Kainatın daim böyüməsi tezisi indi çox dəbdədir. Kainat artır, yoxsa bizim kainat haqqında təsəvvürlərimiz? Qəlin baxaq. Əgər kainat, məhz bir formadan başqa formaya keçmir, böyüyürsə ,deməli onun böyüməsi üçün məkan lazımdır. Əgər bu məkan varsa və o kainat deyilsə , onda o nədir? Əgər kainatdırsa, onda o sadəcə bir formadan başqa formaya keçir, bir kainat daxilində inkişaf edir. Bu inkişaf necə baş verir? Nədən ibarətdir bi inkişaf? Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyət keyfiyət dəyişikliyi kimi baş verir.
Lakin mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bu günkü hüdudlarından qırağa çıxmaq olar.
Çünki əgər kainatın böyüməsi tezisi ilə razılaşsaq onda onun haqqında anlayışların və təsəvvürlərin artması ilə razılaşmalıyıq, əks halda biz onun böyüməkdə olduğunu hardan bildik. Amma insan biliklərinin artması ilə onun beyninin artmasının hansının səbəb hansının nəticə olduğunu əvvəlki tezisdə olduğu kimi biz bilmirik. Burada səbəblə nəticə məsələsi subyektiv və obyektiv fəlsəfədə fərqlidir. Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir.Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat yada ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər,daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb. Subyektivist filosoflar iddia edirlər ki, nisbilik nəzəriyyəsinin, və yaxud kvant mexanikasının bəzi anlaşılmazlığı fizika müstəvisində deyil, psixoloqiya müstəvisindədir. Bəziləri məsələn Yunq bunun cavabını hətta okkultizmdə axtarırdı. Fizik Pauli hesab edirdiki fiziki reallığı insan özü yaradır. O iddia edirdi ki əgər insan bir şey fikirləşsə o dərhal materiallaşır. Bu idealizmlə materializmi barışdırmaq kimi qiymətləndirilir. Lakin bu fəlsəfənin birinci məsələsini həlli ola bilməz. Çünki suallar qalır. Biz kiminsə reallığı yaratdığını, və yaxud hazır reallığın kimdəsə təəsurat oyatdığını dəqiq deyə bilmirik. Daha doğrusu təbii elmlər bunun cavabını bilmir. Təbii elmlərdəki böhranın səbəbləri, içtimai elmlərin geriləməsindədir. İçtimai təsəvvürlərin insanın şüuruna təsirini biz dana bilmərik. . Təbii elmlər özləri bunun cavabını bilmir. Bunun cavabını içtimai elmlərdə axdarmaq gərəkdir. Soruşa bilərsiz ki bir şeyin ki cavabını təbii elmlər verə bilmir, içtimai elmlər necə cavablandıracaq? Tələsməyin, bir haldaki onsuzda başqa yolumuz yoxdur, səbr edin. Tarixə müraciət edək Qədim Misirdə kahinlər təbii elmlərin sirlərinin daşıyıcıları idilər.Eyni zamanda onların içtimai həyatdaki rolu danılmazdır. Təbiət hadisələrini müşahidə edib öyrənən kahinlər, yeri gələndə, bu bilikləri içtimai həyatdada tədbiq edirdilər. Məsələn künəşin və ayın tutulmasını filan tanrının insanların filan günahına olan qəzəb nümayişi kimi qələmə verib məbədin içtimai nüfuzunu artırırdılar. Firon künəşin oğlu elan olunmuşdur və insanlar təbiətdə olduğu kimi içtimai həyatda ona sitayiş edirdilər. Amma getdikcə kahinlərin sirrləri aşkara çıxmağa başladı. Yunanlar bu sirrləri içtimailəşdirdi. Daha bunlar sirr deyil ümumi biliklər idi.
Biliklər içtimailəşdikcə onlar rasionallaşdı, çünki onlar artıq təkcə göy cisimlərinin müşahidəsi riyaziyyat və həndəsə, Misirdə daha çox ehtiyac duyulan elmlərdə deyil, Qədim Yunanıstanda daha boyük insan toplumunun içtimai həyatını tənzimləyən prosseslərin izahını tələb edirdi. Beləliklə yunan fəlsəfəsı meydana gəldi. Fəlsəfə bütün elmləri ümumiləşdirdi. Dövlət və içtimai təlimlər yarandı.
Səmavi dinlər yunan fəlsəfəsi ilə şərq dini təlimlərinin sintezi idi. Orta əsrlərdə içtimai həyat dindən ayrı deyildir. Fəlsəfə təqdir olunmurdu.Buna baxmayaraq Əflatunun təlimi müsəlman filosofları tərəfindən mənimsənilmişdir. Kəlamçılarla filosofların mübahisəsi qedirdi. Kəlamçılara görə elm yalnız müqəddəs kəlamların izahı ilə məşğul olmalı idi. Bunlar filosoflara bir cavab kimi ortaya çıxdılar. Əflatunun obyektiv fəlsəfəsinə qarşı onlar ancaq subyektiv fəlsəfəni qoya bilərdilər.Məsələn İbn Sinaya qədər uzun müddət elə bilirdilər ki insanın görmə qabiliyəti gözündə olan işıqla bağlıdır yəni gözlər özləri işıq mənbəyidir, bu da subyektiv fəlsəfənin təzahürü idi, İbn Sina həkim olduğuna görə onu bu nəticə qanə etmirdi . Kəlamçıların təzyiqinə baxmayaraq, o işığın gözdə əks olunmasını subut etdi. Rəsmi dini cərəyanlar onu kafir adlandırırdılar.
Subyektiv fəlsəfənin zirvəsi Kant sayılır. O real dünya ilə insan və başqa əşyalar arasında olan birbaşa əlaqəni inkar edirdi. Arada apriori ,yəni əvvəldən olan təcrübəni yerləşdirirdi. Bu təcrübə vasitəsi ilə “Özündə əşyalar” bir-biriləri ilə əlaqə yaradır. Bəs bu təcrübə nədir. Buna ən sadə misal elmi laboratoriyalar. Mikroskopik bir şeyi görmək üçün ona böyüdücü şüşşə vasitəsi ilə baxmaq lazımdır. Subyektiv fəlsəfəyə görə, obyekt xüsusi, subyektlə şərtləndirilən haldır. Subyekt olmasa obyektdə olmaz. Lakin bu hər şeyi baş-ayaq təsəvvür etmək kimidir. Subyekt aparıcı ola bilməz.
Yeni dövrün məhsulu olan Kant nəzəriyyəsi, içtimai təsəvvürlərdə olan çevrilişlərlə dolayısı ilə bağlıdır. Böyük Fransız inqilabı ərəfəsində olan yeni insan haqqında təsəvvürlər, filosoflara insanın hər şeyin ölçüsü olmasını təlqin edirdi. Kant və başqaları bu fikirlərin təsiri altında olmaya bilməzdirlər. Lakin subyektiv filosoflar bunun birbaşa içtimai elmlər nəzərə alınmadan, təbii elmlərə ötürülməsi ilə yanlışlıqlara qapılırdılar. Alman içtimai fikrinin fransızlarla müqayisədə zəif olması içtimai dəyişikliklərin mümkün olmaması qənayətinə gətirib çıxarırdı. Alman cəmiyyətində hökm sürən pərakəndəlikdə bunun səbəblərindən idi. Buna müsbət təsirini inqilabın yetirməsi olan Napoleonun Almaniyanı işğal etməsi də göstərirdi. Belə şəraitdə ictimai fəallığ təlqin olunmurdu. Fəlsəfə daha çox barışdırıcı mövqedən çıxış etməyə çalışırdı. Kanta görə əşyaların bir-birilə əlaqəsi şərtsiz, mümkün deyil. Bu şərt subyektin daxilindədir, əşyalar isə, yəni obyektiv dünya, xaricindədir. Burada ziddiyət yaranırdı. Heqel şərti subyektin daxilindən xaricinə çıxardı. Adınıda qoydu Mütləq ideya. Lakin içtimai fikrin məhdudluğu Heqeldəndə yan keçmədi.
Heqelin həzəriyyəsinin zəif yeri onun dövlət haqqında olan təsəvvürləridir. Marks Heqel nəzəriyyəsinin məhz bu tərəifini daha çox inkişaf etdirib və tərsinə çevirib. Bunun nəticəsində yeni içtimai formaya(formasiyaya) keçidi əsaslandıran nəzəriyyə yaranıb. Beləliklə içtimai elm Marksın sayəsində, təbii elmlərlə bərabərləşib və hətta irəliyədə keçib. Artıq təbii kəşfləri, içtimai elmlər istiqamətləndirirdi. Məhz bu materialist düşüncəsinin təntənəsi, təbii elmlərə revanş almağa imkan verdi.
Eynşteynin nisbilik nəzəriyyəsinə içtimai elmlərdə olan materialist yanaşmasının təsirini danmaq olmaz. Təbii elmlərdə olan dar düşüncənin çərçivələri qırıldı. Nisbilik nəzəriyyəsi həmdə müxtəlif ideoloqiyaların yanaşı müvcudluğunun təbiii elmlərdəki əksi idi. Hər iki ideoloji düşərgədə bu nəzəriyyə qəbul olundu. Bu onların arasında bərabərlik işarəsini qoydu. Nisbilik nəzəriyyəsi materiyanın yeni keyfiyyətini üzə çıxardı, mütləq surəti, bu obyektiv fəlsəfə ilə subyektiv fəlsəfənin barışdırılması idi. Belə ki işıq surətini təsəvvür etmək mümkün deyil. Bu yalnız nəzəriyədə mümkün olan şeydi. O biri tərəfdən nisbiliyin özü zaman məfhumu ilə bağlı məsələdir. O mənada ki bu gün mütləq olan sabah nisbi olur. Bu nəzəriyyə sözün əsl mənasında zamanda səyahəti mümkün etdi. Bu nəzəriyyənin nəticəsində təbii elmlər yenə irəli çıxdı. Kvant fizikasında olan kəşvlər isə bu qələbəni bərkitdi. Fəlsəfənin ümumiləşdirici funksiyası danıldı. Pozitivizm hökm sürdü. Lakin həyat yerində durmur. İçtimai münasibətlərdəki dəyişikliklər məhz təbii elmlərin fəaliyyətinin birbaşa nəticəsidir. İnternetdə sosial şəbəkələrin inkişafı bunun göstəricisidir.
Комментариев нет:
Отправить комментарий