19.09.2011

Azərbaycan İsraillə münasibətlərə yenidən baxmalıdır

"Türkiyə ilə İsrail arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bizə qardaş olan Azərbaycan da bu ölkə ilə münasibətlərinə yenidən baxmalıdır".
Bunu ANS-in "Hesabat" verilişinə eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusı Kılıç deyib. 
“Biz hər zaman, tarix boyunca Azərbaycanın yanında olmuşuq. Azərbaycana görə 18 ildir sərhədlərimiz bağlıdır. Türkiyə Azərbaycana görə 18 ildir sərhədlərini bağlayırsa, qardaş bir dövlətin problemi də Azərbaycanın problemi olmalıdır. Azərbaycanla İsrail arasında münasibətlərin hər zaman güclənməsini istəyirik. Amma bunun da bir şərti var. Bir tərəfdən Türkiyə ilə İsrail arasındakı münasibətlər pozulub və bu məsələnin belə şəkildə davam etməsi hər türk vətəndaşını rahatsız edir. Bu, münasibətlərə təsir etməlidir. Bunun ən sadə nümunəsi Türkiyə ilə Ermənistan münasibətləridir. Ceyhandan İsrailə neft daşındığını bilirik. İsrail bu haqda fikriləşməlidir. Burada bir problem olacağını nəzərə almalıdır. Azərbaycan hökuməti də nə edəcəyini bilən bir hökumətdir. Bizim Azərbaycana güvənimiz tamdır”,- deyə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.
İsraillə Türkiyə arasındakı münasibətlər ötən il mayın 31-də İsrail hərbi-dəniz qüvvələrinin Qəzza zolağına humanitar yük aparan 6 gəmidən ibarət “Azadlıq donanması”na hücum həyata keçirəndən sonra daha da pisləşib. İsrail bu hücuma görə Türkiyədən üzr istəməkdən imtina etdikdən sonra iki ölkə arasında münasibətlər ikinci katib səviyyəsinə düşüb, Türkiyə İsrailə qarşı bir sıra sanksiyalar tətbiq edib.

http://www.azadliq.az/

Комментариев нет:

Отправить комментарий