16.09.2011

Allahdan ağıl dilənmələr


Ülvi Məmmədli      Professional Oxucu Liqası

 Hə, qardaş, harda qalmışdıq? Demək, internetdən bir qəribə xəbər oxuyuram, elə bil heç nə olmayıb, sadəcə zarafat eləyiblər. Deyir sərnişindaşıma ilə məşğul olan bir sürücü nəqliyyat müfəttişləri tərəfindən saxlanılıb. Sürücünün sənədləri yoxlanılan zaman məlum olub ki, onun fəaliyyətinə rəsmi olaraq icazə yoxdur və o, yoluna davam edə bilməz.
 Adama deyərlər ki, burada qəribə nə var, sürücünün sənədləri düzgün deyilsə, maşını aparacaqlar cərimə meydançasına. Elə belə də eləyiblər. Amma... nəqliyyat müfəttişləri mikroavtobusu 14 sərnişini ilə birgə evakuatora qoyaraq cərimə meydançasına aparıblar. Daha mən deyə bilmərəm ki, sərnişinləri nə sayıblar, nə yerinə qoyublar, amma fakt budur ki, insanlıq, etika, yol hərəkəti qaydalarını çox kobud şəkildə pozublar. Xəbərdə deylir ki, sərnişinlərin hamısı sürücünün qonşuları olduqları üçün sürücünü tək qoymamaq naminə maşından düşməyiblər. Yaxşı, bəs nəqliyyat müfəttişlərinin ağlı harada idi?
 Allahdan ağıl dilənməlilər təkcə bizdə deyil. Deyir Koreyada qəribə bir toy məclisi keçirilib. Qonağı qonaq, musiqiçisi musiqiçi, bəyi oğlan olan bu toyun gəlini... üstünə qız şəkili çəkilmiş böyük bir yastıq olub. Gədə bu yastığa o qədər vurulub ki, axırda eşqi evlənmək ilə nəticələnib. Le Jin-qyu adlı 28 yaşlı koreyalı gənc oğlan toy mərasimində bəy, yastıq isə gəlin donunda rahibin qarşısına çıxıb. Bəyin dostları gəncin yastığı özü ilə hər yerə apardığını bildiriblər. Allah bilən yaxşıdı, ağılı beləsinə verməyin mənası nədi ki?...
 İsveçdə Eslev şəhərinin bir sakini polis məntəqəsinə gəlib aldığı həşişin keyfiyyətsiz olduğundan şikayət eləyib. Deyib ki, istədiyi "kayf"ı ala bilməyib. Deyir "kayf"ı cəhənnəm, dadı da pis idi, bir az uyanda hallusinasiya başlayıb. Deyir çəkəndə gah televizor mənimlə danışırdı, gah da rəfiqəm delfin kimi görünürdü. Əvvəl istəyib ki, narkotik satanı məhkəməyə versin, sonra onun adını demək istəməyib. Heç özünü də tutmayıblar. İsveçdə 50 qramdan az marixuana, ya həşişə görə həbs cəzası yoxdur, ancaq cərimə edirlər. Necə, hazır dəlixanadı? Kefdi, kef!
 Bolqarıstanda şıdırğı alver gedir. İndi qızları da satırlar. Qaraçıların məskunlaşdığı Moqila qəsəbəsindəki (ada bax a, moqila rus dilində qəbir deməkdi, abi) gənc qızlar həyat yoldaşı tapmaq ümidi hər il keçirilən ənənəvi yarmarkaya gəlirlər.
 Yarmarkada özünə həyat yoldaşı seçənlər qızların müqabilində minlərlə avro pul ödəməlidilər. Lap göyçəklərinin qiyməti daha çoxdur. Bizimkilərin gözündən, qulağından uzaq... Urra! Hamımız Bolqarıstana gedək!
 Belçikanı dünyanın sivil, mədəni ölkələrindən biri sayırsınız. Elə mən də elə bilirdim, Sən demə orada da it yiyəsini tanımır. Deyir o gün Belçikanın sosial müdafiə naziri ölkənin federal parlamentinə sərxoş vəziyyətdə gəlib. Tribunada çıxış edərkən başlayıb deputatlarla məzələnməyə. Gah zarafat eləyib, gah şaqqanaq çəkib gülüb. Özü də əhaliyə sosial yardımlarını verilməsi haqda hesabat verrəkən. Bu da belənçiyinə Belçika…
 Deyir İtaliyanın Benevinto şəhərində bir xanım bir dəfəyə altı uşaq doğub. Küçüklərin, bağışlayın, kiçiklərin çəkiləri 610 qramdan 800 qrama qədərdi. Dördü qızdı, ikisi oğlan. Siyəzəndə isə bir xanım öz ərinin cinsiyyət orqanını kəsərək onu öldürüb. "İlkin dindirilmə zamanı H.Məmmədova bildirib ki, həyat yoldaşını işləmədiyi, evə mütəmmadi olaraq sərxoş gəldiyi, uşaqları və 74 yaşlı atası ilə normal davranmadığı və ona qarşı nalayiq hərəkət etdiyinə görə qətlə yetirib". Sonra da xanım elədiyindən möhkəm peşiman olDuğunu bildirib. Əlbəttə kim peşiman olmaz ki…    
 Hələlik bu qədər. Fikir verməyin, hamısı kasıbçılıqdandı. 

Комментариев нет:

Отправить комментарий