Mir Bağır
Sən sözsüz inanacaqsan
Payızın küləyi sevdiyi qədər
Tülkünün kələyi sevdiyi qədər
Tanrının mələyi sevdiyi qədər
Şeytanın tanrıya nifrəti qədər
Məcnunun çöllərdə həsrəti qədər
Ejenin varlanmaq şəhvəti qədər
İçim-çölüm, səsim qədər
Aldığım nəfəsim qədər
əgər desəm?
Sən sözsüz inanıb buna
Varlığını danacaqsan
Hər şeyini unudaraq
Atəşimdə yanacaqsan
Məhz elə buna görə
Demirəm mən
Bilirəm aldanacaqsan
Getməlisən
Ardında buraxıb hər şeyi
Bu gərəksiz taleyi – yəni məni
Elə bu gün
Bir saat bundan əvvəli,
Sevişmələr dəli-dəli,
Ya dünəni,
Buraxıb bir boşluğa sən getməlisən.
Keçərək şəhərləri,
Düzləri, dənizləri
Getməlisən xəyalımı
Uçuranadək gözlərin.
Mən könlünü almaq üçün
Adına nəzm etmədən
Sən üzünə deyilən
Boş, mənasız sözləri
Gülərək həzm etmədən,
Səssizcə getməlisən.
Mənsiz nə edər deyə
O bu şikəst halıyla
Zərrəcə qorxmayaraq,
Sən də darıxmayaraq
ən qəddar cani kimi,
ən qəlbsiz hami kimi,
ardına baxmayaraq
beləcə getməlisən.
Sən çıxıb getməlisən
Комментариев нет:
Отправить комментарий