Mən onu ilk dəfə hələ 15 yaşıma çatmamış görmüşdüm. Ona qarşı içimdə dəhşətli bir arzu yaranmışdı. Nə o vaxt, nə də indi bu arzunun izahını verə bilmərəm. Füsunkar və cazibədar, nəfis idi. Gözləri masmavi, dodaqlari ehtirasdan yanırdı.Ona baxarkən nəfəsim kəsilir, boğazım quruyurdu. Heç bir söz tapa bilmirdim deməyə. Bütün sözlərdən mükəmməl idi. O da mənə baxırdı. Daxilində utancaq bir çağırışın olduğunu duyurdum. Bəlkə də mənə sadəcə “ayalla nə şirin uşaqdı” deyə bu qədər maraqla baxırdı, bunu deyə bilmərəm. Həqiqətdə gözlərini məndən çəkmirdi. Necə də gözəl bir mənzərə yaranmışdı qarşımda. Mən biraz həm utanır, həm də qorxurdum, mənə kənardan fikir verən olar deyə narahat idim. İçimdə cəsarətlə tərəddüd ölüm-dirim savaşında idi. Mən özümə nəzarəti itirirdim. Özümü tamamilə onun ağuşunda hiss eləyirdim. Sanki, mən, öz hislərimlə parçalanmış dəmir qırıntılarını xatırladırdım, o, isə məni özünə dartıb aparan böyük maqnitə bənzəyirdi. Üzünün xətlərində və cizgilərində bir fövqəladilik var idi. Onun bütün vücudundan ehtiras saçılırdı və mənə elə gəlirdi ki, o, ehtirasdan daha qüvvətlidi. Bəlkə də mən yanılırdım, axı, 15 yaşına çat(ma)mış bir uşağın ehtiras barəsində fikirləri nə dərəcədə həqiqətə uyğun ola bilərdi. Lakin fikirlərimdə daxili bir həqiqətin olduğuna da şübhəm yox idi. Bu ecazkar bədən qurluşu məni o qədər valeh etmişdi ki, həyatın yalnız ondan ibarət olduğunu düşünürdüm.
Və nəhayət titrəyə - titrəyə onun dodaqlarina toxundum. Bədənim, güclü tufandan tir–tir əsən, hardasa, uzaqlarda gözdən – könüldən iraq, sıx meşəyə özünün ən yoğun budağını göstərən, tək ağacın yarpaqları kimi əsirdi. Gözlərimi yumub onu o qədər dəlicəsinə öpürdüm ki, bu o qədər güclü və dəhşətli hiss idi ki, artıq, bütün ehtiras sərhədlərini aşmışdı. Bu zaman əlimdə tutduğum jurnalın üz qabığı o qədər sulanmışdı ki, dənizə atılan kağız parçalarını xatırladırdı. Mən cəld hərəkətlə jurnalı yerə atıb oradan uzaqlaşdım. İndi də o günü xatırlayanda qeyri – ixtiyari bir gülüş qonur dodaqlarıma. Cəsarətim məni kişi etmişdi.
Və kim nə deyir desin, mənə elə gəlir hər kəsin həyatında buna bənzər hadisələr çox olub. Mən heç vaxt o jurnalın üz qabığında olan həmin maniken qızı unutmayacam.
Комментариев нет:
Отправить комментарий