23.09.2011

Səid Muğanlının 100 günü


Sayman Aruz

Bu gün Səid Muğanlının zindanda olmasının 100 (yüz)-cü günüdür. Mübarək olsun Səid! Yadıma gəlir bir gün Təbirzdə Səidlə birlikdə dolaşırdıq.Yenicə zindandan çıxmışdı. Həmişəki kimi fikirli görünürdü. Zindandan deyəndə dedi: “inqilabçı zindanda gərək!” Mən də zarafatyana dedim: “şair də zindanda gərək.” Səid güldü və dilinin altında dedi:” qucağın əmniyyətdir, gözlərin terrorist!” Bu onun şeir idi. Güney Azərbaycanlı şairinin sevgisi.
Nazim Hikmət gözümün qabağına gəlir. Inqilab, etiraz, zindan, sürgün və ədəbiyyat! Pablo Nerodanın Çili xalqının dirçəlişi və inqilabındaki roluna fikirləşirəm. Biriya gözümün önünə gəlir. Onun dönməzliyinə fikirləşirəm. Səməd Behrəngi boğulduğu Araz çayında bizi gözləyir deyirəm. Şair inqilabçı gərək! Müşviqə fikirləşirəm. Oxu tar, oxu tar-deyə mızıldayıram!
İnterneti açıram. Oxu Zalına oxuyuram: Rafiq Tağı Sabirə, ələkbər Rafiq Tağıya, mən isə duruma təəssüf edirəm. Kulis saytına keçirəm. Rəngarəngdir. Amma qane etmir. “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir!”
Güneyli dostuma deyirəm: bura sakitçilikdi.
Deyir: bəy! ümidimiz sizsiz. Xəbəri dünyaya çatdırın. Dostların hamıısı zindandadır. Günəş kafesi boş qalıb…
Deyirəm: dostlara tapşırmışam bununla bağlı yazsınlar. Rafiqə demişəm…adları isə BMT-yə göndərmişəm…
Rafiq Sabirdən yazır. “Urmu gölü can verir…”
Sonar yadıma düşür müqayisə edim. Çətin olsada ayırmağa məcbur qalıram. Quzey Azərbaycan yatıb görürəm. Oyan deyirəm oyanmır. Deyirəm bu qədər toyxanaların səsi ilə oyanmayan şair, mənim sızıltımı duyarmı? Yox, duymaz.  Aqşın, Elnur, Tural, Rasim, Seymir, Ələkbər və nə bilim gündəmi qoruyan dostlarımın harda və necə olduqlarını maraqlanıram. Evlərindədilər deyirlər. Yeyib-içməyə gedəndə xəbər edərlər yəqin! “Zindanda kim var deyirəm?” “Boşdur” deyirlər. “Axı Səidlər zindanda” deyirəm. Ədəbiyyatçı harda gərək? toyxanada gərək, yeyib-içməkdə gərək, qal-maqalda gərək…Elçibəyə, Sabirə söyməkdə gərək. “Millət necə tarac olur olsun, nə işim var?”
Deyirəm bəlkə “hörmət” etməliyəm bunlara Vətəndən desinlər. Əlimi cibimə salıram, boş çıxır. “Sən ol”, “mən ölüm vururam”, işə yaramır!
Deyirəm:
                 Yaxşı ki sən varsan deyirəm Vətən,
                 Kimsə tapanmadım onunçün ölüm.

Комментариев нет:

Отправить комментарий