16.10.2016

Azərbaycan SSR müstəqil Azərbaycandan qat-qat yaxşı ölkə idi

İlham Əlisoy

Azərbaycan SSR müstəqil Azərbaycandan qat-qat yaxşı ölkə idi. Azərbaycan SSR-nin pasportunu daşımaq, müstəqil Azərbaycanın pasportunu daşımaqdan daha şərəfli idi.
Azərbaycan SSR-də repressiyaya məruz qalan heç bir müsəlmana namusunu ləkələyərik, cinsi zorakılığa məruz qoyaraq, arvadını, uşaqlarını belə edərik, elə edərik kimi təhdidlər olunmayıb. Azərbaycan SSR-də heç kimə deyilməyib ki: "Əcəb edirəm, get kimə şikayət edirsən et". 
Bura bizim ölkəmiz deyil. Bura onların ölkəsidir. Bizim ölkəmiz yalnız müharibə zamanı, ölmək üçün "orqanizmlər"ə ehtiyac yarananda olur. Türklər demiş, "Hadı bakalım, göreyim seni, vatana ölü askerler lazım".
Rəhmətlik atamla bir dəfə bunun mübahisəsini edirdim. Uzun söhbətdir, bəzi şeyləri yazıram.
Dedi ay bala, mənim cibimdə qırmızı pasport var idi. Qırmızı pasport. Bir dəfə filan yerdə filan ölkənin vətəndaşları azəri türkcəsində danışdığımı görəndə məndən haralı olduğumu soruşdular. Cibimdəki qırmızı pasportu görüncə başladılar gülümsəyib quyruq bulamağa. İndi həmin ölkənin həmin vətəndaşlarına siz böyük qardaş deyirsiniz. Neftdən, qazdan rüşvət verirsiniz ki, sizi orda-burda himayə etsinlər. Mən isə həmin qırmızı pasportla nəhəng imperiyanın ərazisində əlimi-qolumu sallayıb gəzirdim. İmperiyanın mərkəzi olan Moskvada, cümləsinin önünə "xahiş edirəm" kəlməsini qoymağı bacarmayan rus milisinin basıb gözünü çıxardırdım. İndi isə siz müstəqilsiniz. Nə deyim, Allah xoşbəxt eləsin, qoşa qarıyasınız.

Комментариев нет:

Отправить комментарий