Masonluq haqda bilmədiklərimiz
Qədim Misir ilə masonlar arasındakı əlaqəni ortaya çıxaran önəmli faktlardan biri də masonluğun simvollarıdır. Simvollar masonluqda çox böyük əhəmiyyətə malikdirlər. Masonlar fəlsəfələrinin mənasını ancaq öz üzvlərinə açdıqları simvollarla ifadə edirlər. 33 dərəcəlik masonluq iyerarxiyasında pillə-pillə yüksələn mason hər dərəcədə simvolların yeni anlamlarını öyrənir. Və beləliklə, mason fəlsəfəsinin dərinliklərinə mərhələ-mərhələ qovuşur. Bu məsələ «Mimar Sinan» dərgisində belə açıqlanır: «Hamımız bilirik ki, masonluq fikir və ideallarını bəzi simvollar və hekayələrlə, yəni bir növ alleqoriyalarla ifadə edir. Bu hekayələrin kökü tarixin çox qədim dövrlərinə gedib çıxır. Ona görə də masonluğun çox zəngin bir simvollar sistemi var».
Masonluğun «qədim tarixi dövrlərə» uzanan simvol və əfsanələrinin arasında, təbii ki, Qədim Misir obrazları birinci yeri tutur. Həm mason lojalarında, həm də mason nəşrlərində çox tez-tez Qədim Misir simvollarına — piramidalara, sfinkslərə, heroqliflərə rast gəlinir.
«Mimar Sinan» jurnаlındа nəşr olunаn bir yazıda «masonluğun ən qədim mənşəyi» haqqında bunlar söylənir: "ən qədim qaynaq kimi Misiri götürsək, yəqin ki, yanılmarıq. Bundan başqa, masonluğa ən yaxın və oxşar mərasimlərin Qədim Misirdə olması da diqqətçəkicidir".
Yenə də eyni dərgidə yer alan «Masonluğun sosial qaynaqları və məqsədləri» adlı yazıda isə bunlar bildirilir: «Qədim vaxtlarda Misirdə Memfis məbədində böyük ehtişamla yerinə yetirilən mərasimlə çağdaş mason mərasimləri arasında xeyli bənzərlik var».
Qədim Misir — masonluq bаğlılığını sübut edən bəzi misalları аrdıcıllıqlа araşdıraq:
Gözün altındakı piramida
Dünyada ən məşhur masonluq simvolu, heç şübhəsiz, 1 dollarlıq ABŞ əskinasının üzərində yer alan möhürdür. Möhürdə kəsik piramida və onun təpəsindəki üçbucağın içində göz simvolu təsvir olunub. Üçbucaq içindəki göz mason lojalarının dəyişməz simvoludur və adətən, masonluğun bir nömrəli işarəsi sayılır. Üçbucağın altındakı piramida isə nisbətən daha az diqqət çəkir. Halbuki, masonluq fəlsəfəsi baxımından onun da çox ciddi mənası var. Həmin ABŞ möhürü haqqında doktorluq işi yazan amerikalı akademik Robert Iyerenimus (Robert Hieronimus) bununla bağlı çox maraqlı nəticələrə gəlib. Onun bu haqda yazdığı məqalə «Böyük Amerika möhürünün arxa üzünün tarixi analizi və humanist psixologiya ilə əlaqəsi» adlanır. Məqalədə bildirilir ki, ABŞ-ın əsasını qoyan şəxslər mason olduqlarına və humanist fəlsəfəyə etiqad etdiklərinə görə, bunları həmin möhürdə ifadə ediblər. Möhürün mərkəzindəki piramida isə birbaşa Qədim Misirlə əlaqəyə işarədir. Bu, Misirdəki ən böyük piramidanın — Xeops ehramının təsviridir.
Altıguşəli ulduzun masonluq mənası
Masonluğun digər bir məşhur simvolu isə iç-içə keçmiş iki üçbucaqdan ibarət altıguşəli ulduzdur. Eyni zamanda yəhudilərin ümumisimvolu olan bu fiqur Israil dövlətinin bayrağında da təsvir olunub. Həmin möhürün ilk dəfə Hz.Süleyman tərəfindən işlədildiyi qəbul edilir. Dolayısı ilə, altıguşəli ulduzun bir «peyğəmbər işarəsi» olduğu bildirilir. Ancaq masonların bununla bağlı fərqli fikirləri vаrdır. Onlar altıguşəli ulduzu Süleyman peyğəmbərin möhürü kimi deyil, Qədim Misirin bütpərəst sivilizasiyasının rəmzi kimi qəbul edirlər. «Memar Sinan» dərgisində çap olunan «Ayinlərimizdəki alleqoriya və rəmzlər» adlı bir məqalədə həmin məsələ belə açıqlanır:
«Bərabərtərəfli üçbucaq üç nöqtəni eyni uzaqlıqlarda saxlayaraq, bu dəyərlərin bərabər olduğuna işarə edir. Masonluğun qəbul etdiyi və „Davudun ulduzu“ kimi tanınan iç-içə keçmiş iki bərabərtərəfli üçbucaq, yəni heksoqram bu gün yəhudilərin simvolu kimi qəbul edilir və Israilin bayrağında yer alır. Amma əslində bu simvolların başlanğıcı Qədim Misirdir. Həmin emblem ilk dəfə Tampliyer cəngavərlərinin tikdirdikləri kilsələrdə xüsusi məna daşıyan divar bəzəyi kimi işlədilib. Tampliyerlərə divan tutulandan sonra bu emblem ilk dəfə sinaqoqlarda işlədildi. Amma masonluqda biz, şübhəsiz ki, onu Qədim Misirdə dаşıdığı mənasında qəbul edirik. Bu mənada da iki vacib qüvvəni bir-birinə birləşdiririk. Həmin iki bərabərtərəfli üçbucağın alt və üst tabanlarını silsəniz, qarşınızda çox yaxşı tanıdığınız bir səhləb çiçəyi simvolu görərsiniz”.
əslində, masonların Hz. Süleyman məbədilə bağlı bütün rəmzlərini bu məntiqlə şərh etmək gərəkdir. Hz.Süleyman, Quranda da bildirildiyi kimi, haqqında xeyli iftiralar uydurulmuş, guya inkar yolunu seçmiş bir peyğəmbərdir. Allah bir ayədə »...Və onlar Süleymanın mülkü haqqında şeytanın dediklərinə aldandılar. Süleyman inkar etmədi, ancan şeytan inkar etdi",- deyə buyurur. (“Bəqərə” surəsi, 102).
Masonlar isə Hz.Süleymanla bağlı yanlış fikrə düşərək və onu Qədim Misirdən gələn bütpərəst inancın təmsilçisi sayaraq, öz təlimlərində ona böyük yer ayırıblar. Amerikalı tarixçi Maykl Hovard (Michael Howard) «The Occult Conspiracy» (Gizli okkultizm) adlı kitabında orta əsrlərdən bugünədək Hz.Süleymanın sanki bir cadugər kimi təqdim olunduğunu, bəzi bütpərəst düşüncəli yəhudilər tərəfindən onun bu cür qəbul etdiklərini yazır. Hovard məhz elə bu səbəbdən masonların Hz.Süleyman məbədini bir bütpərəst məbədi saydıqlarını bildirir.
əslində isə Allahın son dərəcə sadiq, itaətkar qulu və peyğəmbəri olan Hz.Süleyman haqqında yaradılmış bu saxta obraz, sadəcə, masonluğun iç üzünü və gerçək mənşəyini göstərmək baxımından önəmlidir.
Cüt sütunlar
Mason lojalarının dəyişməz dekorasiyalarından biri də lojanın girişində yer alan cüt sütunlardır. Üzərlərində «Yakin» və «Boaz» kəlmələri həkk edilmiş olan bu sütunlar Hz.Süleyman məbədinin girişindəki sütunların surətidir. Təbii ki, bu simvolu seçməkdə masonların qəsdi Hz.Süleymanı bir peyğəmbər kimi anmaq deyil, ona atılan iftiraları yaşatmaqla, ilham aldıqları bütpərəst inancları ifadə etməkdir. Bu sütunların mənşəyi də Qədim Misirə gedib çıxır. «Memar Sinan» dərgisində çap olunan «Ayinlərimizdəki alleqoriya və rəmzlər» başlıqlı məqalədə bununla bağlı deyilir: "...Misirdə Xoruz və Sut göylərin ikili memarı və dayağı idi. Hətta Təbadakı Bakkus (Baccus) da belə idi. Lojalarımızdakı cüt sütun da Qədim Misir əlamətləridir. Misirdə bu sütunların biri cənubda Zeb şəhərində, digəri isə şimalda, Heliopolisdədir. Misirin baş Allahı Ptaxa məxsus Amenta məbədinin və Süleyman məbədinin girişində də iki sütun var. Günəşlə bağlı ən qədim miflərdə də sonsuzluğun darvazaları önündə iki sütunun olduğu rəvayət edilir.
Lojalardakı Misir dili
Ingilis mason yazarları Kristofer Nayt (Christopher Knight) və Robert Lomas (Robert Lomas) «The Oiram Key» (Hiram açarı) adlı kitablarında masonluğun Qədim Misir mənşəyinə diqqət çəkirlər. Onların bu mövzuda verdikləri ən maraqlı informasiyalardan biri də ustad mason səviyyəsinə yüksələn masonlar üçün keçirilən xüsusi mərasimdə işlədilən kəlmələrdir. Həmin kəlmələr belədir: «Ma'at-neb-men-aa, Ma'at-ba».
Nayt və Lomas bu kəlmələrin çox vaxt başa düşülmədən işlədildiyini, ancaq əslində Qədim Misir dilində olduqlarını və bu anlama gəldiklərini bildirirlər: «Bənnalar uludur, bənnaların ruhu uludur».
Müəlliflər Qədim Misir dilindəki «Ma'at» kəlməsinin «bənna» anlamı verdiyini və ən uyğun tərcüməsinin də «mason» olduğunu yazırlar. Bu isə onu göstərir ki, min illərlə tаrixdən silinən olan Qədim Misir dili günümüzün mason lojalarında hələ də işlədilir.
Motsartın «sehrli fleyta»sı

Masonların tarixində maraqlı əhvalatlardan biri də məşhur bəstəkar Volfqanq Amadey Motsartın «Sehrli Fleyta» operası ilə bağlıdır. Özü mason olan Motsart bu əsərinin bir çox yerlərində masonluğa aid mesajlar verib. ən maraqlısı isə odur ki, həmin mesajlar Qədim Misir bütpərəst inancları ilə sıx bağlıdır. «Mimar Sinan» jurnаlı bununla bağlı belə yazır: «Bəllidir ki, mason ayinləri ilə Qədim Misir ritualları arasında sıx əlaqə var. “Sehrli Fleyta”da çalınanların „Uzaq Şərqlə bağlı nağıllar“ olduğunun deyilməsinə baxmayaraq, orada Misir rituallarının xeyli əlamətləri mövcuddur. Misir məbədlərindəki tanrılar və tanrıçalar “Sehrli Fleyta”nın yaranmasına təsir göstəriblər».
Комментариев нет:
Отправить комментарий