Ötən həftə Təhsil nazirliyində baş verən ciddi kadr dəyişikliyindən sonra, yəni 3 müavinin eyni gündə vəzifəsindən kənarlaşdırılmasından sonar həmin postlardan birinə yiyələnən Qulu Novruzov (o, əvvəllər nazirlikdə Beynəlxalq münasibətlər məsələsinə baxan şöbəyə rəhbərlik edib) haqqında redaksiyaya maraqlı məlumat daxil olub. Belə ki, Qulu Novruzov 1992-ci ildə Lənkəran Dövlət Universitetinin “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” fakültəsinə daxil olub. Həmin ildə “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” fakültəsi ölkədə ancaq LDU-da fəaliyyət göstərirmiş. Qulu Novruzov hələ 1-ci kursda oxuyarkən bu vəziyyətə etiraz edib, digər tələbə yoldaşlarını da özünə qoşaraq ardıcıl piketlər təşkil edib ki, əyalətdə diplomat yetişdirmək olmaz, kənd rayonundakı universitetdə “Beynəlxalq hüquq və beynəlxalq əlaqələr” fakültəsi ola bilməz. Əvvəldən də yuxarılardan dəstək alan Qulu Novruzovun bu etirazlarına mərkəz həssaslıqla yanaşıb və həmin fakültə Lənkəran ali təhsil ocağından alınaraq Bakı Dövlət Universitetinə köçürülüb. Eləcə də, həmin fakültəinin tələbələri Qulu Novruzovla birlkdə 1-ci semestrden sonra təhsillərini Bakı Dövlət Universitetində davam etdirməyə nail olublar.
"Cənub xəbərləri"
"Cənub xəbərləri"
Комментариев нет:
Отправить комментарий