10.10.2016

Əldəqayırma bakılılar

Rəylərdə "Həqiqi bakılı" ilə "Əldəqayirma bakılı" ifadəsi işlətdiyimə görə məndə nöqsan axtarıb tapmaq üçün startda duran bir pantürk, tumanını başına çəkərək şüvən qaldirıb facebook dostlarını statusa tağ etdi ki, "İlanı Seyid Əhməd əli ilə tutsun". Guya mən bakılıları təhqir etdim... 
4-5 il Yasamalda qalmaqla bu Tovuzlu balası elə bilir ki, Bakılı oldu da...
Sən 60 ildə Bakıda qalsan, bakılı ola bilməyəcəksən. Amma adam var ki, Bakya gəlib 6 aya "bakılı" olur. Fikrimə aydınlıq gətirim ki, Asif kimi düşünənləri bəlkə qandırdım.
Hər bir zonanın özünəməxsus ruhu, fərqli mədəniyyəti, fərqli mətbəxləri, fərqli dinləri, fərqli insanları, fərqli həyat tərzləri, buna görə də fərqli düşüncə tərzi var. Məsələn, Talış zonası ilə Qazaxlıların adət ənənələri fərqlidir. Eləcə də Əhli-beyt diyarı olan Bakının digər zonalar ilə həm müştərək, həm də fərqli adət ənənəsi var. 
Məsələn, Köklü Bakılılar saz havalarına qulaq asmazlar, muğama qulaq asarlar, eləcə də tar kamançanı da Qazaxda başa düşməzlər.
Əgər kənddən şəhərə gəlib şəhər mədəniyyətinə (Bakı, Gəncə və s) inteqrasiya olmamısansa, sən oralı sayıla bilməzsən...
Vaxtı ilə Bakı inkubator rolunu oynayırdı. Bakıya oxumağa işləməyə gələn Yasamalda, Sovetskidə, İçərişəhərdə və s... kirayə qalmaqla bir məktəb keçirdilər.. Müharibədən sonra Bakıya miqrasiya çoxaldıqdan sonra şəhər buna davam gətirmədi... Əksinə oldu... Kənd mədəniyyəti Şəhər mədəniyyətini üstələdi.. İndi əvvəlki Bakını tanımaq istəyirsənsə gərək Bakının məxsusi yerlərinə gedəsən... O adət-ənənə Bakının kəndlərində məxsusi məhəllələrində qalıb.
Əgər kim Bakılı olduğunu idda edirsə, amma oranın mentalitetinə, qayda-qanunlarına, adət-ənənəsinə riyayət etmirsə, o əldəqayırma bakılıdır. 
Var BAKILI, bir də var BAKI sakini.
Amma dünən eşşəyin quyruğunu fırladanlar Bakıya ayaq basan kimi deyirlər bakılıdılar. Bax, belə hərəkətləri qəbul etmirəm və bəyənmirəm.

https://www.facebook.com/Bermek.daqli.5?hc_ref=NEWSFEED

Комментариев нет:

Отправить комментарий