamentlərdə işləyən 27 işçimiz təzminatları verilərək işdən azad edilmişdir. Baş verənləri həqiqətdən uzaq məlumatlarla təqdim etmək payçılarımızla yanaşı işçilərimizə də zərər verir.
Berat Albayraq: – Dünən gecə bizimkilər Sadəttin Qorqudun (“Petkim”in köhnə müdiri, FETÖ ilə əlaqədar olaraq həbsdədir) evində axtarış apararkən, bunlar tələm-tələsik “Sadəttin Qorqud istefa verdi” deyərək öz adamlarını onun yerinə təyin etdilər.
Dostu: – Elədir.
Berat Albayraq: – Bu gün danışdım. Kadrları olduğu kimi yerindədir.
Dostu: – Sürüşkən azəri qardaşlarımız…
Berat Abayraq: – Məncə sürüşkənlik məsələsi deyil. Açarı veriblər FETÖ-nün əlinə. İndi geri dönə bilmirlər… Əslində çarəsi var, amma ABŞ çox qəzəblənər…
Dostu: – Nədir qardaş çarəsi?
Berat Albayraq: – Azərilərin daşşağı hər zaman bizim əlimizdədir… (mediafax.az olaraq bu ifadənin saytımızda yayımlanmasına görə oxuculardan üzr istəyirik) Həm BTC, həm də qaz xətləri. Amma biz tranzit ölkə olmağın verdiyi avantajlardan heç istifadə etmədik. Azərilər üç ay Ceyhandan neft, yaxud qaz sata bilməsələr…
Dostu: – Necə ki, Putin vinti bağlayıb Avropanı soyuqdan dondurdu…
Berat Albayraq: – Bir ay dayana bilməzlər. Pəzəvənglər Türkiyəyə bir quruş belə xeyir gətirməyiblər… FETÖ mövzusunu bağladıq, işdən çıxardıqlarımıza təzminat da verdik deyirlər. Bunu da yoxlayıb baxarıq…

Комментариев нет:

Отправить комментарий