16.09.2011

Əhmədinejad Corc Buşa heyvan dedi

İran prezdineti Mahmud Əhmədinejad keçmiş ABŞ prezidenti və ona bənzəyənlərin heyvandan betər olduqlarını, qəlblərində insan sevgisi olmadıqlarını söyləyib. 


“Qafqazinfo”nun “Mehr” agentliyinə istinadən əldə etdiyi məlumata görə, Əhmədinejad Ərdəbilə səfərində şəhər yaxınlığındakı Səreyn sakinləri ilə elədiyi söhbət zamanı “İranı qurmaq Allah yolunda bir cihad, saleh əməl və böyük bir ibadətdir”, deyib.
Sevgisiz insanların digər varlıqlardan bir fərqi olmadığını vurğulayan İran prezidenti, insanların bəzən başqa varlıqlardan daha pis olduğunu, keçmiş ABŞ prezidentini də buna bir nümunə olduğunu söyləyb.
Əhmədinejad, “Görəsən, heç bir canavarın bir milyon qoyunu öldürdüyü görüləcək şeydirmi” deyə sual edib.

Комментариев нет:

Отправить комментарий