Professional Oxucu Liqası
Buyurun, Rusiyanın Geopolitik Araşdırmalar Mərkəzinin rəhbəri, general Deonid İvaçov bəyanat verib ki, A qripinə səbəb olan virus ABŞ-da xüsusi laboratoriyada hazırlanıb ki, sürətlə artan dünya əhalisinin sayını tənzimləyə bilsinlər. Kimin hesabına tənzimləyəcəklər? Əlbəttə, bizim, bir də monqolların və çukçaların... Bu da elə həmin biz deyən Amerikadır!
İndi bizim novruzəliləri düşündürən əsas məsələlərdən biri də budur. Bilmirəm, məlumat çıxdı ki, Obama İstanbulda namaz qılıb. Bilirəm, özünü çoxbilmiş göstərənlər deyəcək ki, Obama heç İstanbulda olmayıb, yalandır. Bilirəm, amma Obama elə bircə dənədi ki? Söhbət ABŞ prezidenti Barak Hüseyn Obamanın kiçik qardaşı George Obamadan gedir. George Türkiyə firmalarından birinin təmsilçisidir və özü deyib ki, namazda bütün müsəlman dünyası üçün dua eləyib. Kişi vurğulayıb ki, ailəsi müsəlman əsillidi və kiçik qızının adı da Fatimədi. "Habertürk"ün müxbiri naqolay bir sual verib: "Barak Obama müsəlmandırmı"? Cavab diplomatik olub: "Hazırda o elə vəziyyətdədir ki, bəlkə də fərqli hərəkət edir, amma Barak Obamanın daxili müsəlmandır". Adamın az qala sevinməyi gəlir. Deyilənə görə, biz də daxilən müsəlmanıq axı.
İraqda o vaxtkı ABŞ prezidenti Corc Buşun başına ayaqqabı atılması məsələsini tarixindən asılı olmayaraq hamı xatırlayır. Yadınızdadırsa, o vaxt həmin ayaqqabının hər tayına bilmirəm bir milyondu, ya ondu, bəlkə də yüz milyon dollardı qiymət də qoymuşdular. Hələ türklər də bir iddia qaldırdılar ki, ayaqqabı onların firmasının məhsuludu. Bir sözlə, hamı bu insidentdən öz qazancı üçün istifadə eləməyə çalışırdı. Elə ayaqqabını atan jurnalist Müntəzər əl-Zeydi də, zərbədən akrobatcasına yayınan Buş da, jurnalisti tutan təhlükəsizlik xidməti də, bir sözlə, hamı. Ən maraqlısı və inandırıcısı da o idi ki, sanki hadisə təsadüf nəticəsində baş vermişdi və jurnalist əsəblərini cilovlaya bilməyərək ayaqqabılarını Buşun başına atmışdı. Gördüyünüz kimi, buraya qədər "Qaravəlli"lik heç nə yoxdur. Məzəsi bundan sonradı...
Bağdadda keçirilən məhkəmədə insidentin yaradıcısı, iraqlı jurnalist Müntəzər əl-Zeydi 3 il müddətində azadlıqdan məhrum edildi. Əslində elə bu da gözlənilən idi, nə olar ki, indi Buş prezident deyil, bəs onda o qədər qan töküb İraqa demokratiyanı niyə vermişdilər ki. Amma məhkəmədə əsl "Qaravəlli" baş verib. Özünü günahkar saymayan Müntəzər əl-Zeydi son sözündə açıb sandığı, töküb ürəyindəkilərin hamısını ortaya. Hələ məhkəmə prosesində jurnalist verdiyi ifadədə hadisəni belə təsvir eləmişdi: "Mətbuat konfransında Buşu gördükdə gözlərim döndü (deyəsən, ifadəni tərcümə eləyən adam dilimizi zəif bilirmiş, bizdə adətən "başım, beynim çöndü" deyirlər, gözü dönmək öküzə, bir də epilepsiyalılara aiddir). Həmin an Buşun ayaqlarının altında iraqlıların qanından başqa bir şey təsəvvür etmədim. Buna dözə bilmədim və ayaqqabılarımı çıxarıb Buşa atdım. Peşiman deyiləm. Buş İraqın qonağı deyil. Bizdə qonaq üç gündən sonra qonaq sayılmır (sürüşkən ifadədir, yəni ev sahibi sayılır?). Buş isə 6 ildir İraqdadır. O, qonaq yox, işğalçıdır". Əl-Zeydi o vaxt daha bir neçə patriotik cümlələr də işlətmişdi. Amma məhkəmədə şok bir açıqlama verdi: "Bu aksiyanı 2 il əvvəl, Buş Əmmana gəldikdə həyata keçirəcəkdim, amma olmadı. Ayaqqabı atmaq üçün 2006-cı ildən bəri məşq edirdim".
Eh, əl-Zeydi qardaş, çox pis məşq eləmisən. Gərək başından tutuzduraydın. Zalım oğlu, bu boyda zırıltıya girişmisən, məsələyə bir az elmi yanaş daa. Çox güman ki, sən məşqi hərəkətsiz hədəfə ayaqqabı atmaqla eləmisən. Əsl snayper isə obyektin hərəkət etməsini, onun reaksiyasını da qiymətləndirməli idin. Ola bilsin ki, ya Buşun kuklasını qoyub məşq eləmisən, ya da arvad-uşaqdan hansınısa hədəf seçmisən. Onların da reaksiyası zəif olub. Bəlkə də elə Buş özü də zərbədən yayınmağı uzun müddət məşq eləyib. Bir sözlə, gül kimi iş görürdün, axırında zibillədin.

Комментариев нет:
Отправить комментарий