“Vətən Naminə” Xalq Hərəkatı Birliyi (VNXHB) Konstitusiyaya dəyişikliklərlə və xüsusilə birinci vitse-prezident postu yaradılması ilə bağlı bəyanat yayıb.
Müəlliflərə görə, bu dəyişikliklərlə ölkə yeni tarixi dönəmə qədəm qoyub. Sənəddə Konstitusiyaya dəyişikliklər və pespektivi belə dəyərləndirilir: “Referendum vaxtında, ölkənin sosial-iqtisadi, siyasi vəziyyətin daha da möhkəmləndirilməsi baxımından lazımlı prosesdir”.
Müəlliflər birinci vitse-prezident və vitse-prezident institutunun yaradılmasını önəmli sayırlar: “Bu post indiki dönəmdə ölkədəki mövcud sosial-iqtisadi problemlərin, gələcəkdə isə ehtimal edilən daxili və xarici problemlərin operativ aradan qaldırılması yönündə vacib postdur”.
Turan bildirir ki, Hərəkat bu posta öz namizədini gördüyünü də bildirib: “Bu, Azərbaycan xalqının sevimli övladı, birinci xanım Mehriban Əliyevadır”.
Müəlliflərə görə, M.Əliyeva öz siyasi təcrübəsi, təşkilatçılıq qabiliyyətilə insanların hörmətini qazanıb. Müəlliflərin fikrincə, M.Əliyeva birinci vitse-prezident olarsa, ölkənin bir çox problemləri həllini tapar: “Qısa müddətə Qarabağ problemi də həll edilər, Azərbaycan dünya ölkələri arasında mövqeyini daha da möhkəmləndirər, milli barışıq əldə olunar, çünki, xalq M.Əliyevaya inanır və onun fəlaiyyətini dəstəkləyir”.
Xatırladaq ki, Hərəkatın rəhbəri XX əsrin 80-ci illərinin sonlarında “Tövbə” Cəmiyyətini yaratmış, Bakıdakı “İmam Hüseyn” məscidi icmasının rəhbəri Hacı Əbdül Əbdülovdur. O həm də vaxtilə sabiq prezident Ayaz Mutəllibovun qızğın tərəfdarı olub. /m.virtualaz.org/

Комментариев нет:
Отправить комментарий